PDF Oxu

Müxalifət

  • 2 098

"Milli Şura" - həyasızlıq nöqtəsi

image

Bu gün özünə hörmət edən kəsdən soruşsan ki, müxalifətdə hansı dəyişikliklər olub, deyər ki, vallah, həmin müxalifəti necə görmüşəmsə, eləcə də qalıb. Sual edəndə ki, nəyə görə belə düşünürsən? Cavab verər ki, müxalifət, əslində, müxalifət olduğundan üzübəri həmin təxəyyülə, həmin təfəkkürə və həmin təsəvvürə malik olan primitiv siyasi dairədir. Bax, ona görə də müxalifət deyilən primitiv siyasi dairə bir addım qabağa, iki addım geriyə doğru "qələbə" yürüşü edir. Bir zamanlar "İctimai Palata"nın həndəvərində və daxilində fırlanan müxalifət başbilənləri yenidən öz köhnə düşüncələrinə, xülyalarına qapılaraq, "az qalıb", "gəlirik" kimi ifadələr işlətməklə, guya xalqa nəyisə sübuta yetirməyə cəhd göstərirlər. Ancaq bu dəfə "Milli Şura"da... Amma əməli işə gəldiyimiz zaman, görürük ki, bunların gəlhagəli, sən demə başqa yerdən imiş. Yəni onlara qrant ayıran qərbli-şimallı xarici təşkilatlar tərəfindən ödənilən pullar müxalifətçilərin dillərini uzada bildikcə uzadır. Axırda bəlli olur ki, həmin pullar "liderlər" tərəfindən yeyilib, hətta üstündən su da içilib və sonra da...

ORTADA QALAN ELƏ ORTADACA QALIR

Uzun-uzadı mitinqlərdən, aksiyalardan sonra ara sakitləşir, ortada qalan elə ortadaca qalır, qeyb olan isə qeyb olur. Ortada qalanlar "liderlər"inə inananlar, qeyb olanlar isə həmin "liderlər" olur və beləliklə, küçələrdə bəh-bəhlə müxalifətin "xoş gələcəyinə" ümid edənlərin əlləri qalır boşda. Əvəzində, ağızları başlayır işə düşməyə. Nə üz qalır, nə sifət qalır, nə də... Sonda müxalifət gedir uzun-uzadı qış yuxusuna. Ta növbəti bahar gələnə qədər.

Bax, onda mənim həmin sıravi müxalifətçilərə yaman yazığım gəlir. Ancaq nə edəsən? Adamın gərək ağlı ola! Ağıl olmayandan sonra ha özünü öldür, ha özünə toxtaqlıq ver, vallah da, billah da, bunun heç bir xeyri-filanı yoxdur! Ümidlər "liderlər"lə birgə yoxa çıxır. Necə ki, İsa Qəmbər, Əli Kərimli, Rüstəm İbrahimbəyov, ya da o biriləri kimi...

RƏFİQƏ

Digər xəbərlər