PDF Oxu

Müxalifət

  • 1 969

Yenə də boşboğazlıq, yenə də "mitinq"

image

Əli Kərimli-Cəmil Həsənli cütlüyü yenə ortalıqda

Daha çox AXCP-nin özəyi hesab olunan "Milli Şura" yenə də köhnə taktikaya əl atmaqla şou yaratmaq niyyətindədir. Yarandığı zamandan bu günə qədər, dəfələrlə mini aksiyalar keçirən "Milli Şura"nın göstərdiyi bütün səyləri heçə uğradıqdan sonra, orada cəmləşən siyasi avantüristlər hələ də hansısa "uğurdan", "perspektivlərdən" danışıb, ictimaiyyəti çaşdırmağa yönəldilmiş açıqlamalar verir, "növbəti möhtəşəm mitinq" adı ilə sərsəm çağırışlarla çıxış edirlər. Radikallar tərəfindən "mitinqlər dalğası" fonunda sərgilənən beş-on nəfərlik mini-aksiyalar ölkənin daxili həyatında heç bir mənada maraq doğurmadı.

Həmçinin, bəlli oldu ki, göstərilən bütün cəhdlər arxasında Ə.Kərimli-C.Həsənli kimilərinin müəyyən xarici qüvvələr qarşılığında götürülmüş öhdəlikləri dayanır. Daha dəqiq desək, zaman-zaman əldə edilən xarici qrantlar şəxsi maraqlar çərçivəsində xərclənib və özlərini müxalifətçi hesab edən sıravi partiya üzvləri, funksionerlər aldadılmağa məruz qalıblar.

Azərbaycanda keçiriləcək referendumun əleyhinə olduğunu deyən Ə.Kərimli kütləvi aksiyalar keçirməyi çıxış yolu hesab edir. Bu yerdə soruşmaq istərdik: "Hansı qüvvə ilə, hansı dəyişiklik olmalıdır?". Referendum günün tələbidir və son sözü də Azərbaycan xalqı deyəcək. Bir də, nə XX əsrin 90-cı illərinin əvvəlləri deyil, nə də xalq həmin xalq deyil. Sən o Ə.Kərimlisən ki, ölkədə hər hansı əhəmiyyətli tədbir keçirilmə ərəfəsində ortaya düşən və qərəzli beynəlxalq təşkilatların tapşırıqlarının həyata keçirilməsi istiqamətində onlara nökərçilik edənlərdənsən. Bütün bu rəzilliklərə baxmayaraq, "Milli Şura" adlı qurumun adından çıxış etməklə həyasızcasına "boykot" deyirsən. Satqınlıq simvolu sən Ə.Kərimli, əslində, çox yaxşı anlayırsan ki, Azərbaycan xalqı dövlətçilik prinsiplərinə sadiqdir və hər bir dağıdıcı addımlara qarşı öz hiddətini bildirə bilər. İstər xəyanətkar Ə.Kərimli, istərsə də digər müxalifət təmsilçiləri təbii ki, nəhəng xalq kütləsinin qarşısında dayana bilməz. Qeyd olunan bu amillər qarşılığında, istər "Milli Şura"nın, istərsə də, oraya daxil olmayan digər radikal təxəyyüllü partiyaların hər hansı uğurlara imza ata biləcəkləri nəinki inandırıcı görünmür, eləcə də, ictimaiyyətdə onlara qarşı istehza, gülüş tendensiyasını daha qabarıq şəkildə formalaşdırır.

Əli Orucov: "Müxalifət liderləri bir-birilərindən şübhələnirlər"

"Hazırk məqamda mitinqlərin keçirilməsinə zərurət yoxdur. Bu baxımdan, AMİP "Milli Şura"nın və ya Müsavatın keçirməyi planlaşdırdığı aksiyalarında iştirak etməyəcək". Bunu AMİP funksioneri Ə.Orucov "SƏS"ə açıqlamasında bildirib. Ə.Orucovun sözlərinə görə, mitinqlər təşkil olunarsa, belə cəmiyyətin onlara dəstək verməyəcəyini bildikləri üçün müxalifət partiyalarına minnətçi düşüblər: "İctimaiyyət müxalifətin hazırkı liderlərinin, hər halda kimlərə işlədiklərini çox gözəl bilir. Onları gözdən salan, sosial bazadan məhrum edən xalqa deyil, haqsısa qaranlıq qüvvələrlə əməkdaşlıq etmələridir".

Ə.Orucov bu gün müxalifət partiyaları arasında əlaqələrin heç də ürəkaçan olmadığını da bildirib: "Baş verən proseslərə diqqət yetirsəniz, görərsiniz ki, müxalifət liderləri bir-birilərindən şübhələnirlər. Elə bu səbədən də, 20 ildir ki, "birləşmək" istəyirlər, amma "aparıcı liderlik" iddiaları "birlik" modelinin baş tutmasına imkan verməyib".

Ü.ƏSGƏROV

Digər xəbərlər