PDF Oxu

Müxalifət

  • 2 088

Müxalifət düşərgəsində Rəsul Quliyev qalmaqalı

image

Rəsul Quliyev: "Arif Hacılı İsa Qəmbərin əcaib kölgəsidir"

Səxavət Əlisoy: "Rəsul Quliyev hər zaman Arif Hacılının zehniyyətinə ironiya ilə yanaşıb"

Müsavat başqanı A.Hacılı ilə sabiq spiker R.Quliyev qalmaqalı hələ də davam edir. Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) təşkilat komitəsinin üzvü S.Əlisoy məsələ ilə bağlı münasibət bildirib. S.Əlisoy bəzi xatırlatmaları yada salaraq vurğulayıb ki, R.Quliyev hər zaman A.Hacılının zehniyyətinə ironiya ilə yanaşıb: "R.Quliyev Azərbaycanda gedən siyasi prosesləri izlədiyindən, xəbərdar olduğundan, bu proseslərə zaman-zaman münasibətini bildirir. Eks-spikerin son fikirləri Müsavat Partiyasınının rəhbərliyinə, xüsusilə də A.Hacılıya qarşı olan ittihamlarıdır. O, hər zaman A.Hacılının zehniyyətinə ironiya ilə yanaşıb. Burada anormal heç nə görmürəm".

S.Əlisoy daha bir xatırlatma da edib və bildirib ki, vaxtilə İ.Qəmbər prezidentliyə namizədliyini irəli sürərkən, A.Hacılı və tərəfdarları onun ətəyində namaz qılmağa hazır idilər: "2003-cü ildə İ.Qəmbərin prezidentliyə namizədliyi dövründə bu insanlar R.Quliyevi göylərə qaldırmışdılar. Az qala onun şəxsiyyətinə sitayiş edirdilər. İndi çıxıb R.Quliyev haqqında danışan A.Hacılılar, Mustafa Hacıbəylilər yəqin yaddaşlarını itiriblər. Dünən baş verən hadisələri bu gün qəbul etmirlər. Bu da saxta seçkinin eyforiyasından ayılmamaqdan irəli gəlir. A.Hacılıya qarşı kimsə irad bildirsə, dərhal o insanı topa tutacaqlar, özlərindən izolyasiya edəcəklər".

Xatırladaq ki, R.Quliyev A.Hacılıya yönəldilmiş ittihamında onun İ.Qəmbərin əcaib kölgəsi olduğunu bildirib. Müsavat məclisinin üzvü, A.Hacılının qardaşı M.Hacıbəyli isə qarşı tərəfi sərsəm və ağıldan kəm adlandırıb: "Tərbiyəsiz" Hacılı həbsxanada olarkən vaxtdan istifadə edib biliyini artırardı, amma bunun əvəzinə dustaq jarqonlarını mənimsəyib. Mən Musavatın liderinin heç vaxt Azərbaycanın prezidenti ola bilməyəcəyinin səbəblərini dəfələrlə izah etmişəm, əks tərəf də buna reaksiya verib. Hər dəfə də mənim məntiqli izahıma kobud və çobansayağı cavablar verilib. İndi hansı səbəbdən mənim söylədiklərim belə yüksək həyəcan doğurub ki, kənd müxbiri əsəblərini cilovlaya bilməyib?"

R.Quliyev deyib ki, "23 ildir "seçkiləri udduq" deyib fəryad edirsiniz. Bu primitiv düşüncəyə sahib olan bu "badbaxtlar" heç vaxt xəstə düşüncədən uzuaqlaşa bilməyəcəklər".

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər