PDF Oxu

Müxalifət

  • 2 336

Müxalifətin koalisiyası dağıldı

image

Partiyalar böhranın olmadığını etiraf edirlər

Azərbaycanın siyasi müxalifət düşərgəsində fəaliyyət göstərən, lakin ictimai-siyai proseslərə heç bir təsir edə bilməyən daha bir birlik - "Müxalifətin Antiböhran Koalisiyası" fəaliyyətini dayandırıb. Artıq adıçəkilən birliyin sıralarını tərk edən partiyalar da var ki, onlar bir sıra etirafları ilə yadda qalmaqdadırlar.

ADP: "Birliyin fəaliyyətinə heç bir ehtiyac qalmayıb"

Məsələn, Sərdar Cəlaloğlunun sədri olduğu Azərbaycan Demokrat Partiyası bu qurumun sıralarını tərk edib və siyasi təşkilatın sədri adı olub, nəticə əldə etməyi bacarmayan "koalisiya"da qalmağın faydasız olduğunu bildirib. Cəlaloğlu "bir halda ki, bir neçə müxalifət partiyası "antiböhran koalisiyası"nda qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ bilmədisə, demək, həmin birliyin fəaliyyətinə ehtiyac da görmürəm"-deyə fikir irəli sürərək, onu da əlavə edib ki, oradakı partiyaların əksəriyyəti siyasi səhnədə gözə görünməkdən ötrü ora toplaşmışdılar. Yəni onların məqsədləri heç də böhrandan çıxış yolunu tapmaq olmayıb.

ADP-nin ardınca, Əhməd Orucun sədri olduğu "Azadlıq" partiyası da "antiböhran koalisiyası"ndan çıxacağını bəyan edib. Partiyadan mətbuata məlumat ötürülüb ki, qəti qərar verilməsə də, bu istiqamətdə böyük üstünlük, məhz oranı tərk etməkdir.

"Azadlıq": "Diqqət cəlb edən ideyalar ortaya qoyulmadı"

"Azadlıq" partiyasının sədri Ə.Oruc partiyadaşları ilə fikir mübadiləsi apararaq deyib ki, "koalisiya" ictimai rəydə maraq doğurmayıb və aktuallığını itirib: "Faktiki böhran siyasi səhnədən çıxıb. Böhranla bağlı artıq cəmiyyətdə heç bir gözlənti yoxdur. " Antiböhran koalisiyası"nın bu məsələləri ortadan götürmək istiqamətində heç bir addımı yoxdur. Nə bir mitinq keçirir, nə millətin diqqətini cəlb edən ideyalar ortaya qoyur".

Əhməd Oruc niyə vaxtilə ittiham etdiyi AXCP və Müsavata yarınmağa başlayıb?

Maraqlı məqamlardan biri də Ə.Orucun özlərini müxalifətin aparıcı partiyaları kimi təqdim edən AXCP və Müsavatın bostanına daş atması olub. O, nədənsə daim ittiham etdiyi hər iki siyasi təşkilatı bu dəfə "iki əsas müxalifət partiyası" kimi təqdim edib: "Ölkədə iki əsas müxalifət partiyası bu "koalisiya"ya qatılmadı, faktiki boykot etdilər, eyni zamanda koalisiyanın əleyhinə təbliğat apardılar. "Koalisiya" da istənilən effekti vermədi və artıq aktuallığını itirib".

Göründüyü kimi, "Azadlıq" partiyası ADP kimi "koalisiya"nın sıralarını tərk etmək niyyətini sərgiləsə də, digər tərəfdən AXCP və Müsavata üstünlük verən fikirlər səsləndirib. Hər halda "Azadlığ"ın yaxın zamanlarda iki partiyadan biri ilə yaxınlığa can atacağının şahidi olacağıq. Çünki Ə.Oruc öz təşkilatını ayaqda saxlamaq üçün istər-istəməz bir addım atmalı idi. "Koalisiya" nəticə vermədiyinə görə, indi də AXCP və Müsavatı düşərgənin aparıcı partiyaları kimi tərif edir.

Lakin fakt bundadır ki, düşərgədə artıq sayı itirilmiş növbəti birlik fiaskoya uğrayır. İndi oradakı müxalifət qurumları siyasi səhnədən silinməməkdən ötrü yeni siyasi gedişləri barədə fikirləşməyə başlayıblar.

Rövşən RƏSULOV

Digər xəbərlər