PDF Oxu

Müxalifət

  • 3 030

Cəbhə hakimiyyəti Azərbaycan tarixinin qara ləkəsidir

image

Təhmasib Novruzov: "Səriştəsiz, qabiliyyətsiz, bacarıqsız və dövlət idarəetməsinin nə olduğunu anlamayan adamlar birdən-birə rayon və respublika idarələrinə rəhbərlik etmək iddiasına düşdülər"

1993-cü ildə AXC-Müsavat cütlüyünün səriştəsiz hakimiyyəti dövründə Gəncə şəhərində törədilən qardaş qırğını haqqında hələ də müxtəlif şərhlər, faktlar verilməkdədir. Ən maraqlı məqam isə 4 iyun hadisələri ilə bağlı müxalifət daxilində qarşılıqlı ittihamların daha geniş xarakter almasıdır. Yəni İsa Qəmbər Əli Kərimlinl, Pənah Hüseyn isə Etibar Məmmədovu və digərlərini kəskin ittiham edir. O dövrdə AXC Ali Məclisinin üzvü olmuş, Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov "Səs" qəzetinə açıqlamasında bildirmişdi ki, müxalifət düşərgəsində başlanan mübahisələr, əslində gözləniləndir: "Yəni 4 iyun Gəncə hadisələri ilə bağlı müxalifətçilərin bir-birini açıq şəkildə ittiham etməsi onların yaramazlığını və siyasi səbatsızlığını bir daha ortaya qoyur. Əslində, onlar bir az keçmişə qayıtmalıdırlar. 1992-ci ilin mart ayında Azərbaycan Xalq Cəbhəsinin Ali Məclisi qərar qəbul etmişdi. Qərara əsasən, Azərbaycanda prezident inustutunun fəaliyyəti müvəqqəti olaraq dayandırılsın, koalisyon Dövlət Şurasının yaradılması uğuruna mübarizə aparılsın. O zaman koalisyon Dövlət Şurasının qəti qərarı va idi ki, Ulu Öndər Heydər Əliyev də dəvət olunsun, Azərbaycanda indiki hakimiyyətdə təmsil olunmaq istəyən qüvvələrin liderləri də həmin koalisyon Dövlət Şurasında təmsil olunsun. Aradan bir ay keçməmiş aprelin 11-də birdən-birə Əbülfəz Elçibəyin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul olundu. Ümumiyyətlə, hamısı bir-birini ittiham etməlidir ki, birinci o məsələdə, Əbülfəz Elçibəy bir insan kimi, bir hərəkatçı kimi müsbət keyfiyyətlərə malikdir".

T.Novruzovun sözlərinə görə, Elçibəyin prezident olması onun xarakterinə və imkanlarına uyğun deyildi: "Onu prezidentliyə təhrik edən şəxslər bu gün bir-birini ittiham edirlər. Yəni bu məsələnin kökü ordadır. Sonradan baş verənlər isə təbii proses idi. Səriştəsiz, qabiliyyətsiz, bacarıqsız və dövlət idarəetməsinin nə olduğunu anlamayan adamlar birdən-birə rayon və respublika idarələrinə rəhbərlik etmək iddiasına düşdülər. Bu, faciə idi. Bu faciənin sonu, məhz 4 iyun hadisələrinə gətirib çıxarmalı idi və çıxartdı da".

"Aslan İsmayılov adlı bir vəkil iddia edir ki, 4 iyun Gəncə hadisələrinin qarşısını almaq olardı. Amma Etibar Məmmədov və digərləri bunun baş verməsinə qarşı çıxıblar. Doğurdanmı Etibar Məmmədov, Nemət Pənahlı və digərləri Gəncədə hadisələrin genişlənməsində maraqlı olublar" sualına T.Novruzov bu sualı verdi: "Etibar Məmmədov, Nemət Pənahlı və digərləri, yəni Əbülfəz Elçibəy hakimiyyətindən vəzifə almayan insanlar birbaşa təxribatlara əl atdılar. Bu insanların marağında idi ki, vəziyyət qarışsın və hakimiyyət tamamilə başını itirsin. Plan baş tutdu. Amma nəticədə, qardaş qanı axıdıldı. Bu, bağışlanmaz səhv idi. Tarix buna zamanında öz qiymətini verəcək".

GÜLYANƏ

Digər xəbərlər