Kifayət qədər faktlara əsaslanan amillərdən biri də budur ki, AXC-Müsavat hakimiyyətinin bəzi təmsilçiləri istər iqtidarda olduqları dövrdə, istərsə də müxalifətdə olduqları zaman yalnız anti-milli, dağıdıcı mövqe tutublar. Onlar Azərbaycan dövlətçiliyini, onun müstəqilliyini sarsıtmaq məqsədilə əməli fəaliyyət göstəriblər. Bu sıralamada isə ilk yeri tutanlardan biri və birincisi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlidir. Müxalifətçi partiya sədri adı altında maskalanan Kərimli və yaxın ətrafı qarşısında dayanan əsas məqsəd dövlətimizin strateji hədəflərinin sabotaj olunması, dövlətimizin beynəlxalq aləmdə qazandığı yüksək nüfuzuna xələl gətirməkdir. Bu günlərdə Ə.Kərimlinin Referendum Aktını boykot etmək üçün çağırışlar etməsi kimə lazımdır? Soruşmaq istərdik ki, onları özlərindən başqa eşidən varmı? Bu barədə düşünüblərmi ki, 23 il müddətində dəfələrlə seçkiləri və referendumları boykot etmələrinə rəğmən, nə əldə ediblər? Necə deyərlər, özlərini daha pis duruma sürükləyiblər. Əlbəttə ki, indi xarici qüvvələrin Bakıdakı təmsilçisi Ə.Kərimli kimi satqının bu barədə düşünməsi, nəticə çıxarması ona sərf də etmir. Ona sərf edən budur ki, dövlət öz təməllərini möhkəmləndirməkdən ötrü xalqın marağına cavab verən qanun layihələri hazırlasın, bunlar da həmin layihələr ətrafında "varlığını" sübut etməyə çalışsın.
Ancaq əbəs yerə özünü yorur. Çünki Ə.Kərimlinin fəaliyyəti və irəli sürdüyü iddialar ermənilərin Azərbaycana qarşı həyata keçirməyə cəhd etdikləri informasiya müharibəsinin başlıca istiqamətləri ilə tam şəkildə üst-üstə düşür.
Ə.Kərimli həmişə olduğu kimi, bu gün də daxildə vəziyyəti gərginləşdirməyə xidmət edən çağırışlar irəli sürür. Əsl düşmən kimi uğurumuzu uğursuzluq, qələbəmizi məğlubiyyət kimi qələmə verməklə, və hakimiyyəti ittiham hədəfinə çevirməyə cəhd göstərməklə! Çünki Ə.Kərimli əsl düşmən, Vətən xaini və canidir. Azərbaycan dövləti davamlı şəkildə milli maraqlara zərbə vurmaqla ölkənin siyasi həyatında özlərinə yer etmiş Ə.Kərimli kimi şəxsi ambisiyasını güdən populistlərə, avantüraçılara, anti-milli ünsürlərə bundan sonra da meydan verməməli və onların barəsində sərt ölçü götürməlidir. O, həbs olunmalı, layiqli cəzasını almalı, ən yaxşı halda isə ölkədən hüdudlarından çıxarılmalıdır. Belələrinə Azərbaycanda yer yoxdur!
Rəfiqə HÜSEYNOVA