PDF Oxu

Müxalifət

  • 2 614

Cəmil Həsənli yenə coşdu

image

TƏRS BAXIŞ

Yaxud başqasının gözündə qıl axtarmaq məsələsi...

"Milli Şura"nın sədri C.Həsənlinin onlarla olmayan digər müxalifətçi şəxslərə yalnız "Milli Şura" ətrafında toplaşmaqla hakimiyyət üzərində qələbə qazanmaq şanslarının olmasını təlqin etməsi ətrafındakı fikirləri köhnəlmiş ideya olmasına rəğmən, hələ də onun tərəfindən gündəmdə saxlanılmaqdadır. Yəni bu adam sıradan çıxmış dəyirman daşı kimi çax-çax edir və əslində, baş ağrıtmaqla məşğuldur. Xüsusilə də, öz başını...

Məsələ həm də ondadır ki, C.Həsənli hələ də "Milli Şura"nın sədri olmaq eyforiyasından çıxa bilməməklə yanaşı, düşünür ki, ənənəvi müxalifət düşərgəsində onun özündən və şefi Ə.Kərimlidən başqa ağıllı, ya da təmiz adam yoxdur. Lakin daha bir fakt budur ki, müxalifətin digər qanadlarında təmsil olunan hər kəs onun Ə.Kərimlinin danışan dili rolunda çıxış etməsindən kifayət qədər halidir. Bilən bilir ki, C.Həsənli nə karədir ki, Ə.Kərimlinin verdiyi təlimatı kənara qoyub, özbaşına hərəkət etsin. Necə deyərlər, bu adam əməlli-başlı olub Kərimlinin siyasi kəbinlisi. Başqa yerə gedəcəyi də yoxdur.

Həsənli isə, sadəcə boş-boş ifadələrlə Kərimlinin dediklərini malalayır, bənnalıq edir

Beləliklə, Ə.Kərimli deyirsə, sür dərəyə, Həsənli də o saat sürür dərənin düz kandarına! Hətta oradan kəllə-mayallaq üzü üstə yerə getmək təhlükəsi olsa belə, bunu etməyə məcburdur! C.Həsənli yaxşı bilir ki, əgər cəbhə sədri onu lazımsız əşya, yaxud da işlənmiş salfetka kimi özündən kənara tullasa, sonradan ictimai rəydə "təsir imkanını" sərgiləməsi üçün yapışa biləcəyi heç bir budaq, kol-kos, hətta saman çöpü belə qalmayacaq, bu da dəqiq bir məsələdir.

Beləliklə, burada C.Həsənli vasitəsilə Ə.Kərimlinin "siyasət yürütməsi" şübhəsizdir. Hətta C.Həsənlinin son zamanlar "facebook"da fəallaşması, müxalifət düşərgəsindən təmsil olunan tərəflərə qarşı hücumlara start verməsi ətrafındakı yazılarında da eynilə "Azadlıq"da olduğu kmi AXCP sədri Ə.Kərimlinin izinin və imzasının olması kimsədə şübhə yaratmır. Elə də uzağa getməyək. Bu günə qədər hər bir siyasi olayda məhz Ə.Kərimli münasibətlər bildirir, rəylər irəli sürür. C.Həsənli isə, sadəcə boş-boş ifadələrlə Kərimlinin dediklərini malalayır, bənnalıq edir. Fəqət, onun vurduğu sement azlıq təşkil edir və sinradan tikib-quraşdırdıqları sökülüb-dağılır.

Rəy bunu görür və dərk edir

Hələ ötən ilin yayında ölkə parlamentinin deputatları tərəfindən "siyasi məhbuslar"ın, əslində cinayətkar olduqlarını sübut edən sənədi imzalamasına qarşı çıxan Ə.Kərimli dərhal "Azadlıq" qəzeti vasitəsilə C.Həsənlinin "facebook"dakı ittihamını dərc etdirir. Bununla da, həmin sənədi imzalayan müxalifətçi millət vəkilləri "düşmən" elan olunur. Yəni bunların müxalifətçilikləri ondan o tərəfə gedib çıxmır. Amma bu il ölkə rəhbərinin verdiyi əfv və amnistiya qərarları icra olunduğu zaman, nə Həsənli, nə də Kərimli cınqırlarını belə çıxarmırlar.

Maraqlısı da budur ki, istənilən müxalifət partiyasını dərhal "düşmən", "xəyanətkar", "satqın" elan edən AXCP və "Milli Şura" nədənsə öz xəyanətlərini, satqınçılıq siyasətini heç vaxt qəbul etmirlər. Hansı ki, ölkənin və xalqın 1 nömrəli düşməni sırasında ermənilər qədər olacaq, məhz AXCP sədri Ə.Kərimli və "Milli Şura"nın sədri C.Həsənlidir. İctimai rəy bunu görür və dərk edir.

Nökərçilik etdikləri erməni lobbisinin xoşuna gəlməkdən ötrü...

Məsələn, heç bir erməni mətbuatı azərbaycanlı deputatların cinayət törətmiş insanların adlarının "siyasi məhbus" siyahısında yer almasına etiraz edən sənədə imza atmasını işıqlandırmazdı və işıqlandırmayıb da. Ancaq erməni mətbuatında Ə.Kərimlinin, C.Həsənlinin, o cümlədən "Azadlıq" qəzetinin Azərbaycan əleyhinə yazdığı məqalələri, çıxış və müsahibələr yer almaqdadır. Bütün bunlar isə, bir daha sübut edir ki, nökərçilik etdikləri erməni lobbisinin xoşuna gəlməkdən ötrü, Ə.Kərimli və onun ipli kuklası rolunda çıxış edən C.Həsənli, hətta daha böyük milli xəyanətlərdə bulunmağa hazır olduqlarını sərgiləyirlər.

Nəticə etibarilə isə onu da deyə bilərik ki, bu gün və digər vaxtlar onlarla olmayan müxalifət təmsilçilərini ittiham hədəfinə tuş gətirənlər sabah adam tapmayanda, özləri-özlərini də "müxalifətə xəyanətdə" suçlayacaqlar, buna kimsənin şübhəsi olmasın! Hətta deyərdim ki, onların hər birində qara əqrəb simptomu mövcuddur. Yeri gələndə, sancmağa başqasını tapmayanda, özlərini belə sancarlar əqrəblər tək. Vaxtı çatıb, bu dəfə də özlərini sancacaqlar...

Rövşən RƏSULOV

Digər xəbərlər