PDF Oxu

Müxalifət

  • 2 804

"Əli Kərimli haqlı olaraq ittiham edilir, qınaq obyektinə çevrilir"

image

AXCP sədri Ə.Kərimlinin Fətullah Gülənlə əlaqələrinin, əməkdaşlıq münasibətlərinin olması barədə artıq faktlar üzə çıxır. Təbi ki, onları birləşdirən maraqlar mövcuddur. "Ədalət" partiyasının sədr müavini Mütəllim Rəhimli "Səs" qəzetinə açıqlamsında həmin maraqların gizli detallarını bildirib. M.Rəhimli F.Gülənin müstəqil şəxs olmadığını və onun arxasında ABŞ-ın xüsusi kəşviyyat orqanlarının dayandığını söylədi: "Bu isə, o deməkdir ki, ABŞ digər ölkələrə qarşı F.Güləndən istifadə etməyə çalışır. Bu, heç də xoşagələn hal deyil. Bəzi media orqanlarında Ə.Kərimlinin F.Gülənlə əlaqələrinin olması barədə məlumatlar dərc olunur. Bu əlaqələrin nədən ibarət olması tam şəkildə məlumdur. F.Gülənin əsas fəaliyyəti dinc demokratik inkişafın dayandırılmasına yönəlib. Bu baxımdan onunla əməkdaşlıq etmək o qədər də yaxşı təsir bağışlamır. Ə.Kərimli F.Gülənlə əməkdaşlıq etməklə siyasi prinsipləri və qanunvericiliyi pozub. Ona görə də, Ə.Kərimli haqlı olaraq ittiham edilir və qınaq obyektinə çevrilir".

"Türkiyədə dövlət çevrilişinə cəhddən sonra fətullahçıların nəzarəti altından olan TV-lərin, agentliklərin bağlanması fonunda Ə.Kərimlinin təbliğat vasitəsi olan "Azərbaycan saatı"nın yayımlandığı "Barış" TV-də bağlandı. Ə.Kərimlinin hazırki Türkiyə hakimiyyətinə qarşı ittihamları, məhz bu amillə bağlı olduğunu demək olar" sualını cavablandıran M.Rəhimli bildirdi ki, obyektiv media orqanlarının fəaliyyət göstərməsinin tərəfdarıyam: "Amma o media orqanları ki, bilərəkdən ağa qara, qaraya ağ deyirlər və yaxud hakimiyyətə böhtan atırlar. Belələrinin fəaliyyəti cəmiyyət üçün faydalı sayıla bilməz. "Azərbaycan saatı" verilişi populiyar deyildi. Amma bu veriliş haqqında Azərbaycanda siyasi dairələr kifayət qədər geniş məlumata malikidilər. Türkiyə hakimiyyəti tərəfindən bir necə dəfə "Azərbaycan saatı" verilişinin yayımını ayrı-ayrı televiziyalar dayandırmışdı. Yəni televiziyalar bu verilişi verməkdən imtina etmişdilər. Amma indi məsələ bundadır ki, son dövrlər bu verilişin yayıldığı televiziya kanalı da bağlandı. Bunun özü də çox şey deyir. Bir sözlə, Azərbaycan-Türkiyə əməkdaşlığı və getdikcə əlaqələrin yaxınlaşması, o cümlədən Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla sıx münasibətləri bir çoxlarını qane etmir. Demək olar ki, onlar bu əməkdaşlığın inkişafından narahatdırlar. Ona görə də, məhz bu qüvvələr Türkiyə hakimiyyətinə qarşı birgə fəaliyyət göstərirlər. Bu yaxınlarda media qurumlarında informasiya yayılmışdır ki, hətta Rəcəb Tayyib Ərdoğan belə bir bəyanat vermişdi ki, "Gülənçilərin Azərbaycanda çevrilişə cəhd imkanları var". Biz bu cür məsələlərdə diqqətli olaraq çalışmalıyıq ki, Azərbaycanda cəmiyyətə ziyan vurmaq istəyən qüvvələr fəal olmasın. Ümumiyyətlə isə, hər hansı bir qüvvənin Azərbaycanda xoşagəlməz bir vəziyyət yaratmaq istəməsi qeyri-mümkündür".

GÜLYANƏ

Digər xəbərlər