PDF Oxu

Müxalifət

  • 2 140

AXCP sədrinin növbəti hiyləsi

image

Əli Kərimli qurumun üzvlərini "Milli Şura"dan uzaqlaşdırmaq yolu axtarışında

Dağıdıcı müxalifət düşərgəsində yenidən gərginlik yaranıb. Belə ki, "Milli Şura" daxilində yaranan yeni qalmaqal ictimai-siyasi düşərgənin diqqətini özünə cəlb edib. Belə ki, Ə.Kərimlinin planlarını həyata keçirən bu qrup "Milli Şura"nın koordinasiya şurasının üzvü, uzun müddət bu qurumun aparıcı şəxslərindən biri olan Mehriban Vəziri qurumdan kənarlaşdırdı. Bəlli olub ki, M.Vəzirin "Milli Şura"dan çıxarılması onun bu qurumun daxilində baş verən çirkin oyunları üzə çıxarması, eləcə də fəaliyyətsizliyini sübuta yetirən bəyanatlar verməsidir.

Qurumun üzvü Oqtay Gülalıyev Cəmil Həsənlinin formal sədr olduğunu, bütün qərarların Ə.Kərimli tərəfindən verildiyini bildirib.

Mehriban Vəzir: "Milli Şura" diktatorluq nümayiş etdirir"

"Milli Şura" üzvlüyündən çıxarılan Mehriban Vəzir bunun səbəblərinə aydınlıq gətirərkən deyib ki, onun oradan uzaqlaşdırılmasına səbəb həmin qurumun "əsasnaməsini pozması" olub: "Bu deyilən kimi deyil. Əslində, "Milli Şura" rəhbərliyinin (Ə.Kərimli və Cəmil Həsənlinin-R.H.) ölkədə fəaliyyət göstərən ictimai birliklərə, QHT-lərə və s. bənzər qurumların işlərinə müdaxilə edərək, onları siyasiləşdirmə cəhdlərinə əl atırlar. Bu, təəccüb doğurur".

Göründüyü kimi, Mehriban Vəzir "Milli Şura"nın çirkin məqsədlərə xidmət etdiyini və öznə bu yolla tərəfdaş axtarmağa çalışdığını bildirib: "Təbii ki, ictimai təşkilatlar "Milli Şura"nın satqın, xəyanətkar bir qurum olduğunu bildikləri üçün, eyni zamanda bu qurumun siyasi məqsədlərə xidmət etdiyi üçün onların müraciətlərinə rədd cavabı verirlər. Bu səbəbdən, "Milli Şura" rəhbərliyi öz adamlarını həmin ictimai təşkilatlar sırasına emissar kimi göndərib, planlarını reallaşdırmağa cəhdlər göstərir. Beləliklə də, 2013-cü ilin prezident seçkiləri öncəsi xarici dövlətlərin məsləhəti və maliyyəsi ilə yaradılan, hazırda isə AXCP sədri Ə.Kərimlinin təsiri altında fəaliyyət göstərən "Milli Şura"nın sırası bundan sonra bir qədər də seyrələcək."

M.Vəzir, həmçinin vurğulayıb ki, bir ilə yaxındır "Milli Şura"nın toplantılarında iştirak etmir: "Mən "Yeni Müsavat" qəzetinə müsahibə verdiyim üçün "Milli Şura"da bu məsələni müzakirəyə çıxardılar və bildirdilər ki, Mehriban Vəzir bizim düşmənçilik münasibətlərindədir. Həmin vaxt buna etiraz etmişdim ki, "Milli Şura" bir partiya kimi idarə oluna bilməz. Həmçinin, qeyd etmişdim ki, istədiyim qəzetə müsahibə verməkdə azadam və sizin düşmənçiliklərinizi paylaşmaq niyyətim yoxdur. Hətta fikirlərimi təhrif etməyəcəkləri halda, lazım gələrsə, hökumət qəzetlərinə də müsahibə verməyə hazır olduğumu söyləmişdim. Ümumiyyətlə, mediaya onlar kimi yanaşmadığımı, tamamilə fərqli baxışımın olduğunu vurğulamışdım. Siyasi şəxs olmadığımı, siyasi mənsubiyyətimin olmadığını da onların diqqətinə çatdırmışdım. Mən, sadəcə, fəaliyyətdə olan siyasi çevrələrdə ictimai sima kimi iştirak etdiyimi, onların qaydalarını bölüşmədiyimi də bildirmişdim. Bu mövzuda mübahisəmiz çıxmışdı o zaman. Amma həmin vaxtdan da "Milli Şura"nın toplantılarında iştirak etmədim. Görünür, buna görə də "Milli Şura" bir daha diktatorluğunu nümayiş etdirmək istədi".

R.HÜSEYNOVA

Digər xəbərlər