Son günlər müxalifət düşərgəsində əsas mövzu AXCP sədri Ə.Kərimlinin müxalifət düşərgəsində olanları satqın adlandırmasıdır. Ancaq hamı yaxşı bilir ki, bu satqınlıq, xəyanət "titul"u AXCP sədri Ə.Kərimliyə məxsusdur.
Əli Kərimli insan, yoxsa iblis!
AXCP sədri Ə.Kərimlinin "siyasi karyerasına" nəzər salmaq kifayətdir ki, onun insan yox, iblis olması haqqında fikrə tam əmin olaq...Daha dəqiq desək, mərhum Əbulfəz Elçibəyə yaxınlığı ilə seçilən və Ə.Kərimlinin xəyanətlərinə kifayət qədər bələd olan KXCP sədri Mirmahmud Mirəlioğlu "Yurd"un fəaliyyətində baş verən hadisələrə, birmənalı olaraq "antielçibəyçilər hərəkatı" adını verib. O, xatırladıb ki, məhz "Yurd" qrupu AXC daxilində fəaliyyətə başlayarkən, AXCP-nin mərhum sədri Elçibəy buna xeyir-dua verməmişdi: "Elçibəyin başlanğıc üçün xeyir-duası olmadığına görə, sonrakı dövrlərdə çox şeylər baş verdi. Bu məsələ Elçibəyin iştirakı ilə keçirilən qurultayda pik nöqtəsinə çatdı. Qurultaydan bir neçə gün sonra ciddi məsələlər çıxdı ortaya. Sonradan isə bəlli oldu ki, fondun pulları, məhz Elçibəyə qarşı təbliğata xərclənib".
Mirmahmud Mirəlioğlu: "Əli Kərimli xarici kəşfiyyat orqanlarına satılmış adamdır"
M.Mirəlioğlu Ə.Kərimlinin "Yurd" fəaliyyətində birbaşa xarici kəşfiyyat orqanları ilə əlaqəli olduğunu bildirib: "Xatırladım ki, Azərbaycanda Demokratiyanın İnkişafı Fondu var idi. Həmin fondun Qərbdə və ABŞ-da olan nümayəndələri etiraf edirdilər ki, fondun pulları təyinatı üzrə xərclənməyib. Yəni həmin pulların böyük əksəriyyəti Elçibəyin əleyhinə xərclənib".
KXCP sədri, eyni zamanda Ə.Kərimlinin iblis olduğunu dönə-dönə vurğulayaraq bildirib ki, əgər o iblis deyidisə, AXC daxildə "Yurd" mübarizəsi gedirdi. Ə.Kərimli insanlara "Yurd"a qəbul üçün ərizə yazdırırdı. Görünür, Ə.Kərimlinin xəmiri satqınçılıqla yoğrulub.
Bu yerdə ASDP sədri Araz Əlizadənin dediklərini bir daha xatırlatmaq istərdim: "AXCP tarixində Ə.Kərimli qədər pozuçuluq fəaliyyəti, Ə.Kərimli qədər Elçibəy əleyhinə gedən, bu məsələni təşkilatlanmış, mobil şəkildə təşkil edib, sonunda xəyanət yolu tutan ikinci bir adam olmayıb. Bu, faktdır, tarixdir. Bu, mənim şəxsi mövqeyim deyil. Bu, Ə.Kərimlinin fəaliyyətinin nəticəsi və adıdır".
Göründüyü kimi, Ə.Kərimli zamanında və indi də erməni lobbisinə, erməni lobbisinin maliyyələşdirdiyi beynəlxalq təşkilatların pullarına o qədər çox satılıb ki, bu satılmışlıqların sayı-hesabı belə, öz çoxluğundan itib.
Rəfiqə HÜSEYNOVA