PDF Oxu

Müxalifət

  • 3 947

Xədicə İsmayıldan aylıq "maaş" alan "NİDA"-çılar kimlərdir?-ŞOK!

image

"...ayda 400-500 manat "maaş" alırlar"

"NİDA" ilə bağlı son vaxtlarda KİV-lərdə yayılan məlumatlar öz təsdiqini tapmaqdadır. "NİDA"-çıları bir-bir ələ almağa start verən Xədicə İsmayıl demək olar ki, məqsədinə nail olub. Onları Ə.Kərimlinin kurasiyasından çıxarmağa çalışan X.İsmayıl bu istiqamətdə xeyli əziyyət çəkməli olub. Son aylara qədər öz facebook səhifələrində Ə.Kərimlinin təbliği ilə məşğul olan "NİDA"-çılar artıq bu yöndə olan təbliğat xarakterli statuslarını da siliblər. Onlar "Milli Şura"nın, AXCP-nin bundan sonra keçirəcəkləri mitinqlərdə iştirak etməmək haqqında qərar da qəbul ediblər. Etibarlılığı heç bir şübhə doğurmayan mənbədən əldə etdiyimiz informasiyalara görə, Ə.Kərimli bir neçə gün öncə kütləvi aksiya keçirəcəyi ilə bağlı anons versə də, məhz "NİDA"-nın dəstəyindən məhrum olduğuna görə fikrindən imtina edib. Bir neçə gün öncəyə qədər insanlara eyni anda AXCP-yə və "NİDA"-ya üzv olmaq üçün heç bir məhdudiyyət qoyulmurdu. Artıq bu da aradan götülürüb. Yəni bir şəxs həm AXCP-nin, həm də "NİDA"-nın üzvü ola bilməz. Bu, bir daha sübut edir ki, "NİDA" ilə AXCP arasında dərin bir uçurum yaranıb və bunun da əsas səbəbkarı X.İsmayıldır.

X.İsmayılın "NİDA"-çıları müxtəlif şirnikləndirici vədlərlə ələ aldığı bildirilir. Hətta X.İsmayıldan aylıq maaş alan xeyli sayda "NİDA"-çılarla bağlı da məlumatların var. 2011-ci ildən 2016-ci ilin aprelinə qədər AXCP üzvü olan, 2015-ci ildə isə "NİDA"-ya üzv yazılan İsmayıl adlı gəncin (özü bu haqda yazır, soyadını qeyd etmir) e-mailimizə göndərdiyi yazıda göstərilir ki, aşağıdakı şəxslər X.İsmayıldan aylıq "maaş" alırlar: Kamran İsmayılzadə, Məsud Əskər, Müşviq Hüseynov, Cavid Cəfərli, Hacı Zeynallı, Aysel Gəraybəyli, Asif Cumayev, Amid Süleymanov, Nərgiz Qarasoylu, Ayşən Ağayeva, Rəşad Mehdiyev. O da qeyd olunur ki, bu gənclərin hər biri ayda 400-500 manat pul alır. Belə çıxır ki, X.İsmayıl təkcə bu istiqamətdə ayda 5500 manat pul xərcləyir. X.İsmayılın adıçəkilən gənclərə bu pulu, əslində, hansı məqsədlə verdiyi də bəlli deyil. Eyni zamanda bu boyda vəsaitin hər ay təkcə bir neçə gəncə paylanması göstərir ki, vəsait xarici havadarlarının bu şəxslərə verdiyi aylıq "cib xərcliyi"dir.

İsmayıl daha sonra məktubda yazır: "Nizami küçəsində yerləşən "Araz" restoranında hər kəs aylıq pulunu alır. Xədicə qonaqlıq da verir. Onun ilk şərti bu idi ki, "NİDA"-çılar AXCP-dən uzaq düşsünlər, Ə.Kərimlinin sözünü eşitməsinlər. Buna da nail oldu. Həm də bu gəncləri ələ almaq çox asandır. Əslində, onların heç bir savadı və dünyagörüşü yoxdur. Onları məşhur edən yersiz geyimləri, danışıqları və hərəkətləridir".

Samir

Digər xəbərlər