PDF Oxu

Müxalifət

  • 2 057

"Mehriban Vəzirin dediklərində həqiqət var"

image

Mais Səfərli: "Onlar Cəmil Həsənlini "Milli Şura"nın sədri kimi qabağa veriblər ki, kənar ittihamlar ona yönəlsin"

Müxalifətdaxili intiriqalar fonunda diqqətçəkən məqamlardan biri də bəzi partiya sədrlərinin müxtəlif ideya və təkliflərlə çıxış etmələridir. Həm də, bu cür təkiliflər yalnız dağınıq müxalifətin birliyinə nail olamağa hesablanıb. "Yurddaş" partiyasının sədri Mais Səfərli isə "Səs" qəzetinə açıqlamasında müxalifətdaxili münasibətlərin son dərəcə gərgin olmasını əsas gətirərək, birliyin yaradılmasının qeyri-mümkün olduğunu bildirdi: "Hazırda müxalifətin "Milli Şura" adlı bir qurumu var. Ancaq bu qurumun da hansısa bir fəaliyyəti ortada yoxdur. Sadəcə olaraq, gündəmdə qalmaq üçün çox müxtəlif bəyanatlar verirlər. Demək olar ki, "Milli Şura"nı yaradan şəxslərin çoxu bu qurumu tərk ediblər. Çünki onlar gördülər ki, bu qurumun heç bir prespektivi yoxdur. Demək olar ki, bu gün "Milli Şura" AXCP-nin üzvilərindən ibarətdir. Onların da effekt verən bir fəaliyyətləri ortalıqda görünmür. Çünki bu quruma ictimaiyyətin heç bir dəstəyi yoxdur".

Təşkilat sədrinin sözlərinə görə, ictimaiyyət tərəfindən dəstəklənməyən hər hansı bir qurumun sonunun acınacaqlı olması gözləniləndir: "Ümumiyyətlə, "Milli Şura"nın gələcəyinin və heç bir prespektivinin olmadığına görərək, ordan çıxan şəxsləri hakimiyyətə işləməkdə günahlandırmaq siyasi mədəniyyətsizliyin nəticəsidir: "Müxalifət təmsilçilərinə belə gəlir ki, qurumdan və ya partiyadan çıxaraq hansısa bir normal konstruktiv ideya ilə çıxış etmək iqtidara işləmək deməkdir. Bu özü nə deməkdir? Bu, o deməkdir "Milli Şura"nın və digər müxalifət təşkilatlarının işi-peşəsi Azərbaycan iqtidarının fəaliyyətinə kölgə salmaq və ləkələməkdir".

"Milli Şura"dan uzaqlaşdırılan Mehriban Vəzir açıqlamasında çıxarılma qərarının Əli Kərimli tərəfindən verildiyini bəyan edib. Bu, o deməkdir ki, C.Həsənlinin sədrliyi sadəcə formal xarakter dayışır? Və əsas qərarları Ə.Kərimli verir" sulaına cavab olaraq, partiya sədri bildirdi ki, əslində "Milli Şura" AXCP-dən ibarətdir: "Belə olan halda da, "Milli Şura"da qərarları AXCP-nin sədri Ə.Kərimli verir. Yəni "Milli Şura"da olan bütün proseslər və qərarlar Ə.Kərimlinin əlindədir. Bu baxımdan da, "Milli Şura"dan uzaqlaşdırılan Mehriban Vəzirin dediklərində də həqiqət var. Sadəcə olaraq, onlar C.Həsənlini "Milli Şura"nın sədri kimi qabağa veriblər ki, kənar ittihamlar ona yönəlsin".

GÜLYANƏ

Digər xəbərlər