"Cəmil Həsənli və Əli Kərimli pul əldə etmək xatirinə erməniyə də baş əyərlər"
Müxalifət düşərgəsini təmsil edən qüvvələr reallığı özündə əks etdirməyən xəyalarından əl çəkmək istəmirlər. Müxalifət qüvvələri öz çirkin əməllərini həyata keçirmək üçün müxtəlif ideya və təkliflərlə çıxış edir, populist bəyanatlar verirlər. Dünən "Milli Şura"nın sədri C.Həsənli və qurumun üzvü, AXCP sədri Ə.Kərimlinin bir neçə xarici ölkə səfiri ilə görüşlərində, ənənələrinə xilaf çıxmayan mövqe ortaya qoymaları, çıxışlar etmələri onların umaclarının şərdən-böhtandan yoğrulduğunu bir daha nümayiş etdirmiş oldu. Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov "Səs" qəzetinə açıqlamasında xarici ölkənin bir neçə səfiri ilə görüşlərində C.Həsənlinin və Ə.Kərimlinin Azərbaycanın milli və dövlətçilik maraqlarına zidd açıqlamalar səsləndirmələrini satqınlıq və xəyanət hesab etdiklərini bildirdi: "Bu cür satqınlığa heç bir halda bəraət yoxdur. Onlar mütləq cəzlanmalıdırlar. Bu gün müxalifət sosial bazasını itirmiş bir vəziyyətdədir. Demək olar ki, ölkə vətəndaşlarının müxalifət partiya liderlərinin verdikləri boş-boş bəyanatların heç birinə inamı yoxdur. Müxalifət xalqdan heç bir dəstək ala bilməz. Ümumiyyətlə, AXCP və Müsavat partiyalarına bir qədər nəzər yetirsək, görərik ki, orada köhnə qvardiyadan heç bir şəxs qalmayıb. "Milli Şura"da təmsil olunanlar isə Ə.Kərimlinin dəstəsinin üzvü olanlardır".
T.Novruzovun sözlərinə görə, C.Həsənli və Ə.Kərimli səfirlərlə görüşlərində onlardan pul istəyib: "C.Həsənli və Ə.Kərimli pul əldə etmək xatirinə erməniyə də baş əyərlər. Onlar üçün pul olan yerdə milli marqlar arxa planda olur. Onlar Avropanın ölkəmizdəki səfirləri ilə görüşməklə itirilmiş olduqları əlaqələrini yenidən bərpa etməyə ümid bəsləyiblər. Amma görünən odur ki, artıq xarici qüvvələr onlardan imtina ediblər və yenidən münasibətləri bərpa etmək istəmirlər".
T.Novruzov müxalifət düşərgəsində pərakəndəliyin və dağınıqlığın başlıca səbəblərinin həmin partiyalara rəhbərlik edən liderlərin böyük iddialarla çıxış etməsi ilə əlaqələndirdi: "Böyük iddialar müxalifətin birləşməsinə imkan vermir. Ona görə də, həmin partiya rəhbərləri xalqı inandırmağa çalışmasınlar ki, doğurdan da bunlar tam səmimidilər və bir-birinə güzəşt getməyə hazırdılar. Müxalifət düşərgəsində təmsil olunan şəxslər reallığı özündə əks etdirməyən xəyalarla yaşayaraq ümid edirlər ki, nə vaxtsa onlar da nəyə isə nail ola biləcəklər. Amma onların bu arzularının həyata keçməsi mümkün deyil. Çünki həmin qüvvələr xalqın inamını itirmiş yalançılardır. Bu baxımdan da, müxalifət düşərgəsini təmsil edən qüvvələr öz fəaliyyətsizliklərini çox gözəl başa düşürlər. Yəni yaxşı başa düşürlər ki, uğursuzluğa dücar olublar və onların cəmiyyətdən heç bir dəstəyi yoxdur. Amma həmin liderlər öz uğursuzluqlarını başa düşsələr belə, yenə bunu büruzə vermək istəmirlər. Düşünürəm ki, müxalifət qüvvələrinin istəkləri həm bir müddət gündəmdə qalmaqdan, həm də xaricdə olan qüvvələrə öz varlıqlarını nümayiş etdirməkdən ötrü yersiz hərəkətlərə əl atmaqla məhdudlaşır. Amma onlar bəri başdan çox gözəl anlayırlar ki, atdıqları bu yersiz addımların müsbətə doğru heç bir nəticəsi olmayacaq. Yəni hər zaman olduğu kimi, bu dəfə də müxalifət qüvvələrinin arzusu arzu olaraq ürəklərində qalacaq.
GÜLYANƏ