PDF Oxu

Müxalifət

  • 3 412

Azərbaycana qarşı qərəz maşını yenidən işə düşdü

image

"Cənab Smit, əsl repressiya sizin ölkənizdə qaradərili insanların, jurnalistlərin öldürülməsidir, yoxsa nə?"

ABŞ konqresmeni Kristofer Smit növbəti dəfə Azərbaycan əleyhinə qərəzli, yalan, iftira dolu fikirlər səslənidirilib. Belə ki, bir neçə gün bundan öncə Tbilisidə keçirilən ATƏT PA-nın sessiyasında Azərbaycanda insan haqlarının vəziyyətinə dair ayrıca dinləmə təşkil olunub. Dinləmədə ABŞ konqresmeni K.Smit də çıxış edib. K.Smit Azərbaycan dövləti haqqında ənənəvi, heç bir fakta və reallığa söykənməyən fikirlər səsləndirib. O deyib ki, guya Azərbaycanda hüquqi pozuntular dayanmasa, ölkəmizə qarşı mütləq sanksiyalar tətbiq ediləcək.

Əvvəla, dünyada repressiyalara, terrora rəvac verən əsas dövlət ABŞ-dır. Bu, danılmaz faktdır. Əgər K.Smit, həqiqətən də represiyyaları, terroru dayandırmaq istəyirsə, o zaman ilk olaraq öz ölkəsindən başlasın və başını çevirib ştatlardakı rüsvayçılıqları müşahidə etsin. Hələ ABŞ-ın silahları hesabına Şərq ölkələrində mütəmadi olaraq həyata keçirilən terror hadisələri nəticəsində öldürülən minlərlə insanları demirəm. Cənab Smit, ABŞ-da hər gün qətlə yetirilən qaradərililərin günahı kimin boynundadır, ABŞ-ın, yoxsa Azərbaycanın?

K.Smit daha sonra deyir: "Azadlıq Radiosu" müxbiri həbs olunanda, bu Amerika Birləşmiş Ştatları və bizim hamımız üçün qayğıları əhəmiyyətli dərəcədə artırdı...". Cənab Smit, X.İsmayılın varlığı, "fəaliyyəti" sizin üçün bu qədər önəmlidirsə və ona bu qədər dəyər verirsinizsə, o zaman nə üçün aparıb öz ölkənizdə onu işlətmirsiniz? Başa düşürəm, "sapı özündən olan baltalarla" ağaca zərbə vurmaq sizin dövlət strategiyanızdır. Ancaq.... Bu ağac, o ağacdan deyil. Necə ola bilir ki, İraqda, Suriyada, Fələstində baş verən hadisələr sizin "qayğılarınızı artırmır", amma X.İsmayıl sizlər üçün dövlət məsələsi hesab olunur? Türkiyədə baş verən terrora görə də danışmadınız, başsağılığı da vermədiniz. Onlarla insan şəhid oldu, yüzlərlə insan yaralandı. Xədicə bütün bu günahsız insanlardan çoxmu önəmlidir?

Dünyada prezidentləri daha çox sui-qəsdə məruz qalan ölkə - ABŞ "ədalət rolunda"

Cənab Smit, dünyada siyasi sui-qəsdlərin ən çox baş verdiyi ölkə məhz ABŞ-dır. Bu əvvəl də belə olub, indi də belədir. Elə deyilmi? Faktlarla danışaq. Aprelin 14-ü 1865-ci ildə Vaşinqtonun "Ford" teatrında "Bizim Amerikalı bacıoğlu" tamaşasına baxarkən Con Uilks Buts tərəfindən qətlə yetirilir. Aktyor Amerika prezidentinin başına 44 kalibrli tapançadan atəş açıb. Növbəti gün prezident ölür. Linkolndan 20 il sonra - 1880-cı ildə Ceyms Qarfild Amerika prezidenti seçilir. Çarlz Gito adlı bir vəkil Qarfildə Vaşinqton Dəmiryol vağzallarının birində 44 kolibrli revolverdən atəş açır. Nəticədə, prezident aldığı yaradan 1881-ci il sentyabrın 17-də dünyasını dəyişir. Mak-Kinli 1900-cu ildə prezident seçilmişdi. Ağ Evin arxivində saxlanılan sənədlərə əsasən, Mak-Kinli də Linkoln və Qarfild kimi qətlə yetirilib. Sentyabrın 6-sı 1901-ci ildə Mak-Kinli Buffalodakı Panamerikan sərgisində çıxış edir. Nitqindən sonra prezident sərgiyə gələnləri salamlayarkən fəhlə Leon Çalqoş ona 32 kalibrli tapançadan 2 dəfə atəş açır. Güllələr qarın boşluğundan tutur. Prezident aldığı yaradan səkkiz gün sonra - 14 sentyabrda vəfat edir. 1920-ci ildə Uorren Qardinq ABŞ-ın 29-cu prezidenti olur. 1923-cü ildə Alyaskaya səyahəti zamanı prezidenti zəhərləyirlər və elə həmin il avqustun 2-də həyatdan köçür. Rəsmi məlumatlarda elan edilir ki, prezident "ürək tutması"ndan vəfat edib. Çünki onun həyat yoldaşı autopsiyaya (meyidin yarılmasına) icazə verməyib. Qardinqin qadını tərəfindən xəyanətlə üzləşdiyi və arvadının onu zəhərlədiyi də ehtimal edilir. 1940-cı ildə demokrat Franklin Ruzvelt, respublikaçı prezident Teodor Ruzveltin bacısı oğlu üçüncü müddətə prezident seçilir. 1945-ci il martın 12- də portret sessiyası zamanı Ruzveltdə beyinə qansızması baş verir və özünün IV prezidentliyi müddətinin başlamasından 8 gün sonra vəfat edir. 1960-cı ildə Birləşmiş Ştatların prezidenti Con Kennedi olur. 1963-cü il 22 noyabrda Texas ştatının Dallas şəhərində qətlə yetirilir. Şəhərdə açıq avtomobildə gəzinti zamanı prezident bir neçə güllə yarası alır, onlardan biri onun başına dəyir. Bir neçə saat sonra Con Kennedinin öldüyü elan edilir. Prezidentin ölümündə isə keçmiş desant Li Xarvi Osvaldı ittiham edirlər. Kennedidən 20 il sonra 1980-cı ildə Ronald Reyqan ABŞ-ın 40-cı prezidenti olaraq yanvarın 20-si 1981-ci ildə hakimiyyətə gəlir. Həmin il martın 30-da Reyqan ALF-CİO sindikatı nümayəndələri ilə "Hilton" otelindən çıxarkən psixi cəhətdən xəstə Con Xinkli prezidentə 22 kolibrli revolverdən 6 güllə boşaldır. Reyqan sağ qalır. Lakin 2005-ci ildə xəstəilkdən o da dünyasını dəyişir.

Qısası, K.Smit daha sonra ermənilərdən nümunələr gətirir. Bircə bu fakt Smitin özünün necə gülünc bir vəziyyətə salmasının göstəricisidir. Çünki Ermənistan korrupsiya, rüşvət, işsizlik, anarxiya, xaos siyahılarında ilk yerdə durur. Elə bir neçə ay bundan öncə ABŞ-da fəaliyyət göstərən təşkilatlardan biri Ermənistanı "ən uğursuz ölkə" adlandırmışdı.

Samir

Digər xəbərlər