PDF Oxu

Müxalifət

  • 1 985

Müqəvva müxalifət

image

Rəsul Quliyev: "Mənim adımı çəkməklə özlərini reklam edirlər"

Son günlər müxalifətin "özündən müştəbeh" olması eks-spiker Rəsul Quliyevin əsəblərini tarıma çəkib. Ölkə müxalifətini müqəvvaya bənzədən R.Quliyev bildirib ki, nə bu günə kimi, nə də bundan sonra ölü müxalifəti tanımayıb, tanımayacaq da.

R.Quliyev müxalifət daxilində Azərbaycan Xalq Cəbhəsinə sahiblik iddialarına sərt münasibət bildirib: "Tez-tez belə bir ifadə işlədirik: "Heç xəcalət çəkirsən? Burda nə İ.Qəmbərə, nə Ə.Kərimliyə, nə A.Hacılıya bu sualı vermək gülünclükdür. Çünki bu "badbaxtlar" başdan-ayağa elə həyasızlıq, satqınlıq simvoludurlar. İndi, sizcə, belələri xəcalət çəkə bilərlər? Bu günü olmayan insanlar və ya təşkilatlar keçmişdə özləri üçün qəhrəmanlıq anları axtarırlar".

Arif Hacılı ambisioz insandır

R.Quliyev, həmçinin Müsavat başqanı A.Hacılını tənqid edərək, onun nəinki başqan, heç müavin olmaq potensialının da olmadığını deyib. R.Quliyev Müsavatda baş verən son qarşıdurmalardan sonra partiyanın sıravi üzvlərinin halına acıdığını da qeyd edib: "Sözün əsl mənasında mənim Müsavatın sıravi üzvlərinə yazığım gəlir, A.Hacılı kimi ambisioz insana görə partiyalarını itirirlər. Partiyada baş verən istefalar onu göstərir ki, artıq Müsavat partiyası yoxdur. Bir də 23 ildən çoxdur ki, yalan və fırıldaqlar edirlər. Artıq onlar arxivdədirlər. Çünki özlərini müxalif liderlər adlandıranlar var ki, yaşları 50-ini keçməsinə baxmayaraq, gördükləri işləri ardıcıllıqla toplasan bir vərəq kağıza sığışar. O vərəqdə də, sadəcə olaraq, nə vaxt anadan olub və nə vaxt institutu qurtarıb. Bu tip adamlar ona heç kimin qulaq asmadığına, artıq dediklərindən bezdiklərinə fikir vermədən danışacaqlar, çünki başqa iş bilmirlər, çünki çörəkləri ondan çıxır. 23 ildən çoxdur xəyyallarala yaşayırlar. Düşüncəli adamlar yaşadıqlarını dərk edir, müxalifət düşərgəsində olan mafiozlar isə bunu nə düşünməyə qadirdilər, nə də dərk etməyə".

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər