PDF Oxu

Müxalifət

  • 2 606

Əli Kərimlinin "NİDA"dakı adamı kimdir?

image

"NİDA" hərəkatı ilə AXCP arasındakı münasibətləri analiz etmədən, ilk baxışdan insanda belə bir fikir formalaşır ki, hər iki qurum eyni hədəfi vurmaq istəyir, hər iki qurumun fəaliyyət istiqaməti eynidir, demək olar ki, aralarında heç bir anlaşılmazlıq yoxdur. Hətta qanunu pozduqlarına, müxtəlif xuliqanlıq hərəkətlərinə görə həbs edilən "NİDA"çıların şəkillərinin "Azadlığ"ın manşetlərinə qoyulması, Ə.Kərimlinin müxtəlif statuslar vasitəsilə onları "müdafiə" etməsi bu düşüncə tərzini bir az artırır. Lakin məsələ heç də göründüyü kimi deyil. Hər iki qurum arasında çox ciddi fikir ayrılıqları var və bu da zaman-zaman münaqişlərə səbəb olub. Xüsusilə də, Xədicə İsmayıl həbsdə olarkən, AXCP sədrinin ona qarşı oynadığı oyunlardan sonra "NİDA"çılarla aralarında dərin soyuqluq yaranıb. Təsadüfi deyil ki, X.İsmayıl şərti azadlığa çıxanda, onu ilk ziyarət etməyə cəhd göstərən də, məhz Ə.Kərimli idi. Necə deyərlər, məşhur "ilk ziyarətçin kimdirsə, düşmənin odur" prinsipi ilə yanaşsaq, məsələnin mahiyyəti bir az da açıq olur. Bir sözlə, X.İsmayıl həbsdən çıxandan sonra, "NİDA"nın Ə.Kərimlinin az-çox təsiri dairəsindən tamamilə çıxmasında maraqlıdır və bu istiqamətdə ilk addımlarını da atıb. Hətta bütün bu məsələlərdən sonra "NİDA"da "Ə.Kərimlinin adamları", "İ.Qəmbərin adamları" kimi yeni olan deyimlər də meydana çıxmış oldu. Keçək məsələnin mahiyyətinə.

X.İsmayıl əlində olan maliyyə imkanları vasitəsilə "NİDA"nı öz təsir dairəsində saxlamağa çalışır. Hətta heç bir "NİDA"çı da buna etiraz etməyib. Aylıq məvacib müqabilində hər kəs öz işini görməlidir. Belə ki, hər bir "NİDA"çı əlində telefon, planşet, fotoaparat küçələrə düşüb qərəzli materiallar hazırlamalı, yeri gəlsə, provokasiyalar yaratmalı, insident yaradıb daha sonra onu siyasiləşdirməli və əldə olunan materilları X.İsmayıla göndərməlidir. Burada daha çox kəsiri olan tələbələrlə münasibət qurmaqdan, piyadaya yol verməyən sürücüdən, lüzumsuz mənfi ictimai çatışmazlıqların qabardılmasından söhbət gedir. X.İsmayılın "NİDA"da etibar etdiyi bir neçə gənc var ki, onlara xüsusi qayğı ilə yanaşır. Hətta Xədicənin onların kreditlərinin ödənilməsini də öz üzərində götürdüyü ilə bağlı informasiyalar dolaşmaqdadır. Bu gənclərdən biri "NİDA"da ən radikal və anarxist gənclərdən biri kimi tanınan koordinator Məsud Əsgərovdur. Azərbaycan Turizm İnstitutunun (ATİ) məzunu olan Məsud Əsgərov vaxtilə AXCP-nin üzvü olub, daha sonra müəmmalı şəkildə "NİDA" hərəkatının funksionerlərindən birinə çevrilib. Qısa zaman ərzində "NİDA"çıların rəğbətini qazanan M.Əsgərov, hətta tədbirlərində Ə.Kərimlinin ünvanına sərt ifadələr işlətməsi ilə tanınıb. Ancaq AXCP sədrinin ünvanına səsləndirilən ittihamlar sadəcə bir oyun imiş. Əldə olunan informasiyalar görə, M.Əsgərov "NİDA"da artıq Ə.Kərimlinin adamı kimi deşifrə olunub. Belə ki, onun Ə.Kərimli ilə gizli yazışmaları ortaya çıxıb. Məsələ bundadır ki, M.Əsgərov Xədicənin "NİDA" ilə bağlı apardığı bütün "iş"lər və qurduğu planlar haqqında AXCP sədrinə məlumat verirmiş. Mənbə bildirir ki, məsələdən X.İsmayıl da xəbərdardır, lakin hələ ki, susqunluq nümayiş etdirir. Yaxın zamanlarda "NİDA" ilə AXCP arasında ciddi münaqişənin baş verəcəyi qaçılmaz olacaq. Hər iki qurum arasındakı "casus" oyunları sonda daha ağır nəticələrə gətirib çıxaracaq.

Samir

Digər xəbərlər