PDF Oxu

Müxalifət

  • 2 042

Əli Kərimlini bir "yolu" qalır

image

"Milli Şura" yenidən qəzəb, kin-küdurət, minnət atına minməyə hazırlaşır. Ə.Kərimli deyir ki, Azərbaycanda keçiriləcək referendumun əleyhinəyik və bircə yolumuz var, o da kütləvi aksiyalar keçirmək... Kimi qorxudursunuz? Məgər elə bir məsələ varmı ki, sən və rəhbərlik etdiyin qurum bircə dəfə də olsun obyektivlik nümayiş etdirsin!? Referendum günün tələbidir və son sözü də Azərbaycan xalqı deyəcək. Niyə hələ də belə düşünürsünüzü ki, dəyişiklik üçün mütləq inqilab, çevriliş olmalıdır? Axı indi 1990-cı illərinin əvvəlləri deyil, nə də xalq həmin xalq deyil. Yaranmış fürsətdən istifadə edərək, hakimiyyəti qəsb etmişdiniz. Əgər fikirləşirsinizsə ki, yenə də əlinizə balta, bıçaq, yaba, avtomat, tapança alıb xalqın gününü qara edəcəksiniz, bunu arzulamayın. Adam içinə çıxmamaq üçün bundan böyük rüsvaçılıqmı olar? Heç olmasa, İ.Qəmbərdən, A.Hacılıdan nümunə götür. Müsavat partiyasının "Məhsul" stadionunda keçirdiyi mitinqdə düz 60 adam, bir neçə jurnalist var idi. İndi kənd məktəblərində bircə sinifdə elə bu qədər şagird oxuyur. İ.Qəmbər "Məhsula" girdi, tribunaya yaxınlaşdıqca addımları yavaşıyırdı, qaşları çatıldı, bığlarını bir topa ot şələsi kimi dodaqlarının üstünə pərçimlədi. Qaçıb getmək istəyirdi, zorla qolundan tutub tribunaya qaldırdılar və 60 nəfərlik mitinqdə utana-utana çıxış elədi. O, bu...

Kim nə deyir desin, bu adamın fikri başqadır. Fikirləşir ki, dünyada ciddi proseslər gedir, ölkələrdə müxtəlif dəyişikliklər baş verir. Hətta belə desək, dünyanın siyasi xəritəsi də sürətlə dəyişir. Türkiyədə baş verən xoşagəlməz olaylardan ən çox sevinən elə Ə.Kərimli idi. Özünü sığortalamaq üçün Facebookda hərbi çevrilişə cəhdi pisləyən bir-iki cümlə nəsə yazdı. Bu adam, sadəcə yaranmış vəziyyətdən istifadə etməyə çalışır. Ölkəmizdə terror, vətəndaş müharibəsi arzulayanların niyyətləri də gözlərində qalacaq. Yadımdadır, Monqolustanda çevrilişi olmuşdu, Ə.Kərimli də həvəslənib burada mitinq keçirirdi. Krım Rusiyanın tərkibinə qatılanda "Milli Şura" bütün Qafqazı mitinqə səsləmişdi. Konkret, Don Kixotluq... İndi o dövr deyil ki, qardaş qırğını ilə iqtidara gələsən. Bacarırsansa, xalqı yığ başına, nə istəyirsənsə, ondan da ol. Amma bu, sən girən kol deyil.

Samir

P.S. Ə.Kərimlinin ümidi "NİDA"çılara qalıb. O kəslərə ki, 20 nəfər bir evə yığışıb, bütün qanun-qaydalardan kənar yaşamağı qarşılarına məqsəd qoyublar. Deməli, bu "NİDA"çılar "Sahil" metrsonun yaxınlığında kirayə bir ev tutublar. 3 otaqlı bu evdə ən azı 10-15 "NİDA"çı qalır. Hərəsi ayda 50 manat düzəldib, kirayə pulu da verirlər. Biabırçılıq odur ki, bunların da yarısı qızlardır. Guya fərqlidirlər. Qızlar da, oğlanlar da evlərindən qaçıb, bir evə doluşaraq nigahdan kənar yaşayırlar. Evin altındakı ərzaq mağazasının sahibi bunlar üçün "Rolton" (hazır sup) daşıyır. Bütün günü "Rolton" yeyirlər. Vallah, olanları deyirəm, amma and içirəm, özüm də bir şey başa düşə bilmirəm... Ə.Kərimli də ümidini bunlara bağlayıb.

Digər xəbərlər