PDF Oxu

Müxalifət

  • 2 545

Arif Hacılı Müsavata başucalığı gətirmədi

image

Müsavatçı xanımdan saxta başqana sərt ittihamlar

Müsavat partiyasında baş verən ardıcıl qopmalar, istefa və qovulmalar artıq ictimai rəy üçün ənənəvi təsir bağışlamaqdadır. Belə ki, sabiq başqan İ.Qəmbərin xeyir-duası və dəstəyi ilə saxta yolla başqan seçilmiş A.Hacılının ətrafının sürətlə boşalması müxalifət arenasında bir neçə yeni siyasi qurumların yaranmasına səbəb olmağa başladı. Yaradılan bloklar, birliklər və partiyalar müxalifətçilik mövqeyindən çıxış etmələrinə baxmayaraq, köhnə müxalifətçilik stereotiplərini kənara ataraq, sivil müxalifətçilik yolunu tutmağı daha məqbul hesab etdilər. Daha dəqiq desəm, radikalizmin siyasi üstünlük əldə etməsi üçün çıxış yolu olmadığını dərk edənlər indi bu ənənədən kənarda qalaraq fəaliyyət göstərməyi üstün tutdular.

Əbəs yerə deyil ki, Abbaslı partiyadan çıxar-çıxmaz onu xeyli tərəfdarı dəstəklədi

Belə təşkilatlardan biri də A.Hacılının baqşanlığını qəbul etməyərək, partiyadan uzaqlaşan və ilk öncə "Ağ Blok" siyasi klubunu yaradan, ardınca isə "Vahid Azərbaycan Partiyası"nı ("VAP") təsis etdiyini bəyan edən Tural Abbaslıdır. Qısa xatırlatma edərək, onu da qeyd edək ki, T.Abbaslı uzun illər Müsavatın gənclər təşkilatına rəhbərlik edib, İ.Qəmbərin başqanlığı dövründə ətrafına tərəfdarlar toplamağı bacarıb. Əbəs yerə deyil ki, T.Abbaslı partiyadan çıxar-çıxmaz onu xeyli tərəfdarı dəstəklədi. Məhz bu dəstəyin sayəsində Müsavat sıralarından istefa verən tərəflər sonradan "Ağ Blok"da, ardınca isə "VAP"da cəmləşməyə başlayıblar.

Başxanım Abbaslı: "Rəhbərlik tərəfindən sayğı və qayğı görmədilər deyə partiyadan ayrıldılar"

Ortada daha bir maraqlı məqam Tural Abbaslının və qardaşının sözügedən istiqamətdəki fəaliyyətlərinin anaları – uzun illər Müsavat sıralarında təmsil edilən Başxanım Abbaslı tərəfindən təşfiq edilməsidir. Maraqlı məqam isə budur ki, Müsavat funksioneri kimi qalan B.Abbaslı övladlarının atdığı addımlarını təqdim etdiyini gizlətmir. Üstəlik, T.Abbaslının və digər oğlunun seçimlərinə uğur diləməklə yanaşı, onların bu addıma getmələrində məcbur edildiklərini bildirir. Yəni müsavatçı xanım belə bir vəziyyətin yaranmasının əsas baiskarı kimi, məhz başqan A.Hacılını göstərir.

SİTAT: "Yeni hərəkatın və təzə simaların olması gözəl əlamətdir. Gənclərin özlərinə yeni yol açmasını yaxşı qarşılayıram, Allah onlara uğurlu yol qismət eləsin. Mənim yetərincə yaşım var, Müsavat bərpa qurultayının üzvü olmuşam, hərəkatdan gəlmiş adamam… Sadəcə olaraq, rəhbərlikdən incidilər. Rəhbərlik tərəfindən sayğı və qayğı görmədilər deyə partiyadan ayrıldılar, yoxsa onlar da Müsavatdan uzaqlaşmazdılar. Mən həmişə bu partiyaya sadiq olmuşam, bundan sonra da sadiq olaraq qalacağam. Müsavat partiyasında qalmağı üstün tuturam".

"Arif Hacılı dedi qucağımı açmışam, amma heç kimi qucaqlamadı"

İlk baxışdan görünən amillərdən biri də budur ki, B.Abbaslı, əslində iki od arasında qaldığını gizlədə bilmir. Bir tərəfdə Müsavat rəhbərliyindən narazı olan və partiya yaradan övladları, digər tərəfdən isə öz illərini sərf etdiyi partiya. Eyni zamanda, partiyanın rəhbərliyindən narazılıq…

Bu baxımdan, A.Hacılı ilə T.Abbaslı arasındakı düşmənçilik meyillərinə münasibətini bildirən B.Abbaslı deyib ki, onun özü də divanın üzvüdür və xeyli insanın Müsavatdan istefa verməsi ürəyincə deyildi: "Tək mən yox, bir çoxları istədi ki, Müsavatda birlik olsun, qopmaların qarşısı alınsın. A.Hacılı həmişə söyləyir ki, mən qucağımı açdım, hamıya dedim gəlin qucaqlaşaq, barışaq. Düzdür, A.Hacılı dedi qucağımı açmışam, amma heç kimi qucaqlamadı. Qubad İbadoğlunun, Hikmət Hacızadənin, Vurğun Əyyubun və digər müsavatçıların partiyamızdan gedişi bizə başucalığı gətirmədi, hərəkatda yerini tutmuş adamlar idi, onlar birdən-birə partiyadan getməməli idilər. Bizlər onların partiyadan uzaqlaşmasının qarşısını almalı idik. Amma təəssüf ki, mümkün olmadı…"

Tural Abbaslının "VAP"ı Arif Hacılının Müsavatını siyasi arenadan silməyə yönəlmiş plandır

Beləliklə, bu məsələdə T.Abbaslının anasının yekun nəticə olaraq A.Hacılının deyil, məhz öz oğlunun atdığı addımlarına dəstək göstərdiyini görmək olar. Hətta belə demək mümkündür ki, o, divan üzvü olduğunu, Müsavat partiyasına sadiq qalacağını desə də, yaxın vaxtlarda "VAP"-a transfer ola bilər. Çünki vaxtilə T.Abbaslının özü də müsavatçılıq ideologiyasına sadiq qalacağını deyirdi. Lakin indi onun tamamilə başqa siyasi istiqamətdə siyasi fəaliyyət göstərdiyini nəzərə almaqla deyə bilərik ki, təsis etdiyi "VAP", əslində Müsavatı siyasi arenadan silməyə yönəlmiş plandır. A.Hacılını isə qarşıda çətin günlər gözləyir.

Rövşən RƏSULOV

Digər xəbərlər