PDF Oxu

Müxalifət

  • 1 982

Arif Hacılının Əli Kərimli planları baş tutmadı

image

Müsavat başqanı AHacılı bu günlərdə "Amerikanın Səsi"nə verdiyi müsahibəsində, təşviqat qrupu yaratmaq, birlik istiqamətində partiya sədrləri ilə görüşüb, ancaq müsbət nəticə əldə olunmaması ilə bağlı açıqlama verib. Bildirib ki, Ə.Kərimli ilə doğurdan da bir ola bilmərik: "Çünki Ə.Kərimli sözündə bütöv deyil. Onunla görüşümüz zamanı birgə təşviqat qrupu yaratmağımızı bildirərkən şərt qoydu, razılaşdım. Ancaq yenə də Ə.Kərimli öz sifətini göstərdi.

AXCP rəsmisi: "Müsavat partiyası ilə birlik məsələsi gündəmdə deyil"

AXCP rəsmilərinin sözügedən məsələyə münasibətdə Müsavatı aşağılamaları həmin qalmaqalların daha da artmasına zəmin yaradıb. Məsələn, Ə.Kərimlinin yaxın ətrafından hesab olunan AXCP funksioneri Kərim Seyidov "Müsavat partiyası ilə birlik məsələsi gündəmdə deyil. Biz daha vacib məsələlərlə məşğuluq" fikirləri müsavatçılar tərəfindən təhqir kimi qəbul olunub və cəbhəçinin cavabı gecikməyib".

Osman Kazımov: "Əli Kərimlini ümumi maraqlar deyil, AXCP və "Milli Şura"nın maraqları düşündürür"

Müsavat partiyası başqanının müavini Osman Kazımov yarandığı dövrdən xarici siyasi dairələrin oyuncaq qurumuna çevrilən "Milli Şura"nın hələ də öz köhnə fikirləri ilə gündəmdə qalmağa cəhdlər göstərdiyini bildirib: "Bu cəhdlər uğursuzluqla nəticələnsə də, fakt budur ki, hələ də özlərini "əhəmiyyətli siyasi fiqur" kimi" ictimai rəyə sırımağa çalışan Ə.Kərimli-C.Həsənli cütlüyü xam xəyallarında qalmaqda davam edirlər. Məsələ də ondadır ki, siyasi çevrələrdə ölü qurum kimi qiymətləndirilən "Milli Şura" rəhbərliyinin bütün faktlara əsasən, nəyəsə ümid etmələri, oradakı "liderlərin" boş-boşuna var-gəlləri heç bir nəticə ortaya qoymur".

O.Kazımlı, həmçinin AXCP sədri Ə.Kərimlini, məhz bu xüsusiyyətlərinə görə müxalifətin birliyinə mane olmaqda ittiham edib. O bildirib ki, müxalifət liderlərinin Azərbaycanda yaranan vəziyyəti birgə müzakirə etməsi barədə xoş məramla, demokratik qüvvələrin, cəmiyyətin maraqları naminə təklif versə də, Ə.Kərimli bu təklifə qarşı çıxıb.

Əli Əliyev: "Müxalifət qüvvələri bu prosesdə də özəl brend maraqlarına oynamaqda israrlı görünürlər"

"Referendumda müxalifətin bir araya gəlməsi mümkünsüzdür"- bu fikri VİP sədri Əli Əliyev "SƏS"ə açıqlamasında bildirib.

Ə.Əliyevin sözlərinə görə, referendumda da müxalifətin bir araya gələ bilməməsinin bir neçə səbəbi var: "İlk növbədə, müxalifət qüvvələri arasında illər uzunu formalaşmış etimadsızlıq mühiti var. Digər səbəb vəziyyətin real durumudur. Düşərgədə vəziyyətin dəyişməyəcəyi ovqatı hökm sürür. Bu baxımdan, lider və təşkilatlar, ilk növbədə taktiki problemləri həll edirlər. Hamı "mövsümi" çətinlikləri çözməyə çalışır. Fərqindədirlər ki, vəziyyətin kardinal dəyişməsinin makrosəbəbləri mövcuddur. Özümüzü deyilənlərdən kənarda saxlamırıq, bunlar bizə də aiddir".

Partiya sədri onu da bildirib ki, bu gün müxalifətin vəzifəsi cəmiyyətin və dünyanın susqunluğu şəraitində mümkün mübarizəni ortaya qoymaqdır: "Ən mühümü odur ki, 2 müttəfiqindən məhrum edilmiş müxalifət belə reallıqda çox böyük nəticə göstərə bilməz. Müxalifətin bugünkü durumuna sevinmək deyil, qüssələnmək daha düz olar".

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər