Bəlli olduğu kimi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi konstitusiyaya dəyişikliklər haqqında Referendum Aktı layihəsinə müsbət rəy verib. Lakin bu mövzu gündəmə düşdükdən sonra bir sıra ənənəvi müxalifət partiyaları, necə deyərlər, "daş atıb-başlarını tuturlar" ki, sən demə, sözügedən qərar "demokratiya maraqlarını boğur" və s. Beləliklə, daha öncəki yazılarda da qeyd eydiyimiz kimi, onsuz da hakimiyyətə gələ bilməyəcəklərini, xalq tərəfindən dəstəklənmədiklərini yaxşı bilən siyasətbazlar toplumunun qarşısında "yeni mövzu" peyda olub. Zatən, onlar uzun müddət idi ki, danışmağa və siyasi gündəmdə qalmağa mövzu tapa bilmirdilər. Referendumun zəruriliyi faktoru isə bunlara "qol-qanad" verdi. Təkcə müxtəlif saytlara nəzər saldıqda, görürük ki, KXCP "narahat olub", ADP "nigarandır", "Ümid" partiyasının gözünə gecələr yuxu getmir, digərləri isə çox böyük "sarsıntılar" keçirirlər və s.
Əslində, Ə.Kərimlinin dar düşüncəsi, ya da xülyaları timsalında heç nə də olmayacaq. Referendum da baş tutacaq, xalq da, əlbəttə ki, birmənalı olaraq, seçki məntəqələrinə gedərək, təklif olunan dəyişikliklərə öz dəstəyini göstərəcək. Sadəcə, Kərimli ötən günlər ərzində yetərincə "qoqlu-moqlu" içib və səsini ayarlayıb ki, referendum gününə qədər və ondan bir neçə gün sonra bar-bar bağırsın, özünü lezvalasın, yaxasını-paçasnı cırsın, saçını-saqqalını yolsun ki, bəlkə havadarlarından növbəti biznes layihəsini reallaşdırmaqdan ötrü xərclik qoparsın. İnanın ki, bu, belədir. Yoxsa onun nəyinə gərəkdir özünü yerdən-yerə çırpması?
Görün, əzizlərindən də çox sevdiyi və ürəkdən bağlandığı feysbukunda nə yazır bu "adam"... Demək yazır ki, Konstitusiya Məhkəməsinin referendumla bağlı verdiyi müsbət qərar "bizi" (yəni özünü və ətrafındakı haray-şivənçiləri – R.) təəccübləndirmədi. Guya ki, bu adam veriləcək qərarı gözləyirmiş və s. Yaxşı, təəccüblənməmisənsə, bəs onda niyə ortaya düşüb təlxəklik edirsən, ay Ə.Kərimli? Şəxsən biz də sabah sənin bəzi başıxarab, manyak avropalılar kimi mobil telefonunla, kompüterinlə, it-pişiyinlə, özün-özünlə, hətta feysbuk səhifənlə evlənsən, heç də təəccüb etmərik! Deyərik ki, Ə.Kərilmlidi da, ondan bütün çirkinlikləri gözləmək olar.
Lakin məsələ həm də ondadır ki, həmin bu Kərimli demə-demə gedib Konstitusiya Məhkəməsinə müraciət edib. Deyib ki, maraqlı tərəf kimi "bizim" də (AXCP-nin və "Milli Şura"nın-R.) müzakirələrdə iştirakımıza şərait yaradılsın (?!-R.).
Həəə, bax, onda növbəti bir sual ortaya çıxır ki, sən hakimiyyəti öz "ağlınca" qeyri-legitim hesab edirsənsə, dövlətin verdiyi qərarları dəstəkləmirsənsə, onda hansı səbəbdən müzakirələrə qatılmağa can atırsan? Əminəm ki, buna da cavab olmayacaq! Başqa tərəfdən, nə AXCP-ni, nə də "Milli Şura"nı heç ənənəvi düşərgədəki digər radikallar da dəstəkləmədilər.
İndi bu "adam" bağırır, özünü lezvalayır ki, "hüquqları pozulub", məhkəmə-filan da "yoxuymuş", "sifariş" yerinə yetirir və s. Rəsul bəy demişkən, əəə, ay "badbaxt", sən özün axecependə qalan beş-on nəfərin hüquqlarını nətəhər gəldi pozursan, partiya əlli yerə parçalanıb sənin üzündən, özü də sənin özünün hakimiyyətə işləmək barədə filan qədər kompromatlar var. Yəqin yadından çıxıb ki, YAP rəsmisi Siyavuş Novruzov hələ bu ilin fevralında saytların birinə verdiyi açıqlamasında bildirmişdi ki, "Bizdə Ə.Kərimli ilə iqtidar nümayəndələri arasında baş tutan danışıqları sübuta yetirəcək həm foto, həm də videogörünütlər var. Zamanında bu barədə bütün faktları açıqlayacağam"...
İndi elə eləmə ki, sənin sifarişlə işləməyin haqqındakı dəlil və sübutlar ortaya qoyulsun, səsin də xırp kəslisin. Millətin baş-beynini aparıb zəhləsini "xalq hərəkatı" kimi yersiz, düşük "ideyalarınla" aparma. Özün üçün pis qurtaracaq, a "badbaxt!"
RÖVŞƏN
P.S. 100 % əmin olmağa dəyər ki, Ə.Kərimli "xalq hərəkatı" çağırışı etməklə, xox gəlmir, əslində, xofa düşüb. Yəqin kimsə hardasa buna nə isə söz verib. Nə olduğunu isə referendumdan sonra görəcəyik, sağlıq olsun...