PDF Oxu

Müxalifət

  • 4 536

Əli Kərimli ermənipərəst mövqeyindən əl çəkmir - ŞOK

image

Bu il aprelin əvvəllərində cəbhədə baş verən hərbi əməliyyatlar zamanı AXCP sədri Ə.Kərimlinin tutduğu anti-dövlət, anti-Azərbaycan mövqeyi cəmiyyət tərəfindən böyük qınağa səbəb oldu. Cəbhədə hərbi əməliyyatların getdiyi, düşmənin böyük itkilər verərək xeyli geri çəkildiyi bir ərəfədə Ə.Kərimli özünün ermənipərəst mövqeyi ilə gündəmi zəbt etmişdi. Heç şübhəsiz ki, bu mövqe Ə.Kərimlinin əsl xəyanətkar xislətini bir daha təsdiqləmiş oldu. Üstündən qısa bir müddət keçməsinə və Azərbaycan xalqı tərəfindən böyük təpkiyə məruz qalmasına baxmayaraq, AXCP sədri yenidən növbəti sərsəm ittihamlarla gündəmə gəlib. Belə ki, Almaniya Bundestaqının qondarma "erməni soyqırımı"nı tanıyan qərarına münasibət bildirən AXCP sədri Ə.Kərimli yenidən anti-türk, anti-milli mövqedən çıxış edib. Ə.Kərimli "erməni soyqırımı" layihəsinin dəstəklənməsinə görə Azərbaycan və Türkiyə dövlətlərini ittiham edir. Ə.Kərimlinin belə bir iddia ilə çıxış etməsi elə birbaşa ermənilərə dəstəyi deməkdir. Eləcə də bu məsələdə Azərbaycanın ortaya atılması, Türkiyənin xəyanətdə suçlanması isə boşboğazlıqdan başqa bir şey deyildir. Ə.Kərimlinin Azərbaycan dövlətinə olan düşmənçilik mövqeyi hər kəsə bəllidir, lakin ümumilikdə, bütün türk dünyası üçün vacib olan bir məsələdə öz dövlətini ittiham etməsi böyük xəyanətdir. Onun bu məsələ ilə bağlı mövqeyinə diqqət yetirsəniz, görəcəksiniz ki, bircə sözlə də olsa, erməniləri qınamır, ermənilərin adını çəkmir.

AXCP sədri Ə.Kərimli deyir: "Bugünkü qətnamənin qəbul edilməsində Türkiyə hakimiyyətinin və qismən də Azərbaycan hakimiyyətinin səhv siyasətlərinin də ciddi payı var. Almaniya Türkiyənin və Azərbaycanın strateji maraqlarına, ərazi bütövlüyünə hörmətlə yanaşır. Almaniya ilə dostluğu, strateji tərəfdaşlığı yüksək qiymətləndirib, onun demokratikləşmə ilə bağlı çağırışlarına həssas yanaşıb, bu müttəfiqliyi daha da möhkəmlətmək lazım idi. Təəssüf ki, bu yol seçilmədi".

Göründüyü kimi, Ə.Kərimli iddia edir ki, guya Türkiyə və Azərbaycan demokratik addımlar atmadığına görə, Almaniya tərəfindən bu ölkələrə təzyiq vasitəsi kimi "erməni soyqırımı" tanınıb. Bu, sadəcə absurddur. Almaniya dünyada o dövlətlərdəndir ki, öz çıxarlarından başqa heç bir dövlətin çıxarlarını düşünməz, bu dövləti nəinki hüquqi prinsiplər, heç adi demokratik addımlar da maraqlandırmır. Mahiyyətində faşizm, nasizm olan bir dövlətin "demokratik prinsiplərə" əməl olunmadığına görə, təzyiq vasitəsi kimi "erməni sıyqırımı"nı qəbul etməsi əsassız, heç bir normal məntiqə sığışmayan fikirlərdir.

Daha sonra anti-Almaniya isterikasından danışan Ə.Kərimli dolayısı ilə vurğulayır ki, bu qərarına görə Almaniyanı qınamaq düz deyil. Yəni nə Azərbaycan, nə də Türkiyə bu məsələdə həssaslıq göstərməməli, hətta açıq şəkildə etiraf etməlidirlər ki, Almaniya haqlıdır. O zaman Almaniyanı haqlı çıxarmaq istəyən Ə.Kərimli həm də erməniləri haqlı çıxarmış olmurmu? Ə.Kərimlinin fikirlərində zərrə qədər də olsun ermənilərə qınaq yoxdur. Erməni həyasızlığını, Avropa ikili standartlarını qınamaq əvəzinə, o, iki qardaş dövləti Azərbaycan və Türkiyə dövləti ittiham edir. Sözsüz ki, ictimaiyyət bu məsələdə də Ə.Kərimliyə layiq olduğu yeri göstərəcəkdir.

Əslində Ə.Kərimlinin anti-türk mövqeyinin səbəbləri bəllidir. Çünki zaman-zaman Türkiyə dövlətinin bostanına daş atan, dəfələrlə anti-türk bəyanatlar səsləndirən Ə.Kərimli qardaş dövlətin ölkəmizdə keçirdiyi bütün tədbirlərdən məhrumdur. Bu adama bir masada yer verməkmi olar?

Samir

Digər xəbərlər