PDF Oxu

Müxalifət

  • 1 903

Xədicə İsmayıl kimdən yanadır?

image

Yaxud "jurnalistlikdən" üzü "avtoritetliyə" gedən yol...

Müxalifətin radikal qanadında, daha dəqiq desək, ənənəvi düşərgədə partiya "liderləri"nin rəhbərlik etdikləri siyasi təşkilatlarını reket qanunları ilə idarə etmələri barədə çox misallar gətirmək olar. Ümumiyyətlə, idarəçilik səviyyəsini oğru qanunları ilə əvəzləmək, məhz AXCP, Müsavat, "Ümid", KXCP, AXP kimi partiyalarda daha çox görünür. Ələlxüsus, Ə.Kərimlinin avtoritar idarəçiliyində olan Xalq Cəbhəsi Partiyasında biz dəfələrlə bənzər halların şahidi olmuşuq. Əlbəttə, oğru qanunları ilə idarə olunan siyasi təşkilat "lideri"nin ətrafı da "vorlardan" ibarət olur. Onlardan biri də amnistiyaya düşüb azadlığa çıxan "Azadlıq Radiosu"nun sabiq əməkdaşlı Xədicə İsmayıldır. Bu gün o özünü Ə.Kərimlinin ən yaxın adamlarından biri hesab edir. Əlbəttə ki, Ə.Kərimli də X.İsmayılı eyni səviyyədə qəbul edir. Çünki onların istər həyati, istərsə də siyasi baxışları üst-üstə düşməkdədir.

Əli Kərimli və Xədicə İsmayıl Müsavat rəhbərliyini "obijennik" elan ediblər?

Fakt budur ki, Ə.Kərimlinin əzəli düşməni hesab olunan Müsavatın keçmiş başqanı İ.Qəmbər, eləcə də Müsavatın hazırkı başqanı A.Hacılı bu gün AXCP-nin getdiyi yola dəstək vermədikləri üçün boykot olunurlar. Həbsxana jarqonu ilə desək, "obijennik" elan ediliblər. Təkcə AXCP sədrinin sosial şəbəkədəki söyüş qrupunun Müsavata qarşı yazdıqları söyüş və təhqirlərə nəzər salmaq kifayət edər. Bu səbəbdən, hazırda X.İsmayılın da artıq həbsxanadan çıxıb özünü "avtoritet" kimi aparması təəccüb doğurmur. Onun Müsavat partiyasına qarşı başlatdığı faktlara əsaslanan ifşaedici kampaniya da belə deməyə əsas yaradır. Ümumiyyətlə, "jurnalistlik" peşəsini həbsə düşməmişdən öncə "hüquq müdafiəçisinə" dəyişmiş, həbsdən sonra isə "avtoritetə" çevrilmiş X.İsmayılın Müsavata nifrətinin kökü Ə.Kərimlinin "Yurd" təşkilatından qaynaqlanır. Çünki bildiyimiz kimi, "Yurd" Ə.Kərimlinin rəhbərlik etdiyi bir təşkilatdır və X.İsmayıl da çoxdandır həmin təşkilatın üzvülərindəndir.

Onlara göründükləri kimi olmaq, ya da olduqları kimi görünmək daha çox yaraşır

X.İsmayıl daim Ə.Kərimlinin tapşırığı ilə Müsavat partiyasına qarşı mübarizə aparıb. Hətta bu gün araşdırsaq, arxivdən təkzibolunmaz məlumatlar çıxara bilərik. Məsələn, X.İsmayıl Ə.Kərimlinin tapşırığı ilə Əbülfəz Elçibəyin əleyhinə də kifayət qədər yazılar yazıb, digər mətbu orqanlarda Ə.Kərimlinin verdiyi əmrləri canla-başla icra edib.

İndi də belədir. Artıq o özünü "ciddi avtoritet" hesab edir, o cümlədən, bəyənmədikləri adamlarla oğru dilində danışır. Təbii ki, əgər ortada Ə.Kərimli-X.İsmayıl cütlüyü olarsa, burada başqa nə isə gözləmək sadəlöhvlük olardı. Hər halda siyasətçi olmaqdansa, onlara göründükləri kimi olmaq, ya da olduqları kimi görünmək daha çox yaraşır - oğru və avtoritetlər...

Rövşən RƏSULOV

Digər xəbərlər