PDF Oxu

Müxalifət

  • 2 333

Keçmiş cəbhəçi partiya sədrlərini ittiham etdi

image

"İsa Qəmbər və Əli Kərimli, kimsə sizə inanmır, müxalifətçilərin inamını sarsıtmısınız"

Keçmiş cəbhəçi Ramiz Mirzəoğlu Müsavatın sabiq başqanı İ.Qəmbəri, hazırkı başqan A.Hacılını, XP sədri Pənah Hüseyni və AXCP sədri Ə.Kərimlini sərt şəkildə tənqid edib. Adıçəkilən şəxsləri riyakarlıqda ittiham edən R.Mirzəoğlu bildirib ki, bu adamlar bütün çətin anlarda yaxalarını kənara çəkirlər: "Mən də müsavatçı olmuşam, ancaq bu partiyada baş verən özbaşınalıqlara, diktaturaya etiraz edib, oranı tərk etmişəm. Ancaq bu gün Müsavatın göbəyində oturub ağzına su alanları başa düşə bilmirəm, bir-birilərini qırmaqla məşğuldurlar. Müsavatın sabiq üzvü İlham İsmayılın Elçibəy haqqında söylədiyi fikirlərə kimsə münasibət bildirmək istəmir. İ.Qəmbər, P.Hüseyn, Ə.Kərimli və A.Hacılı! Bu məsələyəyə cavab vermək, fikir bildirmək sizin mənəvi borcunuzdur. Nə vaxta qədər qaçacaqsınız. Artıq kimsə sizlərə, hər kəsin inamını sarsıtmısınız".

Keçmiş cəbhəçi Ülvi Həkimoğlu da adıçəkilən şəxsləri, xüsusilə də Ə.Kərimlini əqidəsizlikdə suçlayıb: "Ə.Kərimli Elçibəyin çörəyini yeyib, onun hesabına adam olub. Ancaq indi bircə dəfə də olsun Elçibəyin ailəsi ilə maraqlanmır. Bu da bir tərəfə qalsın, niyə Elçibəy haqqında deyilənlərə cavab vermir? Məqsədi nədir? Bəlkə özü sifarişlə edir bu yazılanları?".

Hər iki şəxsin ittihamlarına cavab olaraq Ə.Kərimli onlara qarşı təhqirlər cavab verib. Belə ki, həm R.Mirzəoğlu, həm də Ü.Həkimoğlunun telefonlarına tanımadıqları nömrələrdən zənglər gəlib, hər iki şəxs təhqir olunub. Onlara hədə-qorxu gəliblər ki, heç yerdə Ə.Kərimlinin adını çəkməsin. Bundan sonra məsələyə AXCP sədrinin müavini Nurəddin Məmmədli münasibət bildirmək məcburiyyətində qalıb. O, qeyd edib ki, R.Mirzəoğluunun kimisə müdafiə etməsinə ehitac yoxdur: "Ramiz əvvəl AXCP-nin üzvü idi, 1992-ci ildə vəzifə də daşıyırdı. Daha sonra AXCP-dən qovulub Müsavata gəldi. Sonra Müsavatdan da çıxdı. İndi qalıb ortada. Yəqin hara gedəcəyini bilmədiyinə görə, bizlərə ittihamlar irəli sürür. Biz heç kimin müdafiə komitəsi funksiyasını yerinə yetirmirik".

Göründüyü kimi, siyasi fəaliyyətdən daha çox, şəxsi intriqalar üzərində "işlərini" quranlar, xüsusilə, AXCP və Müsavat partiyası üçün dava-dalaş daha önəmlidir. Müxalifət düşərgəsindəki acınacaqlı vəziyyətə görə məsuliyyət daşıyan "liderlər" də üzlərini gizlətməklə məşğuldurlar. Nemət Pənahlının, Rəhim Qazıyevin son günlərdə səsləndirdikləri bəyanatlar, bir daha sübut edir ki, yaxın günlərdə vəziyyət daha da gərginləşəcək. Bunu İ.Qəmbər də, Ə.Kərimli də gözəl başa düşür. Bəs nə üçün lider dedikləri şəxsin-Elçibəyin tənqid, hətta təhqir olunmasına seyrçi qalırlar?

Son günlər AXCP və Müsavatın Elçibəylə bağlı məsələlərdə həssaslıq nümayiş etdirməməsini şərh edən siyasi şərhçi Vüqar Əsgərov "SƏS" qəzetinə açıqlamasında bildirib ki, Elçibəyin vəfatından ən çox sevinən Ə.Kərimli oldu: "Əgər yadınızdadırsa, Elçibəyin cənazəsi torpağa tapşırılmamış Ə.Kərimli gizli şəkildə toplantı keçirərək, "sədr" olacağını bəlli etdi. Bir çoxlarını müxtəlif vədlərlə ələ aldı ki, ona "AXCP sədri" olmaqda mane olmasınlar. Sonrakı hadisələr də göstərdi ki, hətta Elçibəyin adının əbədiləşdirilməsində maraqlı olmayan əsas adam, məhz elə odur. Elçibəy həmişə Ə.Kərimli haqqında deyirdi ki, onun bir əlindən mən tutmuşam, o biri əlini tapa bilmirəm.Ona daha çox şəxsi ambisiyaları maraqlıdır. Hətta mən eşitdiyimə görə, o, başının üzərindən Elçibəyin portretini də götürüb. Onda imitasiya o həddə çatıb ki, özündən başqa kimsəni "lider" kimi qəbul eləmir. Xədicə İsmayıl azadlığa çıxanda, Ə.Kərimli də orda olub və jurnalsitlərdən biri ona Elçibəylə bağlı suallar ünvanlayıb. Səhv etmirəmsə, "Yeni Müsavat"ın müxbiri olub. O, cavab verməyib, gülümsəyib".

Samir

Digər xəbərlər