NİDA-çı Amid Süleymanov deyirdi ki, Xədicənin anası hamımızın anasıdır, onun qarşısında baş əyməliyik. Açığı, bir söz deyim, Xədicənin anası Elmiraya baxanda, adamın öz doğma anası gözündən düşür. Bundan hamımıza "ana" olsa, hamımız satqın olacağıq. Xədicə şərti azadlığa çıxdı, Amid görmədi. Elmiraya o qədər mükafat, ənam, diplom, fəxri fərman verdilər ki, o da jurnalist olmağa qərar verdi. Xədicə də çıxar-çıxmaz açıqlama ilə çıxış etdi ki, durduğu yerdən başlayacaq. Əcəbəba, bu qadınabənzər məxluqun durduğu yer haradır və mahiyyəti nədir? Bu sualın azdan-çoxdan cavabını hər kəs bilir. Amma rəhmətlik Vəfa Quluzadənin (politoloq) dedikləri müxalifətin bütün qazanlarının qapağını qapatmışdı. Yadınızdadırsa, bir neçə ilə öncə Vəfa müəllim "Azadlıq" radiosunda çıxışı zamanı Xədicə İsmayıla nələr demişdi? Yadınızda deyilsə, axtarıb tapın və qulaq asın. Diqqətlə oxuyun:
Vəfa Quluzadə: "Hitlerin eləmədiyi vəhşilikləri ermənilər elədilər. Hitler Belarusiyanı, Ukraynanı və Rusiyanının bir çox ərazilərini işğal etmişdi. Amma həmin ərazilərdə məktəblər işləyirdi, konsertlər verilirdi. Amma bu gün bir azərbaycanlı gedib işğal olunmuş torpağında yaşaya bilməz. O vaxt bütün güclər birləşib Hitleri məğlub elədilər. İndi niyə edə bilmirlər? Bunun hamısına Qərb, Amerika və Avropa göz yumubdur. Mən istəyirəm, hər kəs bilsin, siz də bilin (Xədicəyə deyir-S), sizin "Azadlıq" radionuz Amerikanındır. Siz təcavüzkar Ermənistana bu və ya digər yollarla bəarət qazandırmaq istəyirsiniz. Öz qanunlarımızın pozulmasından danışırsınız. Bəs niyə Ermənistan qanunsuzluqlarını demirsiniz? Xədicə, siz ABŞ Dövlət Departamentinin bir qismisiniz.
Xədicə İsmayıl: "Xeyr, bizi ABŞ Konqresi maliyyələşdirir".
Vəfa Quluzadə: "ABŞ konresi sizi maliyyələşdirirsə, bu lap pis. Çünki ABŞ Dövlət Departamentində erməni yoxdur, amma Konqresdə erməni lobbisi var".
Mənə elə gəlir ki, qısa bir dialoqda bir çox mətləblər gün kimi aydın olur. Xədicə kimə işlədiyini etiraf edir, qəbul edir ki, ABŞ Konqresi ona pul ayırır. Allah Vəfa müəllimə rəhmət eləsin, Xədicəni üzbəüz göydən yerə vuran olmamışdı. İndi yəqin sizlərə də aydın oldu ki, Xədicə "durduğum yerdən başlayacam" deyəndə, nəyi nəzərdə tutur. Mənfur prinsip, Azərbaycana dövlətinə olan düşmənçilik müxalifətçiləri də bu reallığı görməyə imkan vermir, sanki gözləri kor olub. Burda başa düşülməyəsi bir şey də yoxdur. 2003-cü ildə Ə.Kərimlinin "bu iqtidarı devirmək üçün ermənilərlə də işbirliyinə gedərəm" deməsi kimsənin yadından çıxmayıb. Bu boyda satqınlıqları ola-ola əlləri-qolları sallaq vəziyyətdə gəzirlər, istədiklərini yazırlar, deyirlər, amma yenə də iyrənc iftiralarından əl çəkmirlər. Xədicə ağzına gələni yazdıqca Ə.Kərimli böyük qrantlar alır, Xədicə Azərbyacan dövlətini təhdid etdikcə, o da altına pul yığır. Buyurun, indi də tələb edirlər ki, "Azadlıq" radiosunun Bakı bürosu açılsın. Bu Bakı bürosunda yuyulan çirkli pulları, məxfi yazışmaları, "donos"ları nə edək bəs, cənab qərblilər?
Bəlkə papağınızı göyə atasınız..!?