PDF Oxu

Müxalifət

  • 1 775

Mehriban Vəzir "Milli Şura"nın dağılmasını təsdiqlədi

image

Əli Kərimli-Cəmil Həsənli cütlüyünün planları faş oldu

Ötən gün bəlli oldu ki, "Milli Şura"nın koordinasiya şurasının üzvü, uzun müddət bu qurumun aparıcı şəxslərindən biri olan Mehriban Vəzir həmin qurumdan çıxarılıb. Bəlli olub ki, M.Vəzirin "Milli Şura"dan çıxarılması onun bu qurumun daxilində baş verən çirkin oyunları üzə çıxarması, eləcə də fəaliyyətsizliyini sübuta yetirən bəyanatlar verməsidir.

"Oqtay Gülalıyev "Milli Şura" rəhbərliyinə hesabat verirdi ki, biz "Koalisiya Şurası"nı ələ keçirdik, 50+1 bizimdir..."

"Milli Şura" üzvlüyündən çıxarılan M.Vəzir bunun səbəblərinə aydınlıq gətirərkən deyib ki, onun oradan uzaqlaşdırılmasına səbəb kimi həmin qurumun "əsasnaməsini pozmağı" olub. Lakin bunun belə olmadığını, əslində, "Milli Şura" rəhbərliyinin (Ə.Kərimli və C.Həsənlinin-R.N.) ölkədə fəaliyyət göstərən ictimai birliklərə, QHT-lərə və s. bənzər qurumların işlərinə müdaxilə edərək, onları siyasiləşdirmə cəhdlərinə əl atdıqlarını bildirən M.Vəzir məsələni bu cür izah edib. SİTAT: "Mədən Sənayesində Şəffaflığın Artırılması koalisiyasının aprelin 30-da ümumi yığıncağı keçirilmişdi, yığıncaqda şura və monitorinq qrupu seçilmişdi. Məsələ orasındadır ki, seçki çox demokratik keçirildi, eyni zamanda bu sahə üzrə tanınmış ekspertlər, mütəxəssislər bir tərəfdə qaldı, sahəyə yad adamlar şuraya seçildi. Bu da bizi çox düşündürdü, amma heç bir etirazımız yox idi, nəticələri də tanıdıq, çünki demokratik baxımdan hər şey qaydasında idi".

Beləliklə, M.Vəzir ictimai təşkilatın daxilində seçkilərin keçirildiyinin demokratik olduğunu deyərək, bundan sonra əsas faktların üzə çıxdığını şərh edib və bildirib ki, o, eyni zamanda "Milli Şura"nın koordinasiya mərkəzinin üzvü olduğu üçün səhəri gün elektron poçtuna məktub daxil olub: "Oqtay Gülalıyev "Milli Şura" rəhbərliyinə hesabat verirdi ki, biz "Koalisiya Şurası"nı ələ keçirdik, 50+1 bizimdir, monitorinq qrupu artıq bizim adamlardır. Hökumətin planlarını darmadağın etdik, hakimiyyət guya bu işə 400 min manat ayırıb.

O, "Milli Şura" rəhbərliyinə yardım və dəstəyə görə təşəkkür edirdi. "Milli Şura"nın daxili işlərinə, eyni zamanda O.Gülalıyevin özəl həyatına aid olmayan, sırf Koalisiyaya, eyni zamanda mənə aid olan bu məktubu koalisiyanın şəbəkəsinə yerləşdirdim və Əliməmməd Nuriyevdən izahat tələb etdim: 400 min manat pul nə məsələdir, 50+1 kimlərdir, şura kimin nəzarəti altına keçib? Bu kimi suallar yönləndirdim, aydınlatma istədim. Məsələ də bundan başladı. "Milli Şura" hesab edir ki, mən hansısa qaydaları pozmuşam. Anlayışla yanaşıram, amma təəssüf edirəm. Gərək məndən də soruşaydılar, çünki yalanla dolu bu hesabata olan etirazımı dinləmək istəmirlər. Bu, təəccüb doğurur".

"Milli Şura" rəhbərliyi öz adamlarını həmin ictimai təşkilatlar sırasına emissar kimi göndərib, planlarını reallaşdırmağa cəhdlər göstərir

Göründüyü kimi, M.Vəzir burada "Milli Şura"nın çirkin məqsədini ifşa edib və bəlli olub ki, bu qurum, həqiqətən də ictimai təşkilatların işlərinə müdaxilə edərək, öznə bu yolla tərəfdaş axtarmağa çalışır. Təbii ki, ictimai təşkilatlar "Milli Şura"nın satqın, xəyanətkar bir qurum olduğunu bildikləri üçün, eyni zamanda bu qurumun siyasi məqsədlərə xidmət etdiyi üçün onların müraciətlərinə rədd cavabı verirlər. Bu səbəbdən, "Milli Şura" rəhbərliyi öz adamlarını həmin ictimai təşkilatlar sırasına emissar kimi göndərib, planlarını reallaşdırmağa cəhdlər göstərir. O.Gülalıyev də həmin emissarlardan - Ə.Kərimli və C.Həsənlinin buyruq qullarından biri kimi Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının tərkibinə sızdırılıb.

"Bunu Oqtay bəy deyir, mən demirəm"

Bununla bağlı M.Vəzir bildirib ki, O.Gülalıyevdən izahat istənilib, o isə hələ izahat yazmır. "Milli Şura" sizi bu təşkilatdan çıxarmaqla koalisiyanın siyasiləşdiyi iddialarını təsdiqlədi?" sualını cavablandıran M.Vəzir bldirib ki, artıq "Koalisiya Şurası" siyasiləşib: "Koalisiya artıq siyasi qrupun əlindədir. O.Gülalıyevin dediyi kimi 50+1 siyasi çevrələrin nəzarəti altındadır. Bunu Oqtay bəy deyir, mən demirəm, sadəcə ona inanıram. Vətəndaş cəmiyyəti hakimiyyətdən və müxalifətdən uzaqda durmalıdır. Bizim etirazımız da bunadır".

Söz yox ki, belə bir halın yaşanması bir daha sübut edir ki, "Milli Şura"nın xəyanətkar rəhbərliyi bataqlıqda batmaq üzrədir və batarkən əlinə düşən istənilən çöpdən yapışmağa hazırdır. Ancaq bu çöp də onlara yardım etmədi və qırıldı. Təkcə M.Vəzirin "Milli Şura" adlı ölü qurumun kirli planlarını faş etməsi deyilənləri bir daha təsdiq etdi.

Rövşən RƏSULOV

Digər xəbərlər