PDF Oxu

Müxalifət

  • 2 207

"Amnesty İnternational" təşkilatı yenidən öz yarıtmaz mövqeyini ortaya qoyub

image

Təhmasib Novruzov: "Vicadan məhbusu" termini Qərb ölkələrinin bəzi dairələrinin müəyyən dövlətlərə təzyiq variantı kimi istifadə olunan terminlərdir"

Vaxtaşırı olaraq xarici maraqlı qüvvələr Azərbaycandakı əlaltılarına dəstək xarakterli açıqlamalar verir, çağrışlarla çıxış edirlər. Bəzən yalana, böhtana daha çox yer ayıran xarici maraqlı dairələr bununla Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi uğurlara, sosial-iqtisadi nailiyyətlərə kölgə salmağa cəhdlər göstərirlər. Dəyişməz ampluasından çıxış etməsinə görə, cəmiyyətdə müəyyən qədər tanınan "Amnesty İnternational" təşkilatı yenidən öz yarıtmaz mövqeyini ortaya qoyub. Təşkilat yaydığı növbəti dezinformasiya xarakterli bəyanatında həbsdə olan cəbhəçilərin "vicdan məhbusu" olduğunu elan edib. Sual yaranır: vicdan məhbusu nə olan şeydir və bunun tərifi varmı? Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov "Səs" qəzetinə açıqlamasında bildirdi ki, bu gün beynəlxalq aləmdə istər siyasi məhbus, istər vicdan məhbusu anlayışları bir mücərrəd anlayış kimi işlədilməkdədir: "Heç kəs "vicdan" və yaxud "siyasi məhbus" anlayışının tərifini verə bilmir. Yəni konkret bunun haqqında bir qərar, sənəd, beynəlxalq hüquqi akd yoxdur ki, "siyasi məhbus" və vicdan məhbusu nə deməkdir? Əgər insan siyasətlə məşğul olursa və bu cinayət törədibsə elə həbs olunan kimi onu siyasi məhbus adlandırmaq nə dərəcədə doğrudur? Sadəcə olaraq, "Vicadan məhbusu" termini Qərb ölkələrinin bəzi dairələrinin müəyyən dövlətlərə təzyiq variantı kimi istifadə olunan terminlərdir. Əgər bu gün Qərb dairələri Azərbaycanda hansısa maraqlarını həyata keçirməklə istədikləri məqsədə nail olmaq istəyirlərsə, bu terminlərdən istifadə etmələri ilə heç nəyə nail ola builməzlər".

"Nəyə görə bu kimi beynəlxalq təşkilatlar yalnız cəbhəçilərin və ya müsavatçıların maraqlarından çıxış etməyə üstünlük verirlər? Bunun arxasında siyas maraqlar dayandığını demək olarmı" sulanına cavab olaraq, T.Novruzov bildirdi ki, heç şübhəsiz ki, beynəlxalq təşkilatların cəbhəçilərin və müsavatçıların maraqlarından çıxış etmələrinin arxasında siyas maraqlar dayanır: "Niyə, məhz cəbhəçilər və ya müsavatçılar? Ona görə ki, bəzi beynəlxalq təşkilatların istəklərini, məhz müxalifət düşərgəsində olan adları çəkilən qüvvələr həyata keçirməklə məşğul olur. Yəni Azərbaycan dövlətinin əldə etdiyi uğurlara kölgə salmaq və ölkəmizdə nə isə xoşagəlməz bir vəziyyət yaratmaq istəyini bu qüvvələr həyata keçirməyə cəhdlər göstərirlər".

"Məlumatlara görə, Ə.Kərimli eləcədə A.Hacılı müsavatçıların və eləcə də cəbhəçilərin istirakı ilə toplantı keçirib birgə fəaliyyət qurmaları barədə bəyanat qəbul edəcəkərlər. Sizcə, bu iki partiyanın bir araya gəlməsi mümkündürmü" sulanına cavab olaraq, T.Novruzov bildirdi ki, 1993-cü ildən bu günə qədər adları çəkilən bu qüvvələr dəfələrlə bir araya gəlib ayrılıblar. Onların axıra qədər uzun müddət birgə fəaliyyət yolu tuta bilməmələrinin səbəbi də, məhz bu şəxslərin şəxsi ambisiyalarının olmasından irəli gəlir. Bir sözlə, onların bu cür bəyanatlar vermələri quru sözlərdən və kağız parçasından başqa bir şey olmayacaq".

GÜLYANƏ

Digər xəbərlər