PDF Oxu

Müxalifət

  • 4 192

Oqtay Məmmədov: "Nemət Pənahlı da, Rəhim Qazıyev də dövlətə xəyanət etmiş adamlardır"

image

AXCP sözçüsündən etiraf: "Elçibəyi həbs etdirməyə çalışmışıqsa, düz etmişik"

AXCP-nin keçmiş sədri Əbülfəz Elçibəyin şəxsi mühafizə xidmətinin rəisi vəzifəsində işləmiş Oqtay Məmmədov Nemət Pənahlının "Elçibəyi həmişə ən ağır sözlərlə təhqir etmişəm" sözlərinə münasibət bildirib. O, qeyd edib ki, konkret olaraq N. Pənahlının bir insan kimi Əbülfəz Elçibəy haqqında danışmağa ixtiyarı yoxdur: "Nemət burdan ora gedib, ordan bura gəlib, müxtəlif oyunlarda vasitə kimi iştirak edib, səngərini dəfələrlə dəyişib və nəhayət, Gəncə qiyamında iştirak edib. Bu adamın nə haqqı var ki, Elçibəy haqqında danışa? Onun belə bir haqqı ola bilməz. N.Pənahlı Elçibəyin nə yaxşılığına, nə də pisliyinə danışmamalıdır. Ümumiyyətlə, susmalıdır. Əbülfəz Elçibəy hər gün N.Pənahlı ilə məşğul olur, ona saatlarla dərs keçirdi. Başa salırdı ki, mitinqdə nəyi necə demək, nələri etmək lazımdır. İndi bilmirəm, niyə ortaya çıxıb? Mən bilmirəm, buna səbəb nədir? N.Pənahlını o zaman çox şişirtdilər. Bundan sonra onda böyük iddialar yaranmağa başladı. Əlbəttə, bilmirəm, N.Pənahlı hansı xəttə bağlı idi. Ancaq hansısa cərəyanlara bağlı idi. Rəhim Qazıyev də, Nemət də xəyanət etmiş adamlardır. Onlar bu millətə və dövlətə xəyanət ediblər. Başqa nə deməlidirlər ki? Mən bilmirəm R.Qazıyev niyə belə mövqedə durur.O.Məmmədovun mülahizələrinə münasibət bildirən Nemət Pənahlı fikirlərində həm də AXCP və Müsavatı hədəf seçib: "Özünə "miili hakimiyyət" deyən AXCP-Müsavat iqtidarının, bir-iki şillə qarşılığında öz prezidentini- Əbülfəz Elçibəyi həbs etdirməyə çalışması bir tərəfdə qalıb, indi bu "müxalifətçilər" məni hədəf seçiblər". N.Pənahlının bu fikirləri sosial şəbəkələrdə cəbhəçilər və müsavatçılar arasında yeni dava-dalaşa səbəb olub. Hətta iş o yerə çatıb ki, A.Hacılı öz profili ilə N.Pənahlını təhqir edib və dərhal statusunu silib.

AXCP sədrinin müavini Nurəddin Məmmədli məsələyə münasibət bildirərkən qeyd edib ki, Nemət çarəsizlikdən başını itirib: "O necə ki, belə danışır, deyir guya kimsə həbs olunmalı idi. Biz də deyirik ki, nə etmişiksə, düz etmişik".

Göründüyü kimi, N.Pənahlı Əbülfəz Elçibəy haqqında dediyi fikirlərə görə, təhqir olunmasında əsas səbəbkar kimi AXCP sədri Ə.Kərimlini və Müsavat başqanını görür. N.Pənahlının "arxivimdə AXC-Müsavatdan az şey yoxdur" mesajı verməsi də, müxalifət düşərgəsində vəziyyətin bundan sonra daha da kəskin hal alacağını göstərir.

Samir

Digər xəbərlər