Niyaməddin Orduxanlı: "Əli Kərimli Azərbaycan siyasətinin xəyanət simvoludur"
"İsa Qəmbər Gürcüstanda ermənilərlə öz şəxsi maraqlarına xidmət edən sənədə imza atıb"
Azərbaycanın dünyada yerinin və mövqeyinin möhkəmlənməsindən xarici qüvvələr ciddi narahat olmağa başlayıblar. Bu baxımdan, hər vəchlə Azərbaycanın iqtisadi-siyasi uğurlarına kölgə salmaq üçün məkrli mövqe ortaya qoyur, separtçılığa əsaslanan fikirlər səsləndirirlər. ABŞ konqresimeni Kristofer Smit ənənəvi ampluasından çıxış edərək, Azərbaycana qarşı iqtisadi-siyasi sanksiyaların tətbiq olunacağı barədə cəfəng iddia ilə çıxış edib. "907-ci düzəlişin əsas müəlliflərindən olan bu şəxsin Azərbaycana qarşı qərəzi nədən qaynaqlanır" sualı ilə BAXCP sədr müavini Niyaməddin Orduxanlıya müraciət etdikdə, partiya rəsmisi bundan təəccüblənməyə dəymədiyini söylədi: "Bu gün artıq, birmənalı demək olar ki, ABŞ konqresimeni Kristofer Smit Azərbaycan dövlətinə və onun xalqına nifrət edir! Bilirsiniz ki, may ayında Prezidentin Əfv Sərəncamı oldu və və bundan öncə İnsan Hüquqlarına dair İşci Qrupu öz fəaliyyətini bərpa etmişdi. Bu qurumda ölkənin dövlət nümayəndələri ilə yanaşı, əsas aparıcı vətəndaş cəmiyyətinin nümayəndləri təmsil olunurlar. İşci Qrupunun Əfv Komissiyasına təqdim etdiyi 24 nəfəlik siyahı Prezidentin may ayında verdiyi əfv vasitəsi ilə böyük əksəriyyəti, 20 nəfəri əfv edilib azadlığa qovuşdurdu. Prezident humanizm prinsiplərinə söykənərək, bu addımı atdı. May ayından öncə həmin bu Kristofer Smit Azərbaycanda Leyla və Arıf Yunusun, Xədicə İsmayılın, İntiqam Əliyevin, Anar Məmmədlinin və digərlərinin həbsdə olmasını bəhanə gətirərək, Azərbaycanın əleyhinə qanun layihəsi hazırlayıb Konqresə təqdim etmişdi. Bu gün isə, bu adamların heç biri həbsdə deyil. Artıq bir neçə aydır ki, həmin bu şəxslər azadlıqda gəzir. Elə bu səbəbdən açıq demək olar ki, Kristofer Smitin üçün bu adamlar, sadəcə bir bəhanə imiş. Bayaq dediyim kimi, bu adamın Azərbaycan dövlətinə nifrəti var. Bütün bunlar onu deməyə əsas verir ki, bu adam birbaşa ABŞ-da fəaliyyət göstərən güclü erməni diasporası ilə sıx bağlıdır və bu səbəbdən də Azərbaycan əleyhinə fəaliyyət göstərməkdədir. Artıq bu adam bəhanəsiz də Azərbaycana qarşı öz çirkin niyyətini ortaya qoymaqdadır".
"O, öz liderini və dostlarını satan adamdır"
"K.Smit kimi, anti-Azərbaycan mövqeli qüvvələr ölkəmizə qarşı şər-böhtan kampaniyasının aparılması üçün informasi məlumatlarını Azərbaycan müxalifətdən alırlar. Yerli və xarici qüvvələri ölkəmizə qarşı birləşdirən hansı maraqlarıdır" sualına cavbında N.Orduxanlı bildird ki, istər Qərbin bəzi dairələri, istərsə də Şimal qonşumuz olan Rusiya Azərbaycanda fəaliyyət göstərən radikal müxalifətdən çox məharətlə istifadə etməyi bacarır: "Bilirlər ki, bu siyasi düşərgə uzun illərdir ki, bir qisasçılıq hissi ilə yaşayır və əsas niyyətləri də hakmiyyətə gəlməkdir. Bu təşkilatların istənilən əmkədaşlığa hazır olduqlarını da yaxşı bilirlər. Bu baxımdan da, bunlarla əməkdaşlıq etmək problem deyil. Sadəcə, lazım olan məqamlarda həm informasiya alırlar, həm də Azərbaycan hakmiyyətinin əleyhinə yerli mətbuatda bəyanatlar verirlər, onu özlərinə lazım olan formada göstərə bilirlər. Yəni həm Qərb, həm də Rusiya bu qüvvələrdən Prezident İlham Əliyevə qarşı çox məharətlə yararlana bilirlər. Söhbət ondan gedir ki, uzun müdddətdir Qərblə Rusiya arasında münasibətlər çox pis vəziyyətdədir. Rusiyaya qarşı sanksiyalar tətbiq edilib və s. Ancaq bir-birinə antoqonist qütblər Azərbaycanda fəaliyyət göstərən radikal siyasi qüvvələrlə birgə iş qura bilirlər. 2013-cü il prezident seçkilərində Rusiyanın Rüstəm İbrahimbəyov vasitəsi ilə yaratdığı "Milli Şura" bunu deməyə əsas verir və bunun da heç sübuta da ehtiyacı yoxdur".
"Əli Kərimli isə, elə bir adamdır ki, onun üçün heç bir mənəvi dəyər qalmayıb"
"Demək olarmı ki, Azərbaycan müxalifətini erməni lobbisi ilə əməkdaşlıq etməyə Kristofer Smit kimlər məcbur edirlər" sualına isə BAXCP funksionerinin cavabı belə oldu: "Bir neçə il bundan öncə Almanıyanın təkidi ilə Müsavat partiyasının keçmiş başqanı İ.Qəmbər Gürcüstanda ermənilərlə öz şəxsi maraqlarına xidmət edən sənədə imza atıb. Yəqin ki, bunu Azərbaycan cəmiyyəti unutmayıb. Bu adam öhdəlik götürüb ki, ermənilərlə birgə əməkdaşlıq etməkdə heç bir problem yoxdur. Ə.Kərimli isə, elə bir adamdır ki, onun üçün heç bir mənəvi dəyər qalmayıb. Öz liderini, dostlarını satan adam hər cür addım atmağa hazırdı. Əli Kərimli Azərbaycan siyasətinin xəyanət simvoludur. Smitlə bağlı bir daha qeyd etmək istəyirəm ki, bu adamın sonuncu bəyanatı özünün ifşası oldu. Bütün fəaliyyətini Azərbaycan dövlətinin əleyhinə yönəldib. Bütün imkanlarından istifadə edib Azəraycana növbəti pislik etmək niyyətini ortaya qoyub. "907-ci düzəliş"in müəllifindən bundan artıq nə gözləmək olarki?! Kristofer Smit Azərbaycan dövlətinə nifrət edir".
GÜLYANƏ