"Mənə Elşən Həşimov adlı şəxsdən utancverici və tərbiyəsiz cavablar gəlir"
Jurnalist Sərdar Əlibəyli ilə Pənah Hüseyn arasında bir müddətdir ki, davam edən dava-dalas səngimək bilmir. S.Əlibəyli P.Hüseynə haqlı suallar ünvanlamışdı və o, müxalifət adı altında xalqı aldatmağın qeyri-mümkün olduğunu bildirmişdi. Həftədə bir dəfə "Yeni Müsavat" qəzetinin manşet ulduzuna çevrilən P.Hüseyn isə jurnalistin suallarını cavablandırmaqdan yayındı. Söz azadlığından, demokratiyadan dəm vuran P.Hüseyn jurnalistin ailəsini və özünü təhqir etməklə kifayətləndi. Lakin hər şey bununla bitmədi. Jurnalist sosial şəbəkələrdə P.Hüseynlə aralarında baş verən atışmalara dair vacib məlumat paylaşıb. O, qeyd edir ki, mən jurnalist kimi P.Hüseynə suallar ünvanlamışdım: " Ancaq P.Hüseynə ünvanladığım suallara KXCP qərargahında E.Həşimov adlı şəxsdən utancverici və tərbiyəsiz cavablar gəlir. Əvvəlcədən də bir mənbədən xəbər gəlmişdi ki, P.Hüseyn mənə cavab vermək fikrində deyil. Ancaq indi aydın olur ki, elə həmin mənbəyə bu xəbəri deyən də budur. Demək adam ya P.Hüseynin tapşırığını yerinə yetirir, ya da ona öz nəzərincə "ayı xidməti" göstərir, yəni yararlanmaq, yaltaqlanmaq istəyir". Jurnalist daha sonra qeyd edib ki, hər kəs öz adamına ağalıq etməlidir: "P.Hüseynin mənə deyəcəyi varsa, özünün buna imkanları ola bilər. Bizim danışmaq və ya görüşmək problemimiz heç vaxt olmayıb".
S.Əlibəyli E.Həşimov adlı KXCP üzvünün onu təhqir etməsinə görə M.Mirəlioğlunu da ittiham edərək bildirib ki, onun mənə deyəcək bir sözü olarsa, biz həmişəki kimi çox rahat telefonla danışa və görüşə bilərik. Bu mənada, anlamıram ki, E.Həşimov kimin əlinə oynayır və nə istəyir? Bütün hallarda, o, nə P.Hüseynin "stavka" edəcəyi bir şəxs deyil, nə də M.Mirəlioğluna saymamazlıq edəcək cəsarətə sahib deyil. O zaman kimdir bunu elətdirən?"
Məsələ bu həddə çatdığına görə, P.Hüseyn münasibət bildirməyə məcbur olub. Belə ki, o, S.Əlibəyliyə cavab verməyin ağılsızlıq olduğunu bildirib: "O, boş - mənasız adamdır, yazıq və xəstədir. Nə elədiyini bilmir. Mən heç nə etməmişəm, amma məndən şübhələnirsə, o zaman düz eləmişəm. İmkan olsa, daha da artıq edərdim".
Samir