PDF Oxu

Müxalifət

  • 2 065

Müxalifətin yeniləşməsinə ehtiyac var

image

Niyaməddin Orduxanlı: "Əli Kərimli heç vaxt müxalifətin önündə gedən lider ola bilməyəcək"

Bir zaman müxalifət düşərgəsində səs-küyləri ilə seçilən Eldar Namazov, Etibar Məmmədov, Rüstəm İbrahimbəyov və bu kimi digər şəxslər sanki hazırda yoxdular. Sözügen şəxslərin səsləri mətbuatda da çıxmır. Bəziləri bunu siyasi fəaliyyətlərinin mənasız olduğunu dərk etdiklərindən ən məqbul yolun proseslərdən uzaqlaşmaqda gördüklərini iddia edirlər.

"Etibar Məmmədov siyasətdə qocalmaq prinsipindən əl çəkdi"

Söhbət etdiyimiz müsahibimiz BAXCP sədr müavini Niyaməddin Orduxanlı çürümüş və cəmiyyət tərəfindən rədd edilən müxalifətin siyasətdə qalmasının əhəmiyyətsiz olduğunu bildirdi: "Etibar Məmmədov uzun illərdi siyasətdən ayrılıb və bununla bağlı özünün cəmiyyətə verdiyi fikirlər və mesajlar var. Məncə, Etibar Məmmədov siyasətdən getməkdə doğru qərar verdi. Bilirsiniz ki, Etibar bəy 1988-ci ildən siyasətə qatılmış və uzun illər müxalifətdən olan bir siyasi təşkilatın sədri idi. Bir çoxlarından fərqli olaraq Etibar Məmmədov siyasətdə qocalmaq prinsipindən əl çəkdi. Bu adam 20 il öz tərəfdarlrını arxası ilə apardı və ciddi bir uğur qazana bilmədi. Belə olan təqdirdə, təbii ki, siyasətdən də getməli idi. Eldar Namazov isə, hakmiyyətdə təmsil olunmaqla özünün "uzaqgörən" siyasətinin qurbanı olub. Bu adam indiki hakmiyyətə xəyanət edib və bu səbəbdən, hakmiyətdən qovulub".

"Milli Şura"da Namazov ikinci dərəcəli şəxs kimi rol almışdı"

Təşkilat sədrinin sözlərinə görə, taleyüklü tədbirlər ərəfəsində Eldar Namazvdan Azərbaycan hakmiyyətinə qarşı bir vasitə kimi istifadə edirlər: "Son prezident seçkilərində Rusiyanın layihəsi olan "Milli Şura"da Namazov ikinci dərəcəli şəxs kimi rol almışdı və bunu da çox məharətlə başa vurdu. İndi Eldar Namazov nədən danışsın? 2018-ci il seçkiqabağı ərəfədə Eldar Namazov yenidən "gündəmdə" olacaq. Bu adam yalnız seçkidən-seçkiyə sanki bir QHT rəhbər kimi ortalığa çıxır və müəyyən maliyyə müqabilində "seçki layihəsi" həyata keçirir. Rüstəm İbrahimbəyov isə heç vaxt siyasətçi olmayıb. 2013-cü il prezident seçkilərində Rusiyanın müəyyən dairələrinin tapşırıqlarını açıq şəkildə həyata keçirib və onların icrası ilə məşğul olub. Heç kimə sirr deyil ki, İbrahimbəyov Rusiyanın layihəsi olan "Milli Şura"da Azərbaycan üzrə birinci dərəcəli şəxsi olub. Onu danışdırdanlar da Rusiyanın bəlli siyasi dairələri idi. Prezident seçkiləri bitdikdən sonra İbrahimbəyov nə danışmalı idi ki? Elə onu danışdıran şəxslər də dedilər ki, sənin işin bura qədərdi, bundan sonra get, kinonu çəkməklə məşğul ol. Sadəcə, İbrahimbəyov onunla yadda qaldı ki, heç vaxt siyasətlə məşğul olmayan 75 yaşlı bir qoca uzun illər siyasətlə məşğul olan Əli Kərimlini, İsa Qəmbəri, Rəsul Quliyevi və başqalarını barmağına doladı. Bu, danılmaz faktdır! Bu gün bu adamların siyasətdə olmamalarında başqa səbəb axtarmaq lazım deyil!"

"Bu qüvvələr bir-birinə qarşı antoqonist siyasət aparan şəxslərdir"

"Bir zaman fəallığı ilə seçilən, ancaq indi susmağa üstünlük verən bəzi müxalifət simalarının gözə görünməmələrini uğurlu bir qüvvə olmamalarına inamsızlıqları ilə əlaqələndirmək olarmı" sualına cavab olaraq N.Orduxanlı bildirdi ki, bu şəxslər çox yaxşı bilirlər ki, Azərbaycan icimaiyyəti radikal siyasətə dəstək vermir: "Onların arxalarınca gedən yoxdur. Cəmiyyət kifayət qədər siyasi prosesləri düzgün analız edib və kimin kim olduğunu görə bilir. 25 ildən artıq siyasətdə mövcudluğunu qoruyub-saxlayanlara niyə dəstək verməməlidir ki?! Özü də bu qüvvələr bu gün bir-birinə qarşı antoqonist siyasət aparan şəxslərdir. Bir-birinə patoloji nifrəti olan insanlardır. Xalq da yaxşı bilir ki, bu cür insanlara dəstək verib, bunları hakmiyyətə gətirsə, ölkə xaos, anarxiya və ən əsası da bu, sabitliyin pozulmasına gətirib çıxarar. Xalq bu insanlara qətiyyən inanmır!"

"Hamı yaxşı bilir ki, Əli Kərimli öz lideri Əbülfəz Elçibəyə xəyanət etmiş adamdır"

"Milli Şura" müxalifət düşərgəsində və mövcud olan durğunluqdan istifadə edərək, önə çıxmağa çalışır. Sizcə, Ə.Kərimli və C.Həsənli birliyi buna nail ola biləcəkmi" sualına cavabında N.Orduxanlı qeyd etdi ki, Ə.Kərimli heç vaxt müxalifətin önündə gedən lider ola bilməyəcək: "Müxalifətdə olan şəxslər yaxşı bilirlər ki, buna heç Kərimlinin xarakteri də imkan verməz. Ə.Kərimli şəxsi ambisiyalarla yaşayan və istənilən məqamda dostlarını-yoldaşlarını öz əqidaşlarına, dəfələrə xəyanət edən birsidir! Heç kim Ə.Kərimliyə inanmır! Öz maraqlarına hər kəsi qurban verməyi bacaran adamdan lider ola bilməz. Bu 25 ildə Ə.Kərimli müxalifətə n qədər xəyanət edib... 2005-ci il parlament seçkilərinə müxalifət bütün əməkdaşları ilə birgə saziş imzaladı ki, parlamentə qatılmayacaq. Ancaq bir neçə şəxsi deputatın mandatı qazandığını elan edən kimi, Əli Kərimli öz iradəsinə ciddi olaraq, Milli Məclisə qatıldı. Kim belə şəxsə inanar? Hamı yaxşı bilir ki, Ə.Kərimli öz lideri Əbülfəz Elçibəyə xəyanət etmiş adamdır. C.Həsənlini isə Azərbaycan xalqı deputat olduğu illərdə mədiyyə yazan biri kimi tanıyır.

Gülyanə Ağakərimova

Digər xəbərlər