PDF Oxu

Müxalifət

  • 2 057

Həmrəy və həmrəng ola bilməyən İsa Qəmbər

image

Özlərini müxalifət adlandırdıqları gündən "birlik" nümayiş etdirmək istəyiblər. Ancaq bu istək olaraq qalıb. Xüsusilə də, özlərini aparıcı hesab edən AXCP-Müsavat partiyaları bu zamana qədər satqınlıqla məşğul olduqları üçün həmrəy olmadıqları hər kəsə gün kimi aydındır. Hətta özlərinə də aydındır. Çünki 20 ildir ki, hərəsi bir avaz oxuyur, ancaq oxuduqları nəmənədir, hələ də anlamırlar. Bəziləri Rəsulzadə yolunu getməkdə, digərləri isə Elçibəy yolunda olduqlarını iddia etməkdə davam etsələr də, həmrəy olmadıqları kimi, həmrəng olmadıqları da bir çoxlarına bəllidir. Amma bu şəxsiyyətilərin ikisi də sağ olsaydı, yəqin ki, bunların hansı yolda olduqlarını daha dəqiq deyərdilər. Ancaq bilənlər bilirlər ki, bunların getdikləri yol nə yoldursa, axırıncı yoldur. Və bu axrıncı yolu da özlərinə qənimət bilən bəzi müxalifət partiyaları elə başa düşürlər ki, nə zamansa hakimiyyətə yiyələnəcəklər. Fəqət, belə sabahları çox aça-aça 20 ildən artıq müddəti başa vuran müxalifət liderləri hakimiyyətə yiyələnə bilmədiklərini də iqtidarın üzərinə yıxmağa çalişırlar. Amma yenə də təkrarlamaq məcburiyyətindəyəm, çünki bilənlər hər şeyi çox yaxşı bilir.

Əgər bu qədər həmrəy olmaq istəyirsənsə...

Son günlər Müsavat partiyasının sabiq başqanı İ.Qəmbər "Yeni Müsavat"a bu məsələ ilə bağlı açıqlamalarında iddia edib ki, sən demə hakimiyyət ölkə daxilində həmrəylik yaranmasına imkan vermir (?!-R.). Elə bu yerdə "Adımı sənə qoydum, səni də yana-yana"nı yaxşı demiş dədələrimiz! Bir qayıdıb adama deyərlər ki, ay İsa "bəy", sən nə zamandan təmsil olunduğun müxalifət düşərgəsində həmrəylik nümayiş etdirdin ki, indi də iqtidarı həmrəyliyə mane olmaqda ittiham edirsən? Əgər bu qədər həmrəy olmaq istəyirsənsə, ya da buna iddialısansa, get günü sabahları qayıt "Milli Şura"ya və AXCP sədri Ə.Kərimli ilə ol həmrəy, hətta istəsən həmrəng! Ya da C.Həsənlini özünə necə lider seçmişdinsə, indi də onu öz liderin kimi qəbul et. Bax, onda mən də dərhal götürüb yazacağam ki, sabiq başqan İ.Qəmbər müxalifət daxilində birlik və bərabərliyi təmin etməkdən ötrü öz həmrəylini nümayiş etdirdi. Doğru sözümdür, yazmasam, qələmimin mürəkkəbi qurusun!

Məgər sən həmin İ.Qəmbər deyiliydinmi ki, AXCP ilə Müsavatı birləşdirib, "superpartiya" yaratmaq təklifi ilə çıxış edirdin? Amma sonradan ... Bu, heç də təəccüb doğurmur. Bir də nə vaxt dediyinə əməl etmisən? Göründüyü kimi, nə birləşmə oldu, nə də "superpartiya". Üstəlik, AXCP ilə Müsavat arasında düşmənçilik mövqeyi hələ də davam edir. İndi də düşmüsən ortaya ki, bəs iqtidar ölkə daxilində həmrəylik yaranmasına imkan vermir. Ona görə də yaxşı olardı ki, İ.Qəmbər belə məsələlərdən danışanda qocaldığını, əldən düşdüyünü, daha siyasətə yararlı adam olmadığını da etiraf etsin.

RƏFİQƏ

Digər xəbərlər