PDF Oxu

Müxalifət

  • 4 064

AXCP sədrinin keçmiş müavini Asəf Quliyev hardadır?

image

AXCP sədrinin keçmiş müavini Asəf Quliyevdən bir neçə ildir ki, heç bir xəbər yoxdur. Sonuncu dəfə dağıdıcı müxalifətin mitinqlərinin təşkilatçılığını edən A.Quliyev daha sonra AXCP-də yaranmış gərginliklərlə bağlı partiyadan istefa verdi. Elə o vaxtdan A.Quliyev, sözün həqiqi mənasında, yoxa çıxıb. Lakin A.Quliyevin harada olması ilə bağlı elə Ə.Kərimliyə yaxınlığı ilə seçilən şəxslər sosial şəbəkələrdə qısa məlumat paylaşıblar. Paylaşımlarda onun ABŞ-da olduğu iddia olunur. Qeyd olunur ki, A.Quliyev, həqiqətən də ABŞ-da olub, ora guya işləməyə gedibmiş.

Məsələnin nə dərəcədə doğru olub-olmadığını araşdırmaq üçün kiçik bir araşdırma apardıq. Məlum oldu ki, A.Quliyev ABŞ-dadır. Orada olmasının səbəbləri isə fərqlidir. Belə ki, o, ABŞ-da "siyasi mühacir" statusu almağa çalışır və buna görə də uzun müddətdir ki, etmədiyi əməl, görmədiyi iş qalmayıb. Lakin heç bir nəticə əldə edə bilməyib.

Başqa bir mənbə isə A.Quliyevin Bakıda olduğunu iddia etsə də, dəqiq fakt söyləyə bilmədi. A.Quliyevin mobil telefonuna zəng etdik. Ona zəng çatmadı. Razi Nurullayevin sədri olduğu AXCP-nin rayon təşkilatı sədrlərindən biri A.Quliyevlə bağlı "SƏS" qəzetinə olduqca maraqlı məlumatlar açıqladı: "Asəf Quliyevin qohumları ilə dostluq edirəm. Asəf onlarla da əlaqəni kəsib. Amma əvvəl zəng vurub deib ki, ABŞ-dayam, narahat olmayın, işləməyə gəlmişəm. Daha sonra bir də zəng edib ki, ailəsini, qohumlarını, yaxınlarını Ə.Kərimlidən uzaq tutsunlar. Asəfin çox yaxın dostu deyir ki, Ə.Kərimli ona külli miqdarda pul atıb. Asəfin "siyasi mühacir" məsələsini hələ 2013-cü ildə həll edcəyini deyən Ə.Kərimli ondan 10 min dollar pul alıb. Həmçinin, onun ABŞ-da işlə təmin olunacağını da vəd edib. Əslində, Ə.Kərimli və A.Quliyev arasında baş verən insidentin əsas səbəbi bu idi. 2013-cü il oktyabrın 5-də "Milli Şura" və AXCP-dən istefa verdi, 2014-cü ildə ABŞ-a gedib.

Çox maraqlıdır ki, AXCP sədrinin digər keçmiş müavini Əbülfəz Qurbanlı yoxa çıxmışdı. Bir müddət sonra məlum oldu ki, o, Dağıstandadır, guya işləməyə gedib.

Samir

Digər xəbərlər