PDF Oxu

Müxalifət

  • 3 324

Milli xəyanətkarların yeri tarixin zibilliyidir

image

İblis xislətli Əli Kərimlinin hələ çox paxırı üzə çıxacaq

Mətləbə keçməzdən əvvəl bir atalar sözünü xatırlatmaq istərdim: "Öz gözündə tiri görmür, özgə gözündən tük axtarır". Bu gün AXCP sədri Ə.Kərimli müxalifət düşərgəsində olanları satqın adlandırır. Bu yerdə deyərlər, "kor-kora kor deməsə, bağrı çatlar". Görünür, Ə.Kərimli hələ də anlamır ki, bütün cəmiyyət, xüsusilə "silahdaşları" onu xəyanət "simvolu" adlandırıb. Daha dəqiq desək, bu "titul"a iblis də əlavə olunsa, daha doğru olardı. Əgər Ə.Kərimlinin "siyasi karyerası"na nəzər salsaq, onun insan yox, satqın və iblis olması haqqında mülahizələrə tam əmin olarıq...

Mirmahmud Mirəlioğlu: "Xəyanət imici qazanmış insanla iş birliyində olmaq mümkün deyil"

KXCP sədri M.Mirəlioğlu Ə.Kərimlinin başdan-ayağa qədər xəyanətkar olduğunu deyərkən, bir maraqlı arqumenti ortaya qoyub. Qeyd edib ki, AXC-Müsavat hakimiyyətinin süquta uğraması səbəblərindən biri də, məhz "Yurd"-Müsavat qarşıdurması olub: "Bilirsiniz ki, Elçibəy hakimiyyəti dövründə parlament seçkilərinin keçirilməsi gündəmdə idi. Dəfələrlə qeyd olunub ki, Elçibəy hakimiyyətinin məğlubolma səbəblərindən biri parlament seçkilərinin keçirilməməsi oldu. Niyəsi var. Ona görə ki, "Yurd"-Müsavat qarşıdurması bütün prosesləri tormozlayırdı. 1993-cü ilin payızında seçkiləri keçirmək istəyirdik. Bunun baş tutmamasının başlıca səbəbi hakimiyyət daxilində "Yurd"-Müsavat qarşıdurması olub. Bunlar 1997-1998-ci illərdəki fəaliyyətlərində açıq xətlə Elçibəyi "bitmiş bir insan" kimi qeyd edirdilər. Prezident seçkilərində iştirak etməmənin kökü də gedib ora çıxırdı. Müxlifətin seçkidə vahid komandada iştirak etməməsi bir tərəfdən, ikinci tərəfdən isə təşkilat daxilində birliyin olmaması, qarşıdurmanın güclənməsi var idi. Məsələ tək maliyyədə, qrantda deyildi. Əsas niyyət iyrənc idi: anti-Elçibəyçilik, Elçibəyə xəyanət idi. Prezident İlham Əliyevin məşhur bir ifadəsi var: "Mən liderinə xəyanət etmiş adamla iş birliyində ola bilmərəm". Bax, bu sonradan əlaqələrin tamamilə qırılmasına gətirib çıxardı ki, öz liderinə xəyanət edən imici qazanmış insanla iş birliyində olmaq mümkün deyil".

Sərdar Cəlaloğlu: "Əli Kərimli Əbülfəz Elçibəyi satıb, müxalifətə xəyanət edib"

ADP sədri Sərdar Cəlaloğlu da, öz növbəsində AXCP sədri Ə.Kərimlini "bombardman" edərək, onu "xəyanət simvolu" adlandarıb: "Onlar siyasi dialoq tərəfdarı kimi çıxış edəndə, bu, demokratiya naminə olursa, biz çıxış edəndə, xəyanət olur? Dialoq xəyanətdirsə, beynəlxalq təşkilatların 2000-ci ildən sonra hakimiyyət təmsilçiləri ilə təşkil etdikləri dialoqlarda Ə.Kərimli niyə iştirak edirdi?

Baxın, nə xalq hərəkatında bu adamın xüsusi xidmətləri olub, nə sonrakı hərəkatda müsbət xidmətləri olub. Təsadüfən necə olmuşdusa, gəlib Elçibəy hakimiyyəti zamanında dövlət katibi olmuşdu. Onun həmin dövrdə hakimiyyəti daxilində hansı oyunlardan çıxdığının şahidi Qurban Məmmədovdur. Ə.Kərimli Elçibəyi satıb, müxalifətə xəyanət edib. Bu adamda bir kompleks var: özü satqındır deyə çalışır ki, mümkün qədər çox insanın haqqında satqın obrazı yaratsın. Özü o qədər oyunlarda iştirak edib ki, elə bilir hamı onun kimidir.

Barı ayıbına kor olub dilini dinc qoy...

Tahir Kərimli: "Yurd" AXC-də "dövlət içində dövlət idi"

AXCP sədri Ə.Kərimliyə qarşı olan xəyanət ittihamının hansı dərəcədə doğru olmasını aydınlaşdırmaq məqsədilə AXC hakimiyyəti dövründə Ali Məhkəmənin sədri olmuş, o zaman siyasi oyunlardan tam xəbərdar olan "Vəhdət" partiyasının sədri, millət vəkili Tahir Kərimli bildirib ki, Müsavatın "Milli Şura"dan çıxması ilə AXC-çilərlə müsavatçılar arasında başlanmış soyuq savaş, əslində, indiyə qədər baş vermiş proseslərin nəticəsidir və bu savaşın kökü Elçibəy hakimiyyəti zamanı vəzifələr uğrunda başlanmış amansız "Yurd-Müsavat" rəqabətindən qaynaqlanır: "Məlum olduğu kimi, Elçibəy hakimiyyətə gələndən sonra İ.Qəmbər AXC-dən ayrılıb, Müsavat partiyasına başçılıq etməyə başladı. Əli Kərimli isə həm AXC-də, həm də Elçibəyin komandasında "yurdçu"ların maraqlarını və mümkün qədər daha çox miqdarda hökumət postlarına yerləşdirilməsini güdürdü. O zamanlar "Yurd" təşkilatı, faktiki olaraq, AXC-də dövlət içində dövlət kimi davranırdı və təsirli qüvvəyə çevrilmişdi."

T.Kərimli onu da vrğulayıb ki, əslində, biz də illərlə bunu deyirik. Görünən odur ki, axırda hamı biz deyənə gəlir və kimin kim olduğunu görür: "Xəyanətkarların kim olduğu gün kimi aydındır. Elçibəyə xəyanət edənləri də, dar gündə onun yanında olanları da xalqımız yaxşı tanıyır. Baş verən son hadisələrdən sonra isə hər şey daha qabarıq görsənməyə başladı. Mən vaxtımı və enerjimi bu kimi şeylərə xərcləmək istəmirəm. Onsuz da Ə.Kərimli kimi xəyəanətkarlar gec-tez ifşa olunmalı idilər."

Göründüyü kimi, alqı-satqı obyekti olaraq, bu insan çox işlədilib. İşlənmiş əşyalara isə nə Azərbaycan siyasəti, nə Azərbaycan hakimiyyəti, nə də beynəlxalq təşkilatlar ehtiyac duymurlar. Milli xəyanətkarların yeri tarixin zibilliyidir və onlar sona qədər həmin zibillikdə qalacaqlar.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər