Mustafa Hacıbəyli: "Rəsul Quliyev unutmasın ki, ABŞ-da eşşək zəhmətkeşlik simvoludur"
Son günlər eks-spiker Rəsul Quliyevin ilk olaraq, Müsavat partiyası olub. Eks-spiker R.Quliyev Müsavat partiyasının başqanı Arif Hacılını tənqid edib. O, A.Hacılını kənd müxbiri adlandırıb və onun başqanlıq fəaliyyətinin davam edəcəyi təqdirdə, partiyanın dağılacağını bildirib: "Bu gün bu proseslər artıq baş verir. Nə qədər ki, A.Hacılı başqandır, Müsavat partiyası artıq yoxdur".
Baş verən konfliktlə bağlı Müsavat partiyasının məclis üzvü Mustafa Hacıbəyli R.Quliyevin daima Müsavata qarşı mövqe sərgiləyən şəxs olduğunu deyib: "R.Quliyevi "Dədə Qorqud" filmindəki Yalıncıq obrazına bənzətmişəm. Biz R.Quliyevin müxalifət qarşısında etdiyi bütün səhvlərə rəğmən, onu bağışlamışdıq. Beyrəksayağı bir jestlə R.Quliyevi bağışlamışdıq. Amma o, yenə də ilk olaraq Müsavatı hədəfə aldı. Biz onun cavabını verdik və hesab edirik ki, o da cavabını aldı. Məsələnin mahiyyətinə varsaq, R.Quliyev Azərbaycanın müstəqilliyinə səs verməyən bir adamdır".
M.Hacıbəylinin sözlərinə görə, R.Quliyev rəngə girməyi bacaran adamdır: "Amerikada eşşək zəhmətkeşlik simvolu hesab olunur və ona xüsusi önəm verilir. Fikrimcə, R.Quliyev bu faktoru daima nəzərə almalıdır. Bu şəxs hər rəngə girməyi bacaran insandır. Məhz bu səbəbdən də, hər rəngə girən şəxslə əqidəli insanlar arasında yaxşı münasibət ola bilməz. Bu şəxsi münasibətlərdən irəli gələn məqamdır. Ancaq qeyd edim ki, R.Quliyev Müsavat partiyası və A.Hacılı üçün problem deyil. Müsavatçılar R.Quliyev kimi rəngdən-rəngə girən şəxslərin sözü ilə oturub-durmurlar".
Ü.ƏSGƏROV