PDF Oxu

Müxalifət

  • 2 323

Əli Kərimli öz çirkin siyasətinə 23 yaşlı oğlunu da bulaşdırdı

image

Niyaməddin Orduxanlı: "Əli Kərimli Gülənlə və başqa şəxslərlə əməkdaşıq edir"

Müsahibimiz BAXCP sədr müavini Niyaməddin Orduxanlıdır

- Niyaməddin bəy, Əli Kərimlinin Fətullah Gülənlə əlaqələrinin, əməkdaşlıq münasibətlərinin olması barədə artıq faktlar üzə çıxır. Sizcə, onları birləşdirən maraqlar nədən ibarət olub?

- Əli Kərimli elə bir insandır ki, öz şəxsi maraqları naminə istənilən şəxslə açıq və ya gizli şəkildə əməkdaşlıq edə bilər. Son illərdə onun apardığı siyasətə nəzər yetirin. 2013-cü ilə qədər özünü "qərpərəst" siyasətçi kimi cəmiyyətə təqdim edirdi. Azərbaycanda 2013-cü il prezident seçkilərində Rüstəm İbrahimbəyovun yanında durub, hətta ölkənin beynəlxalq siyasətinin dəyişdirilməsi ilə bağlı referndum keçiriləcəyini, yəni sadə dillə desək, Rusiyayönümlü siyasət aparmağa razı olduğunu bəyan edirdi. Bilirsiniz ki, R.İbrahimbəyov birbaşa Rusiyanın ələalınmış adamıdır və həmin illərdə Rusiyanın tapşırıqlarını yerinə yetiridi. "Milli Şura"nı da birbaşa Rusiya yaratmışdır. Ə.Kərimli də baş rolda oyanyanlardan biri idi ki, guya yaxın zamanlarda bunlar hakmiyyətə gələcəklər. Lakin sonralar Ə.Kərimli gördü ki, 75 yaşlı siyasətdən kənar olan İbrahimbəyov bu adamları, sadəcə oynadır və onlardan istifadə edir. Ondan sonra yenidən qayıdıb, "qərpərəst" siyasətçi oldu. Ona görə də qeyd edirəm ki, Ə.Kərimli Gülənlə və başqa şəxslərlə əməkdaşıq edir.

- Türkiyədə dövlət çevrilişinə cəhddən sonra fətullahçıların nəzarəti altından olan TV-lərin, agentliklərin bağlanması fonunda ƏKərimlinin təbliğat vasitəsi olan "Azərbaycan saatı"nın yayımlandığı "Barış" TVdə bağlandı. Ə.Kərimlinin hazırkı Türkiyə hakimiyyətinə qarşı ittihamları, məhz bu amillə bağlı olduğunu demək olar?

- Siz Ə.Kərimlinin 15 iyul gecəsi veridiyi bəyanatlara diqqətlə baxın. Bu gün Ə.Kərimli 15 iyulda Türkiyədə baş verən hadisələrlə bağlı veridyi bəyanatların tam əksini deyir. Neçə deyərlər, elə düşünür ki, insanlar 20 günə bunun verdiyi bəyanatları unudacaqlar. Bir-birinə zidd bəyantlardır. Bu, həmin Ə.Kərimlidir ki, Türkiyədə baş verən hadisə günü höküməti dəstəklədi və baş vermiş hadisənin çevriliş olduğunu bəyan etdi. Bu gün isə tam əksini deyir. Ona görə ki, tamamilə doğru düşünürsünüz ki, Türkiyə höküməti Fətullah Gülənə yaxın mətbuat və media orqanlarını bağladır. Ə.Kərimlini də təbliğ edən televiziya bu səbəbdən bağlanır. Ona görə də, Ə.Kərimli Türkiyə hakmiyyətinə qarşı sərt danışmağa başlayıb. Bütün ömrü boyu bu adamı düşündürən öz şəxsi maraqları olub.

- Əli Kərimlinin oğlu Türkel Kərimlinin ABŞ-da senatorlarla görüşlərini ABŞ-da gizlənən Fətullah Gülənin təşkil etdyini demək olarmı?

- Ə.Kərimlinin oğlu Türkel Kərimli mətbuata müsahibəsində deyir ki, ABŞ-a səfərim zamanı həm dövlət orqanları, həm də nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri ilə çoxsaylı görüşlərim oldu. O, Dövlət Departamentində, Cənubi və Mərkəzi Avropa üzrə müavin Robert Berşinski və Dövlət Departamentinin digər əməkdaşları ilə, eləcə də Departamentinin Demokratiya və İnsan Haqları Bürosunda, eləcə də, Senatda və həmçinin, ABŞ Konqresi Helsinki Komissiyasında, Konqresdə Nümayəndələr Palatasının üzvləri görüşlər keçirdiyini bildirir. Belə vəziyyətdə ortaya bir neçə sula çıxır. Bu gəncin danışdığı başdan-ayağa absurddur. 23 yaşlı bir gənclə, o gənclə ki, uzun illərdir Azərbaycanda yaşamır, bilirsiniz ki, bu uşaq İngiltərədə ən bahalı unversitetdə oxuyur, 5 ildən artıqdır ki, İntiltərədə yaşayır. Belə bir tələbə ilə adını çəkdiyim konqresmenlər, senatorlar və s. şəxslər hansı ciddi söhbəti apara bilər?! Nəyi müzakirə edə bilər. Onunla Azərbaycanda demokratik vəziyyətin və insan hüquqlarının müzakirəsinin aparılması gülünc deyilmi? Əlbəttə, mən qətiyyən inanmıram ki, o cür nüfuzlu insanlar bu uşağın dediyi kimi, onunla Azərbaycanın indiki durumunu müzakirə ediblər. Sadəcə, əsl həqiqət odur ki, Ə.Kərimli öz çirkin siyasətinə 23 yaşlı oğlunu da bulaşdırdı! Yəni söhbət ondan gedir ki, Ə.Kərimli özünün təşəbbüsü ilə oğlunu Departamentə göndərib. Bilirsiniz ki, artıq Azərbaycanda referndum keçirilməsi gözlənilir. Belə bir vəziyyətdə Ə.Kərimli ABŞ-a oğlu vasitəsilə müxtəlif "mesajlar" göndərib. Azəraycanla bağlı, hakmiyyətin əleyhinə istənilən addımı atmağa hazır olmasını Departamentə çatdırmaq arzusunu ifadə edib. Türkel Kərimlinin səfərinin əsas məqsədi budur. Digər tərəfdən , siz Ə.Kərimlidən soruşun ki, sən tələbə oğlunu hansı statusla ABŞ-a göndərmisən?! Bu, hansı məntiqə sığır. Ə.Kərimlinin oğlu olmaq ona əsas veribmi ki, bir partiyanı təmsil etsin? Bu, artıq o deməkdir ki, Ə.Kərimlinin partiyası bir ailənin partiyasıdır. Bu, bir ailə dərnəyidir.

GÜLYANƏ

Digər xəbərlər