PDF Oxu

Müxalifət

  • 6 951

Əli Kərimli əlaltı rolunda çıxış edir

image

Niyaməddin Orduxanlı: "Qənimət Zahidov, Emin Milli, Natiq Ədilov, Emin Mirzoyev və başqaları erməni diasporası və ermənipərəst qüvvələrlə birgə fəaliyyət göstərirlər"

Müsahibimiz BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlıdır

- Niyaməddin bəy, AXCP və Müsavat "Formula 1" idman yarışı öncəsi aksiya keçirməyi planlaşdırır. Sizcə aksiyanın keçirilməsinə əsas varmı?

- İndiyə kimi Azərbaycanda keçirilən bütün beynəlxalq tədbirlərin eləcə də Avropa Oyunları, Avropa Musiqi Festivalı, istrsə də "Formula-1" yarışmaları zamanı adını çəkdiyiniz siyasi təşkilatlar və şəxslər - Həbib Müntəzir, Qənimət Zahidov, Emin Milli, Natiq Ədilov, Emin Mirzoyev və başqaları əleyhinə olublar. Xaricdə də bunlarla yanaşı, erməni diasporası və ermənipərəst qüvvələr birgə fəaliyyət göstərərək, Azərbaycanda keçirilən bütün beynəxalq yarışların əleyhinə kampaniya aparıblar. Hətta xaricdə yaşayan bu şəxslərin əksəriyyəti erməni ilə birgə şəkillər çəkdiriblər və bu məsələlərrdə onlarla birgə və həmrəy olduqlarını gizlətməyiblər. Ona görə də, Azərbaycanın millli maraqları ilə bağlı tutduqları mövqeyi yanlış hesab edirəm. Bu adamlardan başqa nəsə gözləməyə dəyməz. Görünür, bu adamlar həmin aksıyada ona görə iştirak ediblər ki, ermənilərin aksiyadakı saylarını çoxaltsınlar və onları himayə edən avropalılara hesabat versinlər! Bu adamlar üçün heç bir mənəvi dəyər yoxdur. Əsas odur ki, pullarını alsınlar və gecə barlarında yeyib-içib kef etsinlər...Daxildə isə, həmin kampaniyanın davamı olaraq Ə.Kərimli və onun əlaltıları fəaliyyətlərini davam etdirirlər.

- Əslində, xaricədə təşkil olunan mini-aksiyalarında əsas təşkilatçılarından birinin də Ə.Kərimli olduğunu demək olar?

- Ə.Kərimlinin həmişə əsas məqsədi o olub ki, bütün dünyanın nəzəri Azərbaycanda olduğu halda, imkan düşdükcə dövlətin və onun hakimiyyətinin əleyhinə qarayaxma kampaniyası genişləndirilsin. Əsas məqsəd dövlətə zərbə vurmaqdır. Bu adamın ətrafında 5-10 nəfər yoxdur. Belə vəziyyətdə hansı aksiyadan söhbət gedə bilər? Ətrafında öz qohum-əqrəbları və yerlilərindən başqa bir kimsə qalmayıb. Araşdırın, o zaman özünüz görəcəksiniz ki, ən yaxın qohumlarından ibarət bir neçə adam qalıb Ə.Kərimlinin yanında. Bu adamlar da, digərləri kimi, Ə.Kərimlinin əmisi uşaqları İnqilab Kərimov və ailəsi, Qənimət Zahid və onun ailəsi və Natiq Ədilov kimi Avropada yaxşı yaşamaq və "siyasi sığınacaq" alıb həmin dövlətin hesabına yaşamaq istəyirlər.

- Niyaməddin bəy, Ə.Kərimlinin partiyanın vəsiqələrini satması barədə mətbuata açıqlama vermisiniz. Bu, nə məsələdir?

- Bəli, Ə.Kərimlinin 3000 avroya Azərbaycan vətəndaşlarına saxta partiya arayışları satır. Həmin adamlar ümüd edir ki, Ə.Kərimli bu adamları da Fransa, Almaniya və Avropanın digər ölkələrinə siyasi mühacır kimi yola salacaq. Ətrafında qalan bu adamlardır. İndiki vəziyyətdə istəyir ki, "Formula-1" başlanan ərəfə də bir-iki icazəsiz piket keçirsin və həmin piketdə bir neçə adam saxlanılsın və Ə.Kərimli də vəziyyətdən sui-istifadə edib, bütün beynəlxalq təşkilatlara göstərsin ki, görürsünüzmü, "Azərbaycanda "Sərbəst toplaşmaq azadlığı" pozulur və yaxud "Azərbaycanda real müxalifət mənəm". Əsas məqsədlərindən biri də budur... Həmin aksiyaların təşkilatçılarının məhz AXCP sədri Ə.Kərimli, Müsavat başqanı A.Hacılı olduğu təsdiqlənir.

- Bu günə kimi Ə.Kərimlinin dəstəsi müsavatçıları, xüsusən də A.Hacılını satıqın və xəyanətkar adlandırdı. Hər gün qarşılıqlı ittihamlar daha da artırdı. İndi nə baş verib ki, bunlar birgə aksiya keçirdirlər?

- Bu, onun göstəricisdir ki, tapşırıq başqa ölkədən gəlib. Yəni hər iki partiyanı idarə edən qüvvələrin tapşırığıdır. Bunun başqa bir şərhi yoxdur. Sadəcə, bu adamlardan çomaq kimi istifadə edirlər.

- Ə.Kərimlinin, İ.Qəmbərin, A.Hacılının və onların yanında olan bəzi şəxslərin dövlətimizə və millətimizə qarşı bu dərəcədə aqressiya nümayiş etdirmələrinin səbəbi nədir?

- Bütün bu adamların siyasəti radıkallıq və dağıdıcılıq üzərində qurulub. Bu adamların 25 ildir ki, bütün fəaliyyətlərinin nəticələri hakmiyyətə gəlməkdir. Azərbaycan icitimaiyyəti çox yaxşı bilir ki, bu adamlara heç vaxt dövləti idarə etmək tapşırığını vermək olmaz. Çünki o zaman ölkə böyük faicə ilə üzləşə bilər. Xaos, hərc-mərclik vəziyyəti yarana bilər. Bunlar üçün dövlətin milli maraqları önəmli deyil.

GÜLYANƏ

Digər xəbərlər