PDF Oxu

Müxalifət

  • 2 543

Müxalifətdə növbəti "qrant davası" başladı

image

Emin Hüseynov: "Xədicə, ya ulduz xəstəliyinə tutulmusan, ya da..."

Xədicə İsmayıl: "Adımızdan istifadə edib pul qazanırsan"

Hazırda İsveçrədə yaşayan dağıdıcı müxalifətin qazanının dibini yalayanlardan olan Emin Hüseynovla (RATİ) Xədicə İsmayıl arasında münaqişə yaşanıb. Əslində, eyni qabdan yemək yeyən bu iki şəxsin yola getməmələri maraq doğurur. Məlum olan budur ki, Eminlə Xədicə arasındakı dava-dalaşın əsas səbəbi puldur. Çünki Emini müxtəlif sui-istifadə yolları ilə pul qazanmaqda ittiham edən Xədicə açıq şəkildə bu məsələni önə çəkir. Hər şey E.Huseynovun sosial şəbəkədə Xədicə haqqında dediyi sərt sözlərdən sonra ortaya çıxıb: "Bu gün maraqlı bir hadisə baş verdi. X.İsmayılın telefonuna zəng vurdum, səsimi eşidən kimi kinli-kinli mənə dedi ki, səninlə danışmaq istəmirəm və telefonun dəstəyini atdı. Bu mənə çox qəribə gəldi. Yenidən yığdım, dedim nə məsələdi? Cavabı isə belə oldu: sən mənim və digər adamların adları ilə pul qazanmaq istəyirsən, mən isə buna imkan verməyəcəm, mən öz növbəmdə təəccüblənərək ondan soruşdum, Xədicə, anlamadım, nə demək istəyirsən? Zəhmət olmasa, izah elə, o isə, izah etmədən, telefon dəstəyini yenidən asdı. Qərara gəldim ki əgər dəstəyi atan adam məni eşitmək istəmirsə, üstəlik də, bu cür əsassız və saxta ittihama edirsə, bu adama ictimai qaydada açıq müraciətlə cavab verim və suallarımı ünvanlayım, buyurun oxuyun".

X.İsmayıl isə ona cavabında aşağıdakı sözləri yazıb: "Mən danışmaq istəmədim, sən israr etdin. Sizin İsveçrədə nə davanız var, bilmirəm, amma o davanın insan haqları ilə heç bir əlaqəsi yoxdur. Bundan artıq deyib, özümün də, camaatın da ürəyini bulandırmaq istəmirəm. Sənə dedim, məni rahat burax. Nə qədər ki, ölkədəydin, əziyyətlərə qatlaşırdın, sənin bütün əyər-əskiyinə dözürdük. İndi daha nə qədər çalışsan da, dissidentə oxşamırsan. Zənglərinə cavab verməyəndə, bir şeyi yaddan çıxarmışdım. Onu da indi edim, səhifəni blok edim ki, daha belə postlarla məni narahat etməyəsən".

Göründüyü kimi, Eminlə Xədicə arasındakı dava-dalaşın əsas səbəbi, məhz qrantdır, puldur. Xədicənin siması hər kəsə bəllidir, lakin bununla Eminlə bağlı bir şey mənə çatmadı. Emin deyir ki, indiyə kimi halal zəhmətimlə pul qazanmışam və ardınca da qrant almağın pis bir şey olmadığını sübut etməyə çalışır. E.Hüseynova demək istəyirəm ki, qrant almaq pis bir şey deyil, amma aldığın qrantı öz dövlətinin əleyhinə və şəxsi əyləncənə xərcləyirsənsə, bax, bu ən böyük pozğunluqdur. Digər tərəfdən, daş karxanasında gecə-gündüz daş atıb evinə 5 manat pul aparan kişinin zəhməti başqa, sənin casusluq müqabilində aldığın pullar başqa. Nə əziyyəti çəkirsən və hansı halal zəhmətinlə?

Əldə olunan informasiyaya görə, Eminlə Xədicə arasındakı söz-söhbət AXCP-də növbəti ikitirəlik yaradıb. Belə ki, Ə.Kərimli Xədicəni sakitləşdirməyə çalışsa da, daha sonra digər cəbhəçilər onun mobil telefonuna təhqir dolu SMS-lər yazıblar. Başqa bir informasiyaya görə, Xədicə İsmayıla təhqiredici SMS-lər göndərən Eminin qardaşı Mehman Hüseynovdur.

Samir

Digər xəbərlər