PDF Oxu

Müxalifət

  • 4 779

Qənimət Zahid indi də qohumları vasitəsilə Əli Kərimliyə dividend qazandırır

image

"Milli Şura" və AXCP bunun əvəzində Mirzə Sakitin ağır ittiham atəşinə tuş gəlir

AXCP sədri Əli Kərimlinin diktəsi və təlimatları ilə yaradılan və Belçikadakı erməni lobbisinin maddi dəstəyi sayəsində yayımlanan "Azərbaycan saatı" adlı qondarma verilişi ətrafında oynadığı iyrənc oyunbazlıqları bitmək bilmir.

Əslində, Qənimət Zahidin hansı yuvanın quşu olduğunu bir çoxları bilir

İlk başdan deyə bilərik ki, istər şəxsi, istərsə də ictimai həyatda əxlaqsız küçə uşağı təsiri bağışlayan Qənimət Zahid sözügedən verilişi ilə Vətəninin və dövlətinin maraqlarını satmaqla məşğuldur. Əgər kimlərsə ona bu işdə dəstək göstərirlərsə, onların da bu ünsürlər toplumuna aid olması şübhəsizdir. Əslində, Q.Zahidin hansı yuvanın quşu olduğunu bir çoxları bilir. Yəni xəyanətkar obraz bu şəxsdə çoxdan mövcuddur. AXCP sədri Ə.Kərimlinin ətrafında min bir oyundan çıxan Q.Zahid, hətta doğma qardaşı, mühacirətdə yaşayan Mirzə Sakit tərəfindən də qəbul olunmur. Halbuki M.Sakit də vaxtilə "Azadlıq" qəzetindəki satirik yazıları ilə "ad çıxarmışdı". Amma sonradan AXCP və "Azadlıq" qəzeti cameəsindəki iyrənclikləri, murdarlıqları görüb, oradan çimrindiyini açıq şəkildə etiraf etmişdi. Düzdür, o, indi də müxalifətyönlülüyünü qoruyub-saxlayır. Bununla yanaşı, Ə.Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, eləcə də AXCP və "Milli Şura"da olan hər kəsi öz iti qələmi ilə sərt şəkildə tənqid edir. Bu barədə yazımızın növbəti sərlövhəsində yazacağıq.

Orğu elə bağırdı ki…

Hələlik, qayıdaq "Milli Şura"nın guya Q.Zahidin qohumlarına qarşı təzyiqlərin baş verməsi ətrafında qaldırdığı şivən xarakterli səs-küyə. Deməli, bu ölü qurum, təbii ki, Ə.Kərimlinin ideyası əsasında toplanaraq, bəyanat yayıb ki, Q.Zahidin qohumları "şərlənərək" həbs edilib". Necə deyərlər, orğu elə bağırdı ki…

Bir az da irəliyə gedərək, hakimiyyətə "vicdandan" və s. amillərdən "dərs keçməyə" cəhd edən "Milli Şura" bununla unudur ki, əslində, onların özləri birbaşa vicdansızlığın aşkar tərənnümçüləridirlər. Ən azından, bu ölkəyə, bu xalqa, bu məmləkətə etdikləri çoxsaylı pisliklərinə, xəyanətlərinə və satqınçılıqlarına görə.

Digər tərəfdən, bu ölkədə kimliyindən, hansı vəzifəni tutmasından, hansı siyasi baxışa malik olmasından asılı olmayaraq, hər kəs qanun qarşısında eyni hüquqa malkdir və kimlərsə qanunları pozursa, qanun qarşısında da cavab verməli olur. Məhz bu amili kənara qoyb, sözügedən məsələni siyasiləşdirərək, özlərinə dividend qazanmağa çalışan bu ürəkbulandırıcı zümrə aşkar şəkildə özünüifşa ilə məşğul olur. Əllərində fakt olmayanda, bu cür metodlarla ictimai rəyin, eləcə də xaricdəki misterlərinin diqqətini özlərinə çəkməyə çalışırlar. Amma bunun heç bir faydası olmayıb, olmayacaq da.

Mirzə Sakit hələ ötən il bu vaxt demişdi ki…

İndi isə qayıdaq Q.Zahidin qardaşı M.Sakitin hələ ötən ilin yayında Ə.Kərimlini, Q.Zahidi və C.Həsənlini ittiham edən yazısına. Məhz həmin yazıda da qeyd olunmuşdu ki, bu formada siyasət aparmaq həmin partiyanın (AXCP-nin) qaragüruh və əcinnə yığnağı olmasından xəbər verir. O, dolayısı ilə qardaşı Q.Zahidi "ağılsız" hesab etdiyini deyib və bildirib ki, belə davam edərsə, Ə.Kərimli hələ onu daha pis vəziyyətlərə sürükləyəcək. SİTAT: "Əslində, ağlı olan adam belə yarıtmaz siyasətdən yayınar, bu formada siyasət aparmaq həmin partiyanın qaragüruh və əcinnə-şəyatin yığnağı olmasından xəbər verir. Mənim elə bir çıxış vasitəm yoxdur ki, bu təzyiqlərin qarşısını ala biləm. Amma məlum hadisələrin baiskarları pul qazanmaq istəyindən imtina etməlidirlər.

Kimlərsə beş manat pul qazanmaq istəyində olacaqlar və özlərini də "Vətən təəssübkeşləri" qismində camaata sırıyacaqlar, adamlar da bunlara görə həbsxanalara düşəcəklər. AXCP bu xalqın işıq yolu idi, amma o partiyanı Ə.Kərimli işğal etdikdən sonra manyaklar yığnağına çevrildi. Xalqın adından danışmağa onların qəti ixtiyarları yoxdur.

"Bu manyakların necə vicdansız olduqlarını gördüm"

M.Sakit qohumlarının həbsi ilə bağlı AXCP rəhbərliyinə müraciət etmək fikrində olmadığını da həmin vaxt qeyd etmişdi: "Mən manyaklara necə müraciət edim? Onlara beş il bundan öncə müraciət etmişəm, özü də başda Əli olmaqla, bütün funksionerlərə müraciət etdim. Lakin bu adamların necə vicdansız olduqlarını gördüm və sevindim ki, bu murdarlara hakimiyyət qismət olmur və olmayacaq da. Hər halda, o "zombi"lərin ifşa olunmasına çalışacağam. Onlar elə düşünürlər ki, hakimiyyəti tənqid etməklə xalqa sevgilərini bildirirlər və xalq da bunların bu aktyorluğuna inanacaq. Azərbaycan dövlətinə belə insanların rəhbərlik etməyindənsə, Ukraynadakı manyak Çikatilo rəhbərlik etsə, daha ədalətli olar".

"Əziz soydaşlarımız, sizlər haqlı olaraq "Milli Şura"nın, əslində isə, "Yurd təşkilatı"nın keçirdiyi maskaradlı mitinqlərə qoşulmursunuz"

M.Sakit həmin ərəfələrdə "Milli Şura"nın elektorat çatışmazlığı, dəstəklənməmə səbəbindən baş tutmayan mitinqlərinə də işarə edərək, xalqı bu quruma rəhbərlik edənlərə inanmağa çağırıb: "…Əziz soydaşlarımız, sizlər haqlı olaraq "Milli Şura"nın, əslində isə, "Yurd təşkilatı"nın keçirdiyi maskaradlı mitinqlərə qoşulmursunuz. Həmin mitinqlərin təşkilatçılarının dabbaqda gönlərinə bələdəm, belələrinin Azərbaycana rəhbərlik etmələrini Tanrımız bizlərə qismət etməsin. Bu adamlar nəinki Qurandan, eləcə də konstitusiyadan don geyinsələr belə, onların məkrli sözlərinə heç vaxt aldanmayın. Bunların məqsədləri yalnız çirkinliklər içində siyasət aparmaqdan ibarətdir".

Göründüyü kimi, fakt ortadadır və burada gizli heç nə yoxdur. Fakt budur ki, Ə.Kərimli bütün mənalarda özünü ifşa etməklə məşğuldir və o, nə qədər belə artistliklər edəcəksə, daha da rüsvay olacaq. Yoxsa daha betər arqumentlərlə qarşı-qarşıya qalmalı olacaqlar.

Rövşən RƏSULOV

Digər xəbərlər