Mirmahmud Mirəlioğlu Əli Kərimlini siyasi oyunbaz, siyasi əxlaqsız və xəyanətkarlıqda suçlayır
KXCP ilə AXCP arasında baş verən ziddiyyətlər yenidən gündəmə gəlib. Belə ki, AXCP sədri Əli Kərimlinin ölkədə keçiriləcək Referendum Aktını boykot etməsi ilə bağlı çağrışına sakit dayana bilməyən KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib ki, Ə.Kərimli hər zamankı kimi yenə də sosial şəbəkədə ortalığa düşüb, özünü "qanan" hesab edir: "Axı sən kimsən ki, ortalığa düşmüsən? Müxalifəti bu günə salan sən oyunbazsan. Ölkədə keçirilən bütün siyasi proseslərdə daha çox siyasi oyunbazlıq və siyasi əxlaqsızlıq nümayiş etdirirsən. Azərbaycan siyasətində sən Ə.Kərimli qədər xəyanətkar görməmişəm".KXCP sədri, həmçinin Ə.Kərimlini əxlaqsız olduğunu da bildirib: "Mən Ə.Kərimli kimi oyunbazlıq etmirəm, gördüklərimi deyirəm. Siyasətə siyasi əxlaqsızlıq, özündən böyüyə hörmətsizlik etməyi, ayaqaltı qazanlığı, iyrəncliyi, insanlar haqqında çirkin kampaniyalar aparıb ləkələmək kimi işlərin altına imza atan Ə.Kərimlinin bu gün siyasət aləmində qalmasının özü qəribədir. İndi də bədbəxtçilik ondadır, Bala Kərimli peyda olub. Bu məxluqlar başdan-ayağa kimi zəlidirlər. Belələri nəinki cəmiyyətin inkişafına yardımçı ola bilər, əksinə, mümkün qədər cəmiyyətə zərər verməklə məşğul olacaq. AXCP-ni quran, onu ortaya çıxaran və sivil mübarizəsini təşkil edən Əbülfəz Elçibəy idi. Məhz Əbülfəz bəyin sayəsində partiya partiyalılığını qoruyub-saxlamışdı. Amma ona qarşı Ə.Kərimli tərəfindən aparılan kampaniyalar, xüsusən də, iyrənc formada təşkil edilən məlumat yaymalar mahiyyət etibarilə bu şəxsin hansı ləyaqət və şəxsiyyət sahibi olduğunu ortaya qoyurdu. Onun indiyə qədər "xəyanətkar" adlandırdığı şəxslər, əslində, kifayət qədər aydın fikirli insanlar olublar və xəyanətkarın ən yekəsi elə onun özüdür".M.Mirəlioğlu onu da bildirib ki, sözügedən şəxs fərdi keyfiyyətlərinə görə də siyasət adamı olmağa layiq deyil: "Fərdi xüsusiyyətlərinə görə, daha çox araqarışdıran missiyasını üzərinə götürmüş, xaricdən aldığı pullar sayəsində şəxsi mənafeyini qorumaq üçün yararlanmaq kimi işlərə baş vuran AXCP sədri bu hərəkətləri ilə özü barədə mənfi reputasiya yaratmağa səbəb olub. Məhz onun intriqabazlığı, hadisələrə obyektiv deyil, qərəzli yanaşma tərzi nümayiş etdirməsi partiyasının məhvinə gətirib çıxarmaqdadır. Xəyanətkarlığı, çirkin hərəkətləri, şərləmə kampaniyaları aparması səbəbindən ən sədaqətli dostları belə onu tərk edərək, ayrı-ayrı partiyalarda fəaliyyət göstərməyə başladılar. Bir sözlə, Ə.Kərimli siyasi arenada qalması isə mahiyyət etibarilə Azərbaycan cəmiyyətinə zərər verməkdən başqa heç də dividend qazandırmır. Ona görə ki, bu cəmiyyət tərbiyyəsi şübhəli, əxlaqı ziddiyyətli olan birini nə qəbul edir, nə də bu cür xəyanətkarları bağışlamağı sevir".
Ü.ƏSGƏROV