PDF Oxu

Müxalifət

  • 2 008

Ermənistan qorxu içindədir

image

Elşən Musayev: "Artıq bu məsələlərdə xiristian faktoru işləmir"

Bu ayın ortalarında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Belçikada Azərbaycan xarici işlər nazir Elmar Məmmədyarovla Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçiriləcək. Ekspertlər bu ilin aprelin əvvəlində təmas xəttində erməni təxribatının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınmasından sonra belə bir görüşün keçirilməsini münaqişənin həllində irəliyə doğru ümidverici addım kimi qiymətəndirirlər. Politoloq, millət vəkili Elşən Musayev budəfəki görüşdəndə ermənilərin sülhə xidmət edən addım atacağını gözləmdəyini bildirdi: "Bu gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə beynəlxalq təşkilatların mövqeyi bəllidir. Yəni ayrı-ayrı ölkə rəhbərləri və nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunduğunu etiraf edirlər. Məsələn, AŞPA-nın sədri Pedro Aqramuntun, eyni zamanda ABŞ Depatamentindən verilən bəyanat və nəzərdə tutduğumuz ölkələrin Azərbaycana sərgilənən dəstək qururverici və son dərəcədə qənaətbəxşdir. Amma ATƏT-in Minsk Qurpunun həmsədləri hələ ki, əməli fəaliyyətdə deyillər. Düzdür, Dağlıq Qarabağ münaqişəsinin həll ilə bağlı görüşlər keçirilir, amma bu görüşlər sonda nə isə bir nəticənin əldə olunmasına gətirib çıxarmır".

"Azərbaycan Ordusu istənilən vaxt torpaqlarımızı işğaldan azad etməyə qadirdi. Əməliyyatlar başlasa, bu, Ermənistanın dövlət olaraq süquqtu ola bilərmi" sualına cavab olaraq politoq bildirdi ki, Azərbaycan Ordusunun 4 günlük münaqişə dövründə bütün dünyaya sübut etdi ki, biz torpaqlarımızı geri qaytarmaq gücündəyik: "Bir daha Azərbaycan Ordusu öz gücünü göstərdi. Prezident İlham Əliyev hər zaman qeyd edirdi ki, bizim səbrimizin də bir həddi var. ATƏT-in Minsk Qrupu və digər qurumlar bütün hallarda maksimum səviyyədə diplomatik yolla münaqişənin həllinə çalışacaqlar. Amma o həllin predmenti bizə sərf edəcək, yoxsa yox?! Bax, buarada əsas müzakirə mövzusu bu olacaq. Hər zaman olduğu kimi bizim mövqeyimiz qətidir. Yəni son qarışına qədər torpaqlarmızı qaytarmaq əzmindəyik".

"Ermənistan prezidenti Serj Sarkisyan münaqişə ilə bağlı danışıqların dayandığını bəyan edib. Ermənistanın xarici işlər naziri isə bu danışıqların müəyyən formada davam etdirməsinə meyillənən bir fikir ortaya qoyub. Ermənistanın hakim rejimi daxilindəki ziddiyyətli yanaşmaları nə ilə izah etmək olar" sualına isə millət vəkili Elşən Musayev cavab olaraq bildirdi ki, erməni siyasi hakimiyyəti daxilində son dərəcə qeyri-adi durum var: "Bunlar özlərini itiriblər. Yəni Sarkisyan münaqişə ilə bağlı bir bəyan verib, ardınca isə müdafiə naziri başqa bəyanat verir. Sanki bunlar kantaktlarını itiriblər. Bir sözlə, bu gün Ermənistanın siyasi hakimiyyətində xaos hökm sürür. Niyə xaos hökm sürür? Çünki Ermənistan hakim rejimi Rusiyanın dəstəyini itirib. Demək olar ki, Rusiya netiral qalıb. Artıq bu məsələlərdə xiristian faktoru da işləmir. Bu gün dünyada, xüsusilə də Fransa, Almaniya və digər ölkələrdə erməni lobbsi cəbhədə baş verənlərə netiral qalaraq, məsələyə toxunmur. Ona görə də, Ermənistan qorxu içindədir".

GÜLYANƏ

Digər xəbərlər