PDF Oxu

Müxalifət

  • 1 977

Müsavata yeni rəqib- Ağ Partiya

image

Tural Abbaslı: "İsa Qəmbərin qurultayda iştirak etməməsi bizim üçün maraqlı deyil"

"Ağ Blok" ətrafında beş verən proseslər yeni məcraya yönəldi, eləcə də Müsavat-"Ağ Blok" "münasibətləri"ndə yeni dönəm başladı. İyun ayın 26-da "Vahid Azərbaycan Partiyası"nın qurultayında partiyanın adı dəyişdirilərək "Ağ Partiya" adlandırıldı. Eyni zamanda, qurultayda maraqlı hadisələr yaşandı. Belə ki, Müsavat rəhbərliyi qurultaya dəvət olunsa da, heç kim iştirak etmədi. Müsavat rəhbərliyinin dəvəti qəbul etməməsi isə qurultayda onlara qarşı ittihamların irəli sürlməsinə səbəb oldu. "Ağ Partiya"nın sədri seçilən Tural Abbaslının Müsavat rəhbərliyi ilə gərgin münasibətləri hər kəsə bəllidir. Xüsusilə də, başqanlıq seçkilərindən sonra T.Abbaslının İ.Qəmbəri, A.Hacılını ən sərt şəkildə ifşa etməsi, onların saxtakarlıqlarının üstünü açması vəziyyəti düşmənçilik həddinə çatdırıb. Təsadüfi deyil ki, T.Abbaslının tərəfini saxlayan bir neçə müsavatçı da partiyadan qovuldu. Bu dəfə isə, "Ağ Partiya"nın qurultayına İ.Qəmbər, A.Hacılı, Tofiq Yaqublu dəvətli olsalar da, qurultaya qatılmadılar. Heç şübhəsiz ki, adışəkilən şəxslərin qurultayda iştirak etməməsi gözlənilən idi. Lakin adi bir məktubla belə təbrikin ünvanlanmaması bir daha sübut etdi ki, hər iki qurum arasında dərin bir uçurum var və bu uçurum hər gün dərinləşməkdə davam edəcək. Xüsusilə də, İ.Qəmbərin "Turalın gəncliyini əlindən alaram" hədəsi bu münasibətlərdə dərin çatlar əmələ gətirib.

"Ağ Partiya"nın sədri T.Abbaslı Müsavat rəhbərliyinin qurultaya dəvət edilib-edilməməsi, edilibsə, nədən iştirak etməmələri haqda fikirlərini bu formada açıqlayıb: "Müsavat Partiyasının başqanı A.Hacılı, eləcə də İ.Qəmbər və T.Yaqublunu qurultaya dəvət etmişdik. "Daha niyə gəlmədilər, gəlməməyə səbəb nə oldu" kimi suallar bizim üçün əhəmiyyətli və maraqlı deyil. Özləri bilər.Biz dəvətimizi göndərmişdik".

T.Abbaslının sonrakı fikirlərində isə qeyd edir: "Ağ Partiya" hesab edir ki, Müsavat başda olmaqla heç bir siyasi qurumla problemi, şəxsi qərəzi yoxdur. Bundan sonra da heç kiminlə düşmənçilik və qərəz aparmaq fikrimiz yoxdur. Çalışırıq ki, bütün siyasi qüvvələrlə münasibətimiz normal və faydalı olsun. Amma bu münasibətlərin yaxşı olmadığını kimsə istəyəcəksə, bu, bizim məsələmiz olmayacaq. Yəni münasibətlər məsələsi daha çox qarşı tərəfdən asılı olacaq". Əslində, T.Abbaslının bu fikirləri təsdiq edir ki, İ.Qəmbərlə arasında sırf düşmənçilik münasibətləri var. Hətta bu münasibətlərin normallaşması üçün T.Yaqublu çabalar göstərsə də, yenə də heç bir nəticə əldə olunmadı. Əksinə, İ.Qəmbər T.Yaqublunu da T.Abbaslıya düşmən etdi və nəticədə "Ağ Partiya"nın qurultayına o da qatılmadı.

"Ağ Partiya"nın qurultayında iştirak etməmələrinə Gülağa Aslanlı ironik şəkildə cabav verib: "Nə partiya, nə qurultay?! Ona-buna oxşamaq lazım deyil. Bizi heç nə maraqlandırmır..."

Samir

Digər xəbərlər