PDF Oxu

Müxalifət

  • 2 073

"Milli Şura"” müxalifətin bir araya gəlməsinə qarşıdır

image

TƏRS BAXIŞ

Əli Kərimli-Cəmil Həsənli cütlüyünün söz gəzdirənləri yenə də ortalığa çıxdılar

Yarandığı dövrdən xarici siyasi dairələrin oyuncaq qurumuna çevrilən "Milli Şura"" hələ də öz köhnə fikirləri ilə gündəmdə qalmağa cəhdlər göstərir. Bu cəhdlər uğursuzluqla nəticələnsə də, fakt budur ki, hələ də özlərini "əhəmiyyətli siyasi fiqur" kimi" ictimai rəyə sırımağa çalışan Əli Kərimli-Cəmil Həsənli cütlüyü xam xəyallarında qalmaqda davam edirlər. Məsələ də ondadır ki, siyasi çevrlərdə ölü qurum kimi qiymətləndirilən "Milli Şura"" rəhbərliyinin bütün faktlara əsasən, nəyəsə ümid etmələri, oradakı "liderlərin"" boş-boşuna var-gəlləri heç bir nəticə ortaya qoymur.

Referendum Aktı ilə bağlı "REAL", "ADR" və s. yeni müxalif qurumlar və KXCP, "Azadlıq"", VİP, AMİP kimi sair partiyalar təşəbbüs qrupları yaradaraq, MSK-ya müraciətlər ediblər

Misal üçün, Azərbaycanda Referendum Aktı layihəsi ölkə gündəminin bir nömrəli mövzusuna çevrildikdn sonra AXCP sədri Ə.Kərimli dərhal "müxalifətçilik mövqeyi" ortaya qoyaraq, hər kəsi küçələrə çıxmağa və yeni xalq hərəkatına" başlamağa" çağırışlar etdi. Lakin onun dediklərini yalnız "Milli Şura"" adlı ölü qurumda təmsil olunan bir neçə nəfər dəstəklədi. Yerdə qalan müxaifət isə, ümumiyyətlə, Kərimlinin çağırışlarını rədd etdilər. Hətta Referendum Aktı ilə bağlı "REAL", "ADR" və s. yeni müxalif qurumlar və KXCP, "Azadlıq"", VİP, AMİP kimi sair partiyalar təşəbbüs qrupları yaradaraq, MSK-ya müraciətlər ediblər. Bu isə, belə deməyə əsas verir ki, ölkənin əksər müxalifət partiyaları Referendum Aktı layihəsində iştirak edəcəklərini bildirirlər.

Vidadi Mirkamal: "Müsavat vacib partiya deyil""

Onlar yaxşı bilirlər ki, "Milli Şura"" müxalifətin bir araya gəlməsinə qarşıdır. Məsələn, "Milli Şura""nın koordinasiya mərkəzinin rəhbəri, uzun müddətdir siyasi çevrələrdə görünməyən Vidadi Mirkamal bu günlərdə anidən ortaya çıxıb və bildirib ki, KXCP və Müsavatla əməkdaşlıq imkanı qalmayıb. Daha dəqiq desək, qondarma "Milli Şura""nın dəyərsiz rəhbərliyi buna qarşıdır. Onun sözlərinə görə, müxalifətin birləşməsinə, bir çətir altında olmasına ehtiyac yoxdur: "Məsələn, KXCP və ətrafında olan 4-5 partiya əgər real müxalifətdirsə, mövqelərini ortaya qoyaraq fəaliyyət göstərsinlər"".

V.Mirkamal "Milli Şura""-Müsavat əməkdaşlığı barədə bildirib ki, Müsavat partiyası müxalif mövqedə durursa, öz fəaliyyətini aparsın: "Ona mane olan kimdir? Artıq cəmiyyətdə o mesajı verməyə ehtiyac yoxdur ki, müxalifətin bir arada olaraq fəaliyyət göstərməsi vacibdir. Hərə öz mübarizəsini aparsın. Əsas odur ki, ortaya real mövqe qoyulsun. Vacib deyil ki, bunun üçün kimsə kiminsə yanında otursun".

Onların özləri də yaxşı anlayırlar ki...

Göründüyü kimi, "Milli Şura"" təmsilçisi, ümuimiyyətlə, müxalifət birliyinin əleyhinə olduğunu etiraf edib və bu etirafın edilməsi də, belə qənaətə gəlməyə əsas yaradır ki, müxalifətin birliyini istəməyən, məhz Kərimli-Həsənli cütlüyünün əsas maraq hədəfidir. Bu isə, əslində ölü qurumun özünütəcridi deməkdir. Çünki onların özləri də yaxşı anlayırlar ki, ictimai rəyin "Milli Şura""ya marağı, ümumiyyətlə, yoxdur. Bu səbəbdən, digər az-çox fəaliyyətdə olan müxalifət partiyalarını da gözdən salmaqdan ötrü bəlli bəyanatlarla çıxış edirlər. Ancaq belə boş-boş bəyanatların zərrə qədər nə təsiri, nə də ki, ciddiliyi var.

Rövşən RƏSULOV

Digər xəbərlər