PDF Oxu

Müxalifət

  • 1 891

Əli Kərimli "Milli Şura"nı inhisarına alıb

image

AXCP sədrinin siyasi blefləri Cəmil Həsənliyə qarşı

AXCP sədri Ə.Kərimlinin "Milli Şura"da bir neçə qruplaşmanı inhisarına alması faktları öz təsdiqini tapmaqda davam edir. Daha dəqiq desək, müəyyən xarici dairələrdən maliyyə dəstəyi alan Ə.Kərimli qruplaşmaları pul gücünə özünə cəlb edə bilib. Digər tərəfdən o da bəllidir ki, AXCP sədri zaman-zaman bank maxinasiyaları ilə də məşğul olduğu üçün hazırda əlində olan gəlirləri siyasi məqsədinin reallaşdırılması istiqamətində xərcləməkdədir. Məqsədi isə, "Milli Şura"ya sədrlik etməkdir.

Əslində, "Milli Şura" bir nəfərin - AXCP sədri Ə.Kərimlinin əlindədir və bu imkanı əldən verməməyə çalışır.

AXCP sədri vaxtilə "İctimai Palata"da oynadığı maxinasiya oyunlarını bu gün "Milli Şura"da oynayır

Görünür, bu səbəbdəndir ki, hazırda "Milli Şura"nın 70 faizindən çoxu artıq Ə.Kərimlinin inhisarı altına keçid alıb. Hətta belə demək mümkündür ki, AXCP sədri vaxtilə "İctimai Palata"da oynadığı maxinasiya oyunlarını bu gün "Milli Şura"da oynayır. Bütün bunlar isə, həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, AXCP sədrinin siyasi blefləri C.Həsənliyə qarşı hesablanıb. Bu gün bir çox ziddiyyətli məqamları öz xeyrinə istifadə edən partiya sədri öz hesabını "şura" sədrliyi iddiasına yönəldib. Əgər yaxın günlərdə bu iddia ətrafında hər hansı bir etiraf, yaxud tələb olarsa, bundan təəccüblənməyə dəyməz.

Ehtiram Mehtiyev: "Milli Şura" çoxdan Əli Kərimlinin maraqlarına xidmət edən klubdur"

Alternativ AXCP-nin sədr müavini Ehtiram Mehtiyevin fikrincə, "Milli Şura"nın süni birlik olduğu yarananda bəlli idi: "Müxalifət daxilindəki dedi-qodu və çəkişmələr bu birliyin tez bir zamanda sıradan çıxacağını göstərirdi. Özlərini demokratik qüvvələr adlandıran bir qrup müxalifət təmsilçilərinin yaratdığı "Milli Şura" hələ yarandığı gündən bir neçə gün keçməmiş sədrlik postuna iddialı olan müxalifət liderləri arasında mübahisələr yarandı. Sizcə, Ə.Kərimli heç imkan verərdi ki, İ.Qəmbər alternativ olsun? Əlbəttə, yox. Bax, ortalıq bu ambisiyalar üzündən qarışdı. Bu çəkişmələrin sonunda sədrlik postuna Rüstəm İbrahimbəyov gətirildi. Lakin İbrahimbəyovun Azərbaycana gəlməməsi müxalifət daxilində ciddi fikir ayrılığına yol açdı. Müxalifət ona görə növbəti fiaskonu yaşadı ki, 20 ildir sinəsinə döyən adamları bir qocaman rejissor "Fatı qalx, Fatı otur" komandası ilə idarə edirdi, və bu cür xislətin, təfəkkürün daşıyıcıları isə, əsla kiməsə rəqib ola bilməzdi. Onlar, ilk öncə öz aralarındakı düşmənçilikdən başları açılmadı ki, vaxt edib kənarda rəqib axtarsınlar. "El" hərəkatının sədri E.Namazovun seçkidən əvvəl bu qurumdan getməsi, İ.Qəmbərin, M.Mirəlioğlunun istefa vermələri onu göstərdi ki, "Milli Şura" müxalifət partiyalarının birliyi deyil, sadəcə, Ə.Kərimlinin maraqlarına xidmət edən bir klubdur"

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər