"Ağ Blok"un həmtəsisçisi Tural Abbaslı AXCP və Müsavat partiyalarının birləşəcəyi ilə bağlı səslənən iddialara, bu istiqamətində atılan addımlara münasibət bildirib. O, "SƏS" qəzetinə açıqlamasında bildirib ki, bu iki partiyanın birləşməsi heç bir halda mümkün deyil: "Bu təşəbbüslə Tofiq Yaqublu çıxış edir, hər iki partiyanı birləşməyə çağırır. Mən əvvəlcədən də qeyd etmişdim ki, Tofiq bəyin niyyəti nə qədər səmimi olsa da, bu məsələ praktik baxımdan mümkün deyil. Əvvala, ona görə ki, hər iki qurumda birliyə münasibət səmimi deyil.Yəni bu birlik söhbətləri sırf ictimai qınaqdan yayınmaq və partiyadaxili bəzi təşəbbüsləri "nəzərə almaq" üçündür. Əslində, bəlkə də uzun illərdir heç bir real nəticə əldə edə bilməyən siyasi qüvvələr üçün belə kombinasiyalar gündəmdə qalmaq və siyasi həyatlarını süni şəkildə uzatmaq üçün bir şansdır. Ancaq həmin partiyaların rəhbərliyindəkilərin bir-birlərinə qarşı şəxsi düşmənçilikləri o həddədir ki, bu şansı belə dəyərləndirə birmirlər. Əslində isə, mən düşünürəm ki, artıq uzun illərdir müxalifətçiliyi inhisarda saxlamağa çalışan bu qüvvələrin siyasi həyatları bitmək üzrədir. Çünki onlar daxillərində islahatlar apararaq, yeni siyasi mühitə və çağırışlara uyğunlaşa bilmədilər".
Keçmiş müsavatçı Samir Məmmədov da "SƏS" qəzetinə açıqlamasında T.Yaqublunun təşəbbüsündən danışıb: "Tofiq həbsdən çıxandan sonra kövrək olub. Bir az səmimi olsun. Özü də bilir ki, AXCP və Müsavatın birləşməsi absurddur. Son 25 il ərzində Azərbaycanda baş verən siyasi prosesləri analiz edəndə, görürük ki, bu iki partiya Azərbaycanda normal müxalifətçilyin yaranmasına bütün gücləri ilə mane olublar. AXCP və Müsavat iqtidarda təmsil olunanda belə hökumətdə ikitirəlik yaranmışdı. Müsavatçıların verdiyi əmrləri cəbhəçilər, cəbhəçilərin verdiyi əmrləri müsavatçılar yerinə yetirmirdilər. Adını da qoymuşdular ki, guya demokratiya belə olur. Əslində isə, nə baş verirdi? Azərbaycan dövlətçiliyi təhlükə altında qaldı, pərakəndəlik hökm sürürdü, bunların hakimiyyəti illərində müdirin sözü adi işçinin boğazından keçmirdi. Üstündən xeyli vaxt keçib, saxta səmimiyyət nümayiş etdirmək lazım deyil. T.Yaqublu ya "Milli Şura"dan çıxmalıdır, ya da Müsavatdan. Hələ ki, balansı qorumağa çalışır, ancaq vaxt olacaq, o, seçim etməli olacaq. O zaman T.Yaqublu kimi hansı qurumu ittiham edəcək, görəcəyik. Son 15 il ərzində Müsavatla AXCP bəlkə 10 dəfə rəsmi şəkildə birləşiblər. Ancaq seçkidə yenə də ağır məğlubiyyətə düçar olublar. Seçki bitən kimi yenidən qarşılıqlı ittihamlar başlayıb".
Samir