PDF Oxu

Müxalifət

  • 2 006

İsa Qəmbər və Əli Kərimlinin siyasətdən getmələri zərurətə çevrilib

image

Fəaliyyətsiz vəziyyətdə olan müxalifət daxilində ciddi dəyişikliklər olunmasa, xüsusilə də, sədrlər yeniləri ilə əvəzlənməsə, düşərgədə müsbət dəyişikliklərə ümid bəsləmək olmaz. "Yurddaş" partiyasının sədri Mais Səfərli bizimlə söhbətində bildirdi ki, dağıdıcı müxalifət partiya rəhbərlərinin səhv siyasət aparmalarının nəticəsidir ki, onlar ölkədə keçirilən heç bir seçkidə uğur qazana bilməyiblər: "Müxalifət düşərgəsində fəaliyyət göstərən partiya sədrlərinin dəyişilməsi demokratiyaya uyğun bir məsələ olardı. Çünki bu partiyalar özlərini demokratik partiyalar elan ediblər. Guya sözügedən partiyalar demokratiya uğrunda mübarizə aparırlar. Əgər bu, belədirsə, onda adıçəkilən partiyaların özlərindən soruşmaq lazımdır ki, nəyə görə 20 il müddətində bir şəxs partiya rəhbəri kimi fəaliyyət göstərir? Bu baxımdan, demək olar ki, adıçəkilən partiyalarda demokratiyadan əsər-əlamət yoxdur. Əgər sözügedən partiyalarda demokratiya təmin edilərək, normal şəkildə partiya quruculuğu aparılarsa, onda bu partiyalarda sədrlər vaxtaşırı dəyişərdi. Demək olar ki, bütün düyna ölkələrində belə bir qayda var. Əgər Azərbaycan demokratik dünyanın bir parçasıdırsa, onda ölkəmizdə də fəaliyyət göstərən partiyalarda da bu, belə olmalıdır. Bir sözlə, radikal müxalifət partiya sədrlərinin yeniləri ilə əvəz olunması sözügedən düşərgədə müsbətə doğru bir irəliləyişə səbəb ola bilər".

Partiya sədrinin sözlərinə görə, müxalifət düşərdəsində təmsil olunan rəhbərlərin yanlış siyasətinin nəticəsidir ki, müxalifət partiyaları ölkədə keçirilən seçkilərin heç birində uğur əldə edə bilməyiblər. Ona görə də, radikal müxalifət partiya sədrləri apardıqları fəaliyyət növünü nəzarətləri altında saxlayaraq, səhvlərini müzakirə etməlidirlər. Çünki adıçəkilən müxalif partiyalarının buna ehtiyacı var.

Partiya sədri onu da əlavə etdi ki, radikal müxalifət düşərgəsində fəaliyyət göstərən patiyaların xaricdə olan qüvvələr tərəfindən maliyyələşməsi "Siyası partiyalar haqqında" qanuna tamamilə ziddir: "Əgər həqiqətən də, ölkədə fəaliyyət göstərən bir sıra partiyalar xaricdən maliyyə yardımları alırlarsa, yəqin ki, hüquq- mühafizə orqanları bu məsələ ilə məşğul olacaqlar. Demək olar ki, sözügedən partiyalar QHT-lərin vasitəsilə xarici qüvvələr tərəfindən maliyyə yardımları alırlar. Azərbaycan dövlətinin qanunlarına görə, ölkəmizdə fəaliyyət göstərən partiyalar xaricdən maliyyələşə bilməzlər".

GÜLYANƏ

Digər xəbərlər