PDF Oxu

Müxalifət

  • 2 313

İstefalar artır, qarşıdurmalar kəskinləşir...

image

Arif Hacılının başqanlığı Müsavatın ömrünü başa çatdırır

Müsavat partiyasında baş verən ardıcıl qopmalar, istefa və qovulmalar artıq ictimai rəy üçün ənənəvi təsir bağışlamaqdadır. Xüsusilə də, sabiq başqan İ.Qəmbərin saxta xeyir-duası ilə saxta yolla başqan seçilmiş A.Hacılının ətrafı sürətlə boşalmağa başlayıb. Nəticədə, kənarda qalanlar A.Hacılını ittiham edərək bildiriblər ki, nə qədər ki, Hacılı Müsavatda başqandır, partiyanın qara günləri bundan sonra davam edəcək.

Ramiz Mirzəoğlu: "İsa Qəmbər və Əli Kərimli riyakardılar"

Keçmiş cəbhəçi Ramiz Mirzəoğlu da bu fikirlərə qoşularaq Müsavatın sabiq başqanı İ.Qəmbəri, hazırkı başqan A.Hacılını, XP sədri Pənah Hüseyni və AXCP sədri Ə.Kərimlini sərt şəkildə tənqid edib. R.Mirzəoğlu bildirib ki, bu adamlar bütün çətin anlarda yaxalarını kənara çəkirlər: "Mən də müsavatçı olmuşam, ancaq bu partiyada baş verən özbaşınalıqlara, diktaturaya etiraz edib, oranı tərk etmişəm. Bu gün Müsavatın göbəyində oturub ağzına su alanları başa düşə bilmirəm, bir-birilərini qırmaqla məşğuldurlar. Müsavatın sabiq üzvü İlham İsmayılın Elçibəy haqqında söylənilənlərə kimsə münasibət bildirir? Nə vaxta qədər qaçacaqsınız. Artıq kimsə sizlərə inanmır, çünki hər kəsin inamını sarsıtmısınız".

Keçmiş cəbhəçi Ülvi Həkimoğlu da adıçəkilən şəxsləri, xüsusilə də Ə.Kərimlini əqidəsiz və satqınlıqda suçlayıb: "Ə.Kərimli Elçibəyin çörəyini yeyib, onun hesabına adam olub. Ancaq indi bircə dəfə də olsun Elçibəyin ailəsi ilə maraqlanmır. Bu da bir tərəfə qalsın, niyə Elçibəy haqqında deyilənlərə cavab vermir? Məqsədi nədir? Bəlkə özü sifarişlə edir bu yazılanları?"

R.Mirzəoğlu bildirir ki, ittihamlara cavab olaraq, Ə.Kərimli telefonlara tanımadıqları nömrələrdən zənglər gəlir, hər iki şəxs təhqir olunur. Onlara hədə-qorxu gəlirlər ki, heç yerdə Ə.Kərimlinin adını çəkməsin.

Göründüyü kimi, siyasi fəaliyyətdən daha çox, şəxsi intriqalar üzərində "işlərini" quranlar, xüsusilə, AXCP və Müsavat partiyası üçün dava-dalaş daha önəmlidir. Görünür A.Hacılının başqanlığı Müsavatın qaranlıq ömrünü tezliklə başa çatdıracaq.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər