"İsa Qəmbər Qubad İbadoğlunu "juçok"la və qardaşı ilə əlaqədar təhdid etdi"
Müsavat partiyasında baş verən daxili intriqalar, nizam-intizamsızlıq bu qurumu daha böyük təhlükə qarşısında qoyub. Son bir il ərzində Müsavatın üzvü olan bütün funksionerlər partiyadan istefa verərək, orada hökm sürən avtoritarizmə etiraz ediblər. İstefa verənlərin bir qismi siyasətdən bir dəfəlik getdi, bir hissəsi isə yeni qurum yaratdı. Lakin bütün narazıların partiyadan getməsinə baxmayaraq, Müsavatda gərgin vəziyyət və qarşıdurmalar səngimək bilmir. Bir neçə ay bundan əvvəl Müsavatdan istefa verən Səbuhi Məmmədov "SƏS" qəzetinə açıqlamasında partiyada vəziyyətin daha da gərgin olacağının, biabırçı olayların ortaya çıxacağının anaonsunu verərək, şok faktlar açılayıb: "Müsavat partiyasında Q.İbadoğlu istefa verəndən sonra ciddi hadisələr baş verdi. Bu, mətbuatdan tamamilə gizli saxlanıldı. Qubad əvvəllər daha radikal idi, sonra isə mülayim danışmağa başladı. Bir məsələni açıqlayım, bu, mətbuata ilk dəfə açıqlanır. İ.Qəmbər Q.İbadoğlunu "juçok"la təhdid etdi. Özü də hamının gözü qarşısında. İ.Qəmbərin təhdid mesajını çatdıran isə onun müşaviri Səxavət Soltanlı idi. Sonra məlum oldu ki, o, Q.İbadoğlunu həm də qardaşı ilə bağlı təhdid edib. Qubadın rəhbəri olduğu iqtisadi mərkəzin böyük maliyyə imkanlarına malik olması İ.Qəmbəri həmişə narahat edirdi. Məsələ bundadır ki, İ.Qəmbər "juçok" vasitəsilə nəyə qulaq asıb, nəyi dinləyib. Adını çəkdiyim insanların hər birinin ciddi maddi imkanları var".
"İsa Qəmbərin Şamaxının Arabşalbaş kəndində ferması var"
Səbuhi Məmmədov partiya rəhbərliyi ilə bağlı bir neçə mühüm məqama da toxunub: "İsa Qəmbəri Şamaxının Arabşalbaş kəndində böyük ferması var. Fermanı Səxavətin qohumları idarə edir. Eyni zamanda, Qaradağ rayonunda İ.Qəmbərin müşaviri ilə şərikli maşın ehtiyat hissələri mağaza şəbəkələri, restoran-kafeləri fəaliyyət göstərir. Tural Abbaslının evi plana düşmüşdü, sökülməli idi. Camaata kompensasiya da verilirdi. Ən çox konpensasiya Turala verildi, bu işdə İ.Qəmbər ona böyük dəstək oldu. Tural 150 min manatlıq evə, 450 min pul aldı. İ.Qəmbər ondan pulun bir hissəsini Müsavata köçürməyi tələb edirdi, ancaq baş tutmadı. Onlar arasında ilk soyuqluq da, məhz bundan sonra başladı...".
Səbuhi Məmmədov Müsavatda bundan sonra baş verəcək hadisələrdən də danışıb. O, qeyd edib ki, yaxın günlərdə Müsavatda iki mühüm şəxs istefa verəcək: "Hələ 2014-cü ildə söz-söhbət yaranmışdı ki, əgər A.Hacılı başqan seçilməsə, o zaman o, "Yeni Müsavat Partiyası" adlı qurum yaradacaq. Bunu A.Hacılı dolayısı ilə etiraf edirdi. Mən istefa versəm də, indi də müsavatçı dostlarımla görüşürəm. İndi də bu iddia ilə Gülağa Aslanlı çıxış edir. G.Aslanlını təcrid vəziyyətdə saxlayıblar həmişə...".
Samir