PDF Oxu

Müxalifət

  • 4 727

Əli Kərimli pul alıb Avropaya "AXCP-çi" ixrac edir

image

Dağıdıcı müxalifətin "mühacir biznesi" nə birinci, nə də sonuncudur. Saxtakarlıqların miqyası görünməyən AXCP sədri Ə.Kərimli indi də xaricə ixrac etdiyi "mühacir biznesi"nə girişib. Belə ki, AXCP sədrinin verdiyi arayışlar əsasında xarici ölkələrə mühacirət edən cəbhəçilərin iç üzü açılır. Bu barədə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini N.Orduxanlı AXCP sədri Ə.Kərimlinin xarici ölkələrdə "siyasi sığınacaq" statusu almaq istəyənlərə saxta partiya arayışını satmasına dair sənədlər yayıb.

N.Orduxanlı bildirib ki, Ə.Kərimli arayışları 2500-3000 avroya Hollandiyada yaşayan, "Azərbaycan saatı"nın müxbiri Fikrət Hüseynli ilə əlbir olaraq satır: "Özünə yaxşı biznes qurub. Dəfələrlə bu yönümdə mətbuatda çıxışlarım olub. Bu da faktlar. Yaydığım sənədlərə diqqət edin. AXCP-nin təşkilat şöbəsinin müdiri Saqif Qurbanovun imzası və partiyanın möhürü ilə (partiyanın möhürü həmişə Ə.Kərimlidə olub) 12 may 2014-cü ildə partiyanın Nizami rayon şöbəsinə üzv olmuş Əzizov Vüqar Əlverdi oğlunun qeydiyyatda olduğunu, onun üzv olduğu müddətdə fəallığı ilə, partiyanın bütün tədbrlərində iştirak etməsindən bəhs olunur. Arayışın tələb olunan yerə təqdim olunmaq üçün verildiyini və yazılanları nəzərə almağı xahiş olunur".

N.Orduxanlı fakilara istinad etməklə vurğulayıb ki, 2016-ci ilin fevral ayında yazılan arayış 3000 avroya satılıb: "Ə.Kərimlidən soruşun ki, necə ola bilər ki, siyasi partiya üzvü olan şəxsə bu məzmunda arayış verirsən? Sən dövlət müəsəsinin rəhbərisən? Bir il neçə ay bundan qabaq partiyaya üzv olan şəxsə hansı əsasla bu cür arayış verirsən? Necə yəni arayış tələb olunan yerə verilir? Ə.Kərimli bu cür adamlara məqsədli şəkildə arayış yazıb verir və əvəzində pul qoparır."

Əli Orucov: "Məhz Əli Kərimli satqınlığı və xəyanətkarlığı AXCP-ni dağıtdı"

Müxalif düşərgədə baş verən bu rüsvayçı olaya münasibətini bildirən AMİP Siyası Şürasının üzvü Ə.Orucov isə bildirib ki, bu cür saxtakarlıq halları cəmiyyətdə hər zaman qınağa tuş gəlib: "Belə hallar həm əsl siyasi mübarizə aparan insanlara hörmətsizlik, həm də dövlətə qarşı təxribat və gözdən salmadır. Məncə, hüquq-mühafizə orqanları bu məsələnin izinə düşməlidir. Onlar bütün saxtakarlıq və "mühacir" "ixracının" izinə düşüb bunu ifşa etməli, eyni zamanda hüquqi ölçü götürməlidir."

Göründüyü kimi, bu hal Azərbaycan cəmiyyətində qəsdən "narazılıqlar olduğu" görüntüsü yaratmağa çalışmaqla bərabər, AXCP kimi qurumların pul qazanmaq üçün hansı çirkin yollara əl atdığını göstərir. Faktiki olaraq, burada Azərbaycanın beynəlxalq imicinə ləkə gətirməyə cəhd edən bir müxalif qurumun özünün başdan-ayağa ləkəli işlə məşğul olduğu üzə çıxır. Sözsüz ki, bu cür müxalifətçiliyin sonu elə belə də olmalıdır. Bir də tarix Ə.Kərimli və onun müdafiəçilərinin kimliyini unutmur. Satqınlıq tarixən əxlaqın və mənəvi prinsiplərin aşınmasının göstəricisi kimi dəyərləndirilib. Naturasında xəyanət olan kəslər üçün isə satqınlıq etmək adi bir şey olub. Məhz bunun nəticəsidir ki, ağlı başında, əqidəsi bütöv olan heç kim satqınları sevməyib. Satqınlara yalnız satqınlar dəstək veriblər.

Artıq əlavə şərhə ehtiyac yoxdur. Çünki tarix və onun canlı şahidləri heç nəyi və heç kimi unutmur. Necə deyərlər, hər şey elin gözü qabağındadır. Ən böyük tərəzi də məhz odur.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər