PDF Oxu

Müxalifət

  • 2 117

Tofiq Yaqublu bu dəfə missioner rolunda

image

Son vaxtlar müxalifət düşərgəsində baş verən maraqlı hadisələrdən bir də odur ki, Müsavat başqanının müavini Tofiq Yaqublu AXCP ilə Müsavat arasında olan düşmənçilik münasibətlərini aradan qaldırmaq üçün vasitəçiliyə başlayıb. Hətta danışıqların aparıdığı da qeyd olunur. Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov isə "Səs" qəzetinə açıqlamasında Tofiq Yaqublunun cəhdlərinin uğursuz olacağını bildirdi. Səbəbini də tərəflərin bir-birnə barışmaz düşmən olmaları ilə əlaqələndirdi: "AXCP ilə Müsavat arasında elə bir ciddi uşurum var ki, bu uçurumu keçmək onlar üçün mümkün olmayan bir vəziyyətdir. Hər iki tərəf layiq olmadıqları bir zirvəyə qalxmaq üçün çalışır. Bunun üçün də hər iki tərəf müxtəlif formada xarici qüvvələrdən istifadə edir. AXCP-nin istifadə etdiyi qüvvələrlə Müsavatın istifadə etdiyi qüvvələr tamamilə bir-birinə fərqli və əslində, bir-birinə qarşı duran qüvvələrdir. Belə bir vəziyyətədə nə İsa Qəmbər nə də ki, onun lideri olduğu siyasi qurum nə də ki, Əli Kərimli və onun lideri olduğu siyasi təşkilat özbaşına müstəqil siyasət yürütmürlər ki, hansısa bir məqamda kiminləsə dostlaşsınlar".

Bütün bu səbəblərə əsaslanan müsahibimiz qeyd etdi ki, bu baxımdan Müsavat başqanının müavini Tofiq Yaqublu AXCP ilə Müsavat arasında olan düşmənçilik münasibətlərini aradan qaldırmaq üçün vasitəçiliyə başlaması elə missiya olaraq qalacaq: "Ümumiyyətlə, müxtəlif qüvvələr tərəfindən idarə olunan siyasi təşkilatları kiminsə bir araya gətirmək istəyi baş tuta bilməz. Çünki bu qüvvələrin bir ayara gəlməsi mümkün deyil".

"Sizcə, nəyə görə, Əli Kərimli və Arif Hacılı ortaq məxrəcə gələ bilmirlər " sualına cavab olaraq T.Novruzov bildirdi ki, bu qüvvələrin böyük iddiaları onları bir araya gəlməyə imkan vermir: "Dəfələrlə bu qüvvələr birləşib, amma sonda yenə də heç nəyə nail ola bilmədiklərinə görə, yenidən parçalanmanı özləri üçün ən yaxşı çıxış yolu seçiblər. Bu qüvvələr müxtəlif qütblərdən idarə olunurlar. Bunları idarə edən qüvvələrin məqsədi də inkişaf etmiş Azərbaycanın uğurlarına kölgə salmaq və ölkəmizdə nə isə xoşagəlməz bir hal yaratmaqdan ibarətdir. O qüvvələrin nə istəmələrindən asılı olmayaraq, onların bu çirkin planları baş tuta bilməz. Çünki xalq-hakimiyət birliyi möhkəm əsaslara söykənir".

"Hal-hazırda "Milli Şura"da 400 min manat pulun kimin və necə xərcləməsi ətrafında mübahisələr gedir. Mehriban Vəzirin istefasının da bununla bağlı olduğu deyilir. Baş verənlər qurum daxilində yeni qopmalara gətirib çıxara bilərmi" sualına cavabında T.Novruzov "Milli Şura"da təmsil olunanların həm də dələduzlar olduqlarını və bunu faktlarla sübut etməyə hazır olduğunu bildirdi: "Müxalifətdə bu kimi qurumların yaradılması maliyyə vəsaiti və şəxsi mənafeylər üçün yaranan qurumlardır. Yəni "Milli Şura"ya yığışan şəxslərin hər biri kənardan pul gətirmək və bununla da pul qazanmaq istəyənlərdir".

GÜLYANƏ

Digər xəbərlər