PDF Oxu

Müxalifət

  • 2 067

Əli Kərimli Nemət Pənahlının qarşısında gözükölgəlidir

image

TƏRS BAXIŞ

AXCP sədrinin Elçibəyin təhqir olunmasına göz yummasının pərdəarxası məqamları

Son vaxtlar AMDP sədri Nemət Pənahlının AXCP-nin mərhum sədri Əbülfəz Elçiby haqqında irəli sürdüyü təhqiramiz fikirləri ilə gündəmi zəbt edib. Bir-birinin ardınca Elçibəyə qarşı qeyri-etik ittihamlıq səsləndirən AMDP sədrinin cavabını isə, nə qədər maraqlı görünsə də AXCP deyil, digər müxalifət partiyalarında təmsil olunan tərəflər verirlər. Sosial şəbəkələrdə də cəbhəçilərin N.Pənahlıya cavabları nədənsə gözə dəymir. Halbuki Ə.Kərimli haqqında kimsə hər hansı bir tənqidi fikir irəli sürürsə, onun "facebook"dakı "söyüş qrupu" adı altında fəaliyyət göstərən gizli kadrları qarşı tərəfə ən ağır təhqirlər yağdırır, düşmən münasibəti sərgiləyirlər. Bu baxımdan, Ə.Kərimlinin və ətrafının Elçibəyə qarşı yönəlmiş təhqirli fikirlərə münasibət bildirməmələri düşündürücü görünür.

"Biz Elçibəyin varisləriyik" kimi ifadələrlə ictimai rəyə sırınan axecepeçilər və onlara məxsus "Azadlıq" qəzeti ağzına su alaraq, susmağa üstünlük verir

Birincisi, düşündürücü görünür ona görə ki, mitinq və aksiyalarında yalnız özlərini "Biz Elçibəyin varisləriyik" kimi ictimai rəyə sırıyan axecepeçilər, onlara məxsus "Azadlıq" qəzeti ağzına su alaraq susmağa üstünlük verir.

Digər tərəfdən, ölkədə cərəyan edən ən kiçik məsələyə, hətta məişət məsələsinə belə ağızdolusu rəylər yazan, sosial şəbəkədə "ağıllı" statusları ilə özünüreklamla məşğul olan Ə.Kərimli özünün də iddia etdiyi kimi, "Elçibəyin varisi" qismində cavab haqqı tanımaması, ilk olaraq belə bir nəticəyə gəlməyə zəmin yaradır – onun çox güman ki, N.Pənahlı qarşısında gözükölgəliyi var, əks halda cavabını çoxdan vermişdi.

Demək, torbada pişik var…

Daha bir maraqlı məqam Ə.Kərimli və N.Pənahlının eyni binada yaşamaları və qonşu olmalarıdır. Bəziləri belə düşünürlər ki, yəqin Ə.Kərimli N.Pənahlı ilə qonşu olduğuna görə qarşıdurmaya getmir. Amma həmin an digər bir sual yaranır – əgər Ə.Kərimli N. Pənahlını bina qonşusu bilib cavabını vermirsə, yəqin ki, N. Pənahlı da "qonşuluq siyasəti prinsipi"nə əməl edib, bu qədər dərinə getməzi. Gedibsə, demək torbada pişik var…

Əgər söhbət Elçibəydən gedirsə, Ə.Kərimli hətta ən doğma adamı belə onu təhqir edərsə, özünün də dediyi kimi "Elçibəyin varisi" olaraq ən azından qarşı tərəfə məzəmmətli çıxışla yadda qalardı. Bu da baş vermədi.

Demək, kifayət qədər ehtimal etmək olar ki, Ə.Kərimli N. Pənahlının qarşısında nə isə sözəgəlməz, yazılabilməz, etikaya sığmaz bir davranış sərgiləyib və indi də o, AXCP sədri olaraq, AMDP sədri qarşısında cınqırını çıxarmağa belə qorxur. Nəzərə alsaq və xatırlasaq (!) ki, artıq uzun illərdir Ə.Kərimlinin keçmişi haqqında müxalifətdaxili balladalar, kuluar lətifələri gəzir, onda nəyin-necə olmasını da təqribi olaraq nəticələndirmək mümkündür. Yəqin ki, N.Pənahlı "qonşuluq siyasəti prinsipi"nə əməl etməyərək, növbəti hədəfində Ə.Kərimlini "vuracaq". Bizdən isə gözləmək və sual etmək qalır: əcəba, Ə.Kərimlinin N.Pənahlı qarşısında gözükölgəli olmasına daha hansı səbəb var?

Rövşən RƏSULOV

Digər xəbərlər